WhatsApp-la sizi güdə bilərlər - XƏBƏRDARLIQ

WhatsApp-la sizi güdə bilərlər - XƏBƏRDARLIQWhatsApp messencerinin sistemində olan ciddi boşluq hakerlərin istifadəçiləri güdmək üçün onların telefonlarına ziyanverici proqramlar yazmasına imkan verib.

Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda mobil messencer xidmətinin rəsmisi BBC-yə açıqlama verib.

Kiberhücumun kütləvi hal almadığı, yalnız "seçilmiş istifadəçilərin" ona məruz qaldığı bildirilir. "Facebook"un sahib olduğu messencerin texniki şöbəsi boşluğu yalnız cümə günü aradan qaldıra bilib.

"Financial Times"ın yazdığına görə, virtual hücum İsrailin "NSO Group" təhlükəsizlik şirkəti tərəfindən təşkil olunub.

Bazar ertəsi, "WhatsApp" ehtiyat tədbiri olaraq 1,5 milyard istifadəçisini tətbiqi yeniləməyə çağırıb.

Hücumun ayın əvvəli qeydə alındığı və bu barədə Amerikanın hüquq mühafizə orqanlarının və təhlükəsizlik ekspertlərinin məlumatlandırıldığı bildirilir.

Deyilənə görə, gizli müdaxilə aşağıdakı kimi olub: seçilmiş istifadəçinin telefonuna WhatsApp zəngi gəlib. İstifadəçi "dəstəyi qaldırmasa" belə onun mobil telefonuna zərərli proqram yazılıb.

Həmin haker proqramı istifadəçinin hərəkətlərini smartfonun kamerası ilə güdməyə imkan verib. Həmçinin kibercinayətkarlar mikrofonla danışıqlarını dinləyə biliblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1514   Tarix: 14 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kişinin mədəsindən 30 santimetrlik diri ilan balığı çıxarılıb

Vyetnamda bir kişinin mədəsindən 30 santimetrlik diri ilan balığı çıxarılıb. xarici mediaya istinadən xəbər verir ki, Vyetnamda bir kişi şiddətli qarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin apardığı müayinələr nəticəsində kişinin qarnında ilan balığı olduğu müəyyən edilib. Əməliyya

27 mart
.

Asiyanın ən zənginləri bu şəhərdə yaşayır: Milyarderlərin yeni paytaxtı

Hindistanın Mumbai şəhəri 92 milyarderlə Asiyanın yeni "varlılarının paytaxtı" olub. xarici KİV-ə istinadla bildirir ki, qərargahı Şanxayda yerləşən Hurun Araşdırma İnstitutuna əsaslanan Nikkei Asia mətbuat təşkilatının hesabatına görə, Mumbai 92 milyarderlə Pekini geridə qoyub və Asiya qitəsini

28 mart
.

Türkiyədə aprelin 1-i məktəblərdə tətil elan olundu

Türkiyədə aprelin 1-i bütün ölkəboyu məktəblərdə tətil elan edilib. xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi (MET) açıqlama yayıb. Bildirilib ki, tətilə səbəb martın 31-də ölkədə keçiriləcək bələdiyyə seçkiləridir

28 mart
.

Bayden Putini yenə "qəssab" adlandırdı

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini növbəti dəfə təhqir edərək yenə "qəssab" adlandırıb. "Qafqazinfo" "Kommersant"a istinadən xəbər verir ki, Bayden bu barədə Şimali Karolinada seçicilər qarşısında çıxış edərkən danışıb. O, çıxışında varlı vətəndaşla

27 mart
.

Bu ölkədə paytaxt çökür - VİDEO

İndoneziya parlamenti paytaxt Cakartanın sakinlərinin "Borneo" adasına köçürülməsi ilə bağlı qərar qəbul edib. xəbər verir ki, buna səbəb əhalinin çox olduğu paytaxtın hər il 25 santimetr çökməsidir. "Dünyanın maliyyə mərkəzi" hesab edilən Cakartanın yerini "Borneo" adasınd

28 mart
.

5,7 bal gücündə zəlzələ baş verdi

Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ baş verib. xarici mediaya istinadən xəbər verir ki, zəlzələdən sonra 2,9 və 2,1 bal gücündə afterşoklar qeydə alınıb. Yerli vaxtla saat 10.12-də Peloponnes yarımadasının qərbində qeydə alınan zəlzələnin Afina Geodinamika İnstitutu tərəfindən 5,8 bal gücünd

29 mart
.

Bədbəxt hadisələr üst-üstə gəldi: baba və nəvə eyni gün dünyasını dəyişdi

Siyirmə dəyərək boynu qırılan 15 aylıq körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, həmin gün körpənin babası da dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib. Belə ki, Evrim-Mikayıl Şamlı cütlüyü ötən gün 15 aylıq oğullarını nənəsinin yanına qoyub. Nəvəsinə tək baxan, eyni zamand

28 mart
.

"Alatoranlıq" filminin ulduzu ata olub - FOTO

Britaniyalı aktyor Robert Pattinson ata olub. Bir gün əvvəl "Alatoranlıq" filminin ulduzu jurnalistlər tərəfindən yeni doğulmuş körpəsilə gəzinti zamanı çəkilib. Uşağın anası aktyorun sevgilisi, model Suki Uoterhausdur. O, sonuncu dəfə fevralın 24-də ictimaiyyət qarşısında görünüb. Yeri gəlmişkən

27 mart
.

Dilan Polatın "qara qutusu" Şule əvvəl villa aldı, sonra gecə klubu açdı

Dilan Polatın özbəkistanlı köməkçisi Xaydarova deportasiya edildikdən sonra ölkəsində gecə klubu açıb. xarici mediaya istinadən xəbər verir ki, Dilan Polatın qara qutusu kimi tanınan özbəkistanlı köməkçisi Şulə gecə klubu açıb. Ölkəsinə qayıdarkən təyyarədən çəkdirdiyi TikTok videosunu "Millət olara

28 mart