Bakıda arvad yeməyi pis bişirdi - Kişi döyüb məhkəməlik oldu
Bakı Apellyasiya Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Şahin Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Unikal.org xəbər verir ki, ittiham aktına əsasən, 2018-ci ilin iyun ayının 5-də, saat 21 radələrində Şahin Allahverdiyev Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən mənzildə həyat yoldaşı M.A (ad, soyadı şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb o, arvadının yeməyi pis bişirməsini irad tutması olub.
Tərəflər arasındqa mübahisə böyüyüb və Ş.Allahverdiyev arvadınının baş nahiyəsinə yumruqla, sol baldır nahiyəsinə isə bir dəfə təpiklə vurub.
Daha sonra M.A hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib və Ş.Allahverdiyev barəsində Cinayət Məcəlləsinin (CM) 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Binəqədi Rayonu Məhkəməsinin hökmü ilə Ş.Allahverdiyev 1000 manat miqdarda cərimə cəzasına məhkum edilib. Hökmdən narazı qalan Ş.Allahverdiyevin vəkili apellyasiya şikayəti verib.
Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırıb ki, hüquqlarını müdafıə etdiyi şəxs iş üzrə zərərçəkmişlə 17 fevral 2009-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurub. Hazırda o, ailə üzvləri ilə birlikdə yaşayırlar. Vəkil həmçinin təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışdığını, himayələrində bir azyaşlı uşaqların olduğunu da deyib.
Müdafiəçi müvəkkilinin barəsində çıxarılmış hökmün ləğv olunmasını və Ş.Allahverdiyevin cinayət işi üzrə icraata xitam verilməsini istəyib.
Məhkəmə iclasında iştirak edən zərərçəkmiş M.A hazırkı işə apellyasiya icraatı qaydasında baxılan ərəfədə məhkum tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödəndiyini və onunla barışdığını bildirib. O, ərinin barəsində çıxarılmış hökmün ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edib.
Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirlən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilib. Binəqədi Rayon Məhkəməsinin çıxardığı hökm ləğv edilib. Ş.Allahverdiyev CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunub. Onun CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilib, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Hadisə Baxılıb: 1069 Tarix: 14 may 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda İNANILMAZ HADİSƏ! Qadın ərinin pulunu xərclədi, polisi aldatdı
Binə qəsəbəsi sakini olan qadının quldurluqla bağlı polisə yalan məlumat verməsi aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini olan qadın mayın 11-də saat 10:00 radələrində evinə girmiş iki maskalı şəxsi
14 may 2019Bakıda özünü məktəbin binasından atan şagirdin vəziyyəti ağırdır
"Bakıda özünü məktəbin 2-ci mərtəbəsindən atan şagirdinin vəziyyəti orta-ağırdır". Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov deyib. Onun sözlərinə görə, uşağın diz qapağında yerini dəyişməyən sınıq və dirsək oynağında isə daha bi
14 may 2019Ələt-Astara magistralında ağır qəza - ÖLƏN VAR
Biləsuvarda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə yeni Ələt-Astara magistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mitsubishi" minik avtomobilinin anidən idarəetməni itirməsi nəticəsində maşın aşıb. Nəticədə müxtəlif dərəcəl
14 may 2019Polisdən ƏMƏLİYYAT: İrandan heroin gətirmək istəyən şəxs saxlanıldı
Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Unikal.org-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxi
14 may 2019Qonşusunu maşınla vurdu sonra da döydü – Azərbaycanda
Ağdamda qonşu qonşunu atomobillə vurub, sonra döyüb. Hadisə rayonun Alıbəyli qəsəbəsində baş verib. Qəsəbə sakini Əzimov Məhəmməd Xəlil oğlu idarə ediyi "VAZ 21099" markalı 62 BE 203 dövlət nömrə nişanlı maşını ilə qonşusu Mehdiyev Mətləb Baba oğlunu vurub. Daha sonra avtomobildən düşərək M.Mehdiyev
14 may 2019Azərbaycanda YANĞIN: Beşmərtəbəli binada...
Daşkəsəndə 3 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, rayonda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğında
14 may 2019Azərbaycanda yeni doğulmuş körpə öldü
Tovuz rayonunda yeni doğulmuş körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, Sputnik Azərbaycan-ın məlumatına görə, Ağstafa rayonunun Düz Qışlaq kənd sakini, 22 yaşlı Asiya Məmmədkərimova doğuş üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qadının qeysəriyyə əməliyyatı vasitəsi ilə oğlu doğulub. Doğuşda
14 may 2019Azərbaycanda məmur faciəvi şəkildə öldü - FOTO
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik və yük maşınlarının toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib. buta.media-ya istinadla xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunun Safukürd kəndindən keçən hissəsində baş verib. Qəza nəticəsində minik maşınının sürücüsü, 50 yaşl
14 may 2019Bakıda DƏHŞƏT! Sürücü piyadanı vurdu, sonra isə... - VİDEO
Yasamal rayonunda 1 nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Abdulla Şaiq küçəsində qeydə alınıb. Abbas Abbasov idarə etdiyi "Hyundai" markalı avtomobil hərəkətdə olan zaman qəfil idarəetməni itirib və qarşısına çıxan piyadanı vurub. Sürücü ağır xəsarə
14 may 2019