Nazirlər Kabinetimiz necə "cavanlaşdı"?

Nazirlər Kabinetimiz necə "cavanlaşdı"?Azərbaycanda son bir neçə ildə aparılan islahatlar siyahısının başında kadr islahatları dayanır.

Xüsusən 2018-ci ilin 11 aprel növbədənkənar prezident seçkilərindən sonra hökumətin başında duranlardan tutmuş yerli icra orqanlarının başçılarına kimi kadrların əksəriyyəti "cavanlaşdırıldı".

İlham Əliyev seçkidə qələbə qazandıqdan sonra Nazirlər Kabinetini buraxdı, hökuməti tam yeni və cavan kadrlarla zənginləşdirdi.

Lakin kadrların "gəncləşdirilməsi" prosesi təkcə seçkilərdən sonrakı dövrü əhatə etmir. Bu dövrdən əvvəlki müddətdə də zaman-zaman ölkə başçısının sərəncamları ilə ölkənin icra strukturlarındakı daha yaşlı idarəedicilər cavanları ilə əvəz olunurdu.

Beləliklə, Oxu.Az Nazirlər Kabinetinin cavan kadrlarını təqdim edir:

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev. Cəmi 39 yaşı var.

1980-ci ildə Bakı şəhərində anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxalq münasibətlər" sahəsi üzrə bakalavr pilləsini fərqlənmə ilə bitirib. 2002-ci ildə magistr pilləsini fərqlənmə ilə başa vuraraq magistr dərəcəsi, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb.

İngilis, rus, türk, fransız dillərini bilir. Ehtiyatda olan zabitdir.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.

2010-cu ildən 2018-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərkimya" İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

Hazırda Kənd Təsərrüfatı naziri olan İnam Kərimov da gənc kadrlardandır. 42 yaşı olmasına rəğmən, Azərbaycanda "ASAN xidmət" kimi yeni yaradılmış qurumun adını brendə çevirməyi bacarıb.

1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub.

1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olunan İnam Kərimov 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə təhsil alıb. 2000-2002-ci illərdə isə o, Fransanın nüfuzlu universiteti hesab olunan Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. Azərbaycan dili ilə yanaşı, fars, fransız, ingilis və rus dillərini bilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli - nömrəli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib.

Daha sonra isə Kənd Təsərrüfatı naziri postuna gətirilib.

Təhsil naziri Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil nazirinin müavini təyin olunub.

Mikayıl Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub.

1992-1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb.

2013-cü il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsinə təyin edilib.

2017-ci il dekabrın 5-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsinə təyin olunub.

2019-cu il fevralın 9-da Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi sədri Rövşən Rzayev 1962-ci il yanvarın 20-də Bakı şəhərində anadan olub.

1986-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və 1993-cü ildə həmin universitetin hüquq fakültələrini bitirib.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi 5 iyun 2009-cu il tarixli qurultayında həmin İctimai Birliyin İdarə Heyətinin üzvü seçilib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 12 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub.

Vüsal Hüseynov 1997-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetininin iqtisadiyyat fakültəsinə daxil olub. 2001-ci ilin sentyabrından 2002-ci ilin iyununa kimi o, Slovakiyanın paytaxtı Bratislavada "Academia İstropolitana Nova"da intensiv ətraf mühit iqtisadiyyatı kursunda iştirak edib.

2011-ci ilin mayında o, Harvard Universitetinin inzibati idarəçilik üzrə magistr dərəcəsinə yiyələnib.

2015-ci ildə keçirilən parlament seçkilərində qalib gəlib və deputat kimi fəaliyyət göstərib.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.

1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib.

2006-cı ilin fevral ayından 2018-ci ilin aprelinədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub.

2002-ci ildə TEMPUS proqramı çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyası, Fransanın Nitsa Universiteti, Parisin Neft və mühərriklər institutu, İtaliyanın Genuya Universiteti ilə birgə "Ətraf mühit və neft sənayesi" ixtisası üzrə birgə magistratura proqramını bitirib.

2015-ci ildə keçirilmiş V Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2018-ci ilədək Milli Məclisin Gənclər və İdman komitəsinin sədri olub.

İngilis, fransız və rus dillərini bilir.

Cavanlaşma prosesi ölkənin əsas strukturları ilə yanaşı, digər qurumlarda da aparılır. Hökumətin cavan kadrlar tərəfindən idarə olunmasının nəticəsi isə son bir ildə hər bir sahədəki islahatlarla özünü büruzə verməkdədir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1433   Tarix: 14 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselo Rebelo de Sousanı noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib. report-a istinadən xəbər verir ki, tədbirə dəvəti Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov Marselo Rebelo de Sousa ilə görüşdə çatdırıb. Qeyd edək ki

17 aprel
.

Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.

13 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilib və yenidən qurulacaq

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər veir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandıracaq. Sərəncamda qeyd olunub ki

15 aprel
.

Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək. xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd olunub ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Onlar Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amu

19 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib

Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib. Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər. "Report" xəbər verir ki

11 aprel
.

Tacikistan prezidenti Azərbaycana səfər edəcək

Tacikistan prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov və Tacikistan XİN rəhbəri Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra Tacikistan XİN məlumat yayıb. Qey

12 aprel
.

MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularla maarifləndiric

13 aprel