Bakının vahiməli ölüm küçələri... - VİDEO
Son illərdə Bakıda yol təsərrüfatı inkişaf etdirilir, körpülər tikilir, yol qovşaqları qurulur. Təbii ki, hazırda da bu iş davam edir, bir çox prospekt və küçələr, bina və parkların müasir şəkildə əsaslı yenidənqurma və təmir-bərpa edilməsi, abadlaşdırılması işləri aparılır. Həmçinin küçə boyunca piyadaların sərbəst keçidi üçün işıqforlar quraşdırılır, müasir işıq dirəkləri qoyulur. Bütün bu yeniliklərlə yanaşı, Bakının küçə və yollarının işıqlandırılmasında problemlər qalmaqdadır. Əsasən ətraf rayon və qəsəbələrdə küçələr axşam düşən kimi zülmətə qərq olur.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bəzən mərkəzi küçələrdə, əksər hallarda isə mərkəzi hissələrdən kənarda, əsasən Binəqədi, Əhmədli, Yeni Günəşli, Bakıxanov və digər qəsəbələrdə küçə fənərlərindən istifadə edilmir.
Adətən belə addımın qənaət məqsədi daşıdığı güman edilsə də, bu amil həm də bir tərəfdən həmin ərazilərdə cinayət hadisələrinin, piyada ölümü, yol-nəqliyyatı hadisələrinin, xüsusilə də soyğunçuluq hallarının yaşanmasına rəvac verir. Dünyanın inkişaf etmiş şəhərlərində, xüsusən şəhər mərkəzindən kənar qəsəbələrin işıqlandırılması, həmin ərazilərdə elektrik dirəkləri və digər işıqlandırma vasitələrinin bərabər paylanması kimi amillərə xüsusi diqqət yetirilir.
Şəhər sakinlərinin, o cümlədən sürücülərin ən çox şikayət etdiyi hallardan biri də küçələrin işıqlandırılması ilə bağlıdır. Sürücülərin əksəriyyəti müsahibələrində bildiriblər ki, yollar işıqlandırılması piyada vurulmasına və ya digər qəzalara gətirib çıxarır. Onların sözlərinə görə, aidiyyatı qurumlar bu problemə ciddi yanaşmalıdırlar ki, hər şey sürücünün üzərində qalmasın.
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı açıqlamasında deyib ki, piyadaların vurulması halları daha çox gecələr müşahidə edilir, nəinki günün birinci yarısında. Bunun da səbəbləri var. Çünki gündüz vaxtı şəhər küçələrində sıxlıq olur. O xatırladıb ki, ötən il ölkə prezidenti "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019 – 2023-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Məqsəd isə ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir.
Yol həm də mədəniyyət olduğundan mədəniyyətin işıqlı olması son dərəcə vacibdir. İşıqların olmaması bir maneədir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1357 Tarix: 14 may 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanın təhlükəsizlik orqanları 105 yaşında
Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ili tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Artıq 27 ildir ki, ölkəmizi
28 martBacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto
Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti
28 martYaşayış binalarında da parklanma yerləri BAHALAŞDI
Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl
28 martAğcabədi sakininə yanlışlıqla cərimə yazıldı - AÇIQLAMA
Ağcabədi sakininə texniki xəta səbəbindən cərimə yazılıb. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, baş verən texniki xəta araşdırılıb və aradan qaldırılıb:. "Sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu fot
28 martLiftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib
28 mart"Azneft"in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT - FOTO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub. "Qafqazinfo" xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib. Onun əvəzinə "Umid Babək Əməliyyat Şirkəti"nin Azərbaycandakı filialını
28 martÇingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il
28 mart