Hansı xəstələrə oruc tutmaq olmaz?

Hansı xəstələrə oruc tutmaq olmaz?"Oruc tutmağın orqanizmə müsbət təsir etməsi öz təsdiqini tapmış bir faktdır. Ancaq təbii ki, bu halda qidalanma rejiminə diqqət yetirmək çox önəmlidir. Ac-susuz qalmağın bədəni zərərli maddələrdən təmizlədiyini, lakin bu zaman da qida səbətinə ciddi fikir verməyin lazım olduğunu diqqət edilməlidir".

Bunu həkim-fitoterapevt Elnur Eldaroğlu "Oruc tutmaq kimlərə olmaz?" adlı məqaləsində bildirib.

Sonxeber.az e-tibb.az-a istinadən həmin məqaləni təqdim edir:

Orucluq zərərli maddələrin ən böyük düşmənidir. Bəzən bundan da yanlış şəkildə istifadə edilir, gün ərzində ac və susuz qalmağın əvəzi iftarda bunlardan çox istifadə edərək çıxarılır. İftarda çox sürətli yemək çox ziyanlı nəticələrə gətirib çıxarır. Sahur və iftarda xüsusilə duz istifadəsini məhdudulaşdırmaq lazımdır. Çünki insan uzun müddət ac qaldıqda özündən asılı olmayaraq bu kimi qaydaları unuda bilir.

Şəkərli diabet xəstələrinin öz endokrinoloqu ilə məsləhətləşməsi tövsiyə edilir. Uzun müddət ac və susuz qaldığı üçün qan dövranı, metobolizm və həzm kanalının işi ləngiyir. Əgər kiminsə bu tipli mübadilədə baş verəcək hər hansı dəyişikliyi varsa deməli orucluq zamanı xəstəliyinin intensivləşməyinə gətirib çıxara bilər. Şəkərli diabeti olan kəslərə əslində oruc tutmaq faydalıdır, şəkərin səviyyəsini azalda bilər, amma bu müddətlərdə hipoqlikemiya baş verərsə daha ziyanlı nəticələrlə qarşılaşa bilərlər. Demək burda öz endokrinoloqunuzla məsləhətləşib qərar vermək daha düzgün olar. Çünki şəkərli diabet, növlərinə və klinik gedişinə görə nizamlanan bir xəstəlikdir. Öz təcrübəmdə ən çox müraciət edən mədə-bağırsaq xəstəliklərini qeyd edə bilərəm ki, kəskin qastrit və xora kimi hallarda (aktiv dövr) uzun zaman ac və susuz qalmamağı tövsiyə edirik. Bəzən xroniki həzm sistemi xəstəlikləri olanlar var ki bunlar sahur və iftar vaxtı qida rejiminə istədiyimiz kimi əməl etmədiyinə görə fəsadlarla qarşılaşa bilir.

Bəzi xroniki xəstəlikdən əziyyət çəkənlərin susuz qalmasının zərərli olduğu təsdiqlənib. Böyrək xəstəlikləri (sidik yolu infeksiyaları) zamanı bədəni susuz saxlamaq ziyanlı amil sayılır. Adətən deyirik ki, orqanizmin çəkiyə uyğun olacaq qədər su tələbatını ödəmək lazımdır. Orucluq zamanı bu qədər müddətdə su içməmək və sonra qısa müddətdə bu suyu əvəz etmək digər üzvlər üçün təhlükəlidir. Qanda kreatini yüksək olan insanlarda ən çox narahatçılıq yaradacaq səbəblərdən biri də ürəkbulanmadır və oruc tutan zaman bu hallar bu zəhərli maddənin kənara çıxması ilə yanaşı, orucluğu poza bilir. Mədəaltı vəzi xəstələri üçün ən yaxşı dövr elə ac qalmaqdır. Amma ac qaldıqdan sonra birdən-birə çox yemək əks təsir göstərə bilər. Qida rasionunda istənilən halda çox yemək deyil də çox faydalı qidalar yemək üstün sayılır. Bədəni tox saxlayacaq çiçək tozu, güldəfnə toxumu, biyan kökü və kətan toxumu kimi məhsullar həm həzmi asanlaşdırır, həm də bədənin suya olan tələbatını azladır. Bəzən oynaq xəstələri də müraciət edir ki. biz tutsaq nə kimi ziyan çəkərik? Təbii ki, oynaqların da hərəkət edən zaman oynaq mayesinə ehtiyacı olur və bu çatışmırsa fəsadlar verə bilər. Amma ac qalmaq (susuz yox) revmatoloji oynaq xəstəliklərində faydalıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2853   Tarix: 13 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021
.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?

Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları

8 sentyabr 2021
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

15 sentyabr 2021