"Eurovision 2019"un açılışı oldu: Azərbaycan təmsilçisinə böyük diqqət - FOTO - VİDEO

"Eurovision 2019"un açılışı oldu: Azərbaycan təmsilçisinə böyük diqqət - FOTO - VİDEOÖtən gün İsrailin Tel-Əviv şəhərində "Eurovision 2019" mahnı müsabiqəsinin açılış mərasimi baş tutub.

News24.az xəbər verir ki, Habima meydanında gerçəkləşən tədbirdə 41 ölkənin təmsilçiəri və nümayəndə heyəti narıncı xalı üzərindən keçiblər.
Açılış mərasimi saat 19:00-da start götürüb. Gecədə ötən ilin qalibi NETTA, "Eurovision 2018"in ikincisi Eleni Foureira həmçinin, musiqi müsabiqəsində iştirak etmiş Mans Zelmerlou, Konçita Vürst, Verka Serduçka və Dana İnternational iştirak edib.

Açılış mərasimində iştirakçıları Tel-Əviv şəhərinin meri Ron Huldai və həyat yoldaşı salamlayıb. "Narıncı xalı"nı izləməyə gələn "Eurovision" fanatları arasında Çingiz Mustafayevə olan maraq diqqət çəkib. Yarışmanın digər iştirakçıları isə təmsilçimizin mahnısını və özünü çox bəyəndiklərini bildiriblər.

Albaniya təmsilçisi Jonida Maliqi Ç.Mustafayev haqda News24.az-a danışarkən onu çox bəyəndiyini və ifasından məmnun olduğunu deyib.
Fransa təmsilçisi Bilal Hassani də həmkarının fikirlərinə şərik çıxıb. O da Azərbaycan təmsilçimizin ifası haqda xoş sözlər deyib və belə bir rəqibi olmasından məmnun olduğunu bildirib.

Kipri "Replay" mahnısı ilə tanıtdıran Tamta isə Çingiz Mustafayev haqda daha sıcaq və səmimi danışıb: "Bu yarışmaya qatılan ən yaxşı iştirakçıdır. Sevimli qonşularıma ən yaxşı arzularımı diləyirəm".
Xalı üzərindən keçən Çingiz Mustafayev açıqlamasında səhnədə həqiqətləri söyləyəcəyini bildirib. O, eyni zamanda final mərhələsinə gəlib çıxmağın özünün də böyük uğur olduğunu qeyd edib.

Narıncı xalıda diqqətçəkən bir məqam da Britaniya təmsilçilərinin Azərbaycana münasibətiydi. Onlar hər fürsətdə ölkəmizə olan böyük sevgilərini göstəriblər. Məkana daxil olandan əllərində Azərbaycan bayrağı ilə gəzən iştirakçılar, bayrağı son ana qədər əllərindən yerə qoymayıblar.
Ukraynada baş verən verən "Eurovision" qalmaqalından sonra ölkə bu il yarışmaya qatılmaqdan imtina edib. Lakin buna baxmayaraq, ukraynalı parodiya ustası və müğənni Verka Serduçka açılış mərasimində böyük maraqla qarşılanıb.

V.Serduçkanın açılış mırasiminə qatılmasına səbəb isə "Eurovision 2019"un final günündı ötən ilin qalibi NETTA ilə "Toy" mahnısını birgə oxumasıdır. Həmin gün yarışmanın 2014-cü il qalibi Konçita Vürst 2015-ci ilin qalibi Mans Zelmerlounun "Heroes" mahnısı, M.Zelmerlou isə Kiprin ötən ilki bəstəsini ifa edəcək. 2018-ci ildə Kipri tımsil edərək 2-ci pillədə qərarlaşan Eleni Foureira Verka Serduçkanın "Dansing Lasha Tumbai" mahnısını səsləndirəcək.

Qeyd edək ki, "Eurovision 2019"da I yarımfinal mayin 14-ü, II yarımfinal 16-sı, final isə 18-i keçiriləcək. Təmsilçimiz Çingiz Mustafayev 16 may tarixində 18 nömrə altında səhnəyə çıxaraq II yarımfinalın bağlanışını edəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3547   Tarix: 13 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cavanşirin qudası: "Nəvəsi görüb ki, babası..." - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Əməkdar artist Cavanşir Məmmədov qəfil ürəktutmasından evində vəfat edib. Sənətkarın qudası Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, sənətkarın ölümü 5 dəqiqə ərzində baş verib:. "Cavanşir müəllim durduğu yerdə dünyasını dəyişdi. Demə

20 aprel
.

Aygün və Namiq toyda hərəkətləri ilə DİQQƏT ÇƏKDİLƏR - VİDEO

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər. Sənətçilər paytaxt restoranlarının birində keçirilən toyda səhnə alıblar. Sevilən duetlərini səsləndirən Kazımova ilə Qaraçuxurlu səhnədə ifaları zamanı hərəkətləri ilə qonaqların diqqətini çəkiblər. Aygün Namiqi

22 aprel
.

Oğlu Cavanşir Məmmədovun məzarı önündə GÖZ YAŞI TÖKDÜ - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün dünyasını dəyişən Əməkdar artist Cavanşir Məmmədov Yasamal qəbiristanlığında torpağa tapşırılıb. Bizim.Media xəbər verir ki, sənətkar dəfn olunduqdan sonra oğlu Xəqani onun məzarı önünə gəlib. Atasının itkisi ilə barışa bilməyən Xəqani onun məzarı üstə göz yaşı axıdıb. Ətraflı

20 aprel
.

Sərxan Kərəmoğlu məşhur aparıcını "yıxdı, sürüdü"

Aparıcı Kamran Həsənlinin dünən teleaparıcılar haqqında söylədiyi "Efiri bazara çeviriblər. Necə ki, bazarda pomidoru pulla alırsan, efirdə də hər verilişin özünün müəyyən məbləği, verilişlərin aparıcılarının saxlayanı var" fikrinə cavab şoumen aparıcı Sərxan Kərəmoğludan gəlib. xəbər veri

19 aprel
.

Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB

Əməkdar artist Cavanşir Məmmədovin nəşi Qurd qapısı qəbiristanlığına aparılıb. bildirir ki, mərhum sənətçi anasının yanında dəfn olunub. 16:06. Əməkdar artist Cavanşir Məmmədovla evində keçirilən vida mərasimi başa çatıb. bildirir ki, onun nəşi dəfn olunması üçün Qurd qapısı qəbiristanlığına aparılır

20 aprel
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

18 aprel
.

Cavanşirin vəsiyyəti: kostyumda dəfnə din necə baxır? - İlahiyyatçı açıqladı

Əməkdar artist Cavanşir Məmmədovun vəfatı ilə iki ay öncə dəfni ilə bağlı efirdə etdiyi vəsiyyətin gündəmə gələsi müzakirələrə səbəb olub. Şəriətdə bir müsəlmanın kostyumla dəfninə istisnalarla, mərhumun vəziyyətinə görə icazə verilib-verilməməsi diqqət mərkəzindədir. Bu barədə ilahiyyatçı Ağa Hacıbəyl

21 aprel
.

"Qızlarıma cehiz vermək üçün bağımı satdım" -Əməkdar artist

Əməkdar artist Qorxmaz Əlili bağını satma səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, aktyor "Elgizlə izlə" verilişində qızlarına cehiz almaq üçün bunu etdiyini deyib:. "Bağım var idi. Qızlarımı köçürəndə onlar üçün cehiz almaq lazım idi. Məcburiyyətdən o bağı satdım. Dörd nəfərik, ind

23 aprel
.

Elza Seyidcahan Cavanşir Məmmədov haqqında: "Dahi sənətkar idi" - VİDEO

"Çox gözəl insan idi. Məclislər yaraşığı idi". xəbər verir ki, bu sözləri bu gün dünyasının dəyişən Əməkdar artist Cavanşir Məmmədov haqqında danışarkən müğənni, Əməkdar artist Elza Seyidcahan deyib. O vəfat xəbəri barədə məlumatı jurnalistlərdən aldığını deyib. "Evdən çıxırdım ki, jurnalis

20 aprel