"Lotu Quli"nin vəkilinə AĞIR İTTİHAM: Qorotdel"ə ÇAĞIRILDI

"Lotu Quli"nin vəkilinə AĞIR İTTİHAM: Qorotdel"ə ÇAĞIRILDI"Lotu Quli" kimi tanınan Nadir Səlifovun vəkili Təranə Əliyeva Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

Sonxeberaz Lent.az-a istinadən xəbər verir ki, bu barədə vəkil bildirib ki, dünən səhər saat 10 radələrində Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib:

"Dəvət əsasında idarəyə gedəndə bildirdilər ki, barəmdə şikayət ərizəsi daxil olub. Sonra məlum oldu ki, şikayət verən şəxs Qəribə Məmmədovadır. O bir müddət əvvəl Tiflisdə öldürülən Elşən Məmmədovun (Elşən Əmircanski) anasıdır. Şikayət Daxili İşlər Nazirinin birinci müavini Vilayət Eyvazovun adına yazılıb və orada bildirdilər ki, bu iş nazir müavinin nəzarətinə götürülüb".

Təranə Əliyeva qeyd edib ki, Q.Məmmədova onu mərhum oğlunun ailəsini dağıtmaqda günahlandırıb:

"Qəribə Məmnədova bildirib ki, mərhum oğlu Elşən Məmmədovun ailəsini mən dağıtmışam və həyat yoldaşı ilə 4 azyaşlı uşağını qaçırmışam. Həmçinin şikayətçi deyib ki, guya mən kriminal dəstənin üzvüyəm ".

Vəkil əlavə edib ki, Qəribə Məmmədova şikayətində məsələyə aidiyyatı olmayan məsələri də qeyd edib:

"Mənim Daxili İşlər Nazirliyinin sabiq müavini Telman Əliyevin qızı olmağımdan tutmuş, "Range Rover" avtomobilimin olmasına qədər hər şeyi yazıb. Başa düşmürəm ki, mənim kimin qızı olmağımın bura və yaxud Qəribəyə nə dəxli var? Atam 11 il nazir müavini olub. Mənim babam SSRİ dövründə tanınmış şəxs olub. Mənim "Range Rover"i hardan almağımın Qəribə Məmmədovaya heç bir dəxli yoxdur. Univeristeti qutardığım ilk gündən bəri işləyirəm. 25 ildir vəkil stajım var. Onu da qeyd edim ki, valideynlərim varisiyəm və böyük mirasım var".

Təranə Əliyeva Qəribə Məmmədova ilə tanışlıqlarından da danışıb:

"2005-ci ildən Nadir Səlifovun vəkiliyəm. Vəkili olduqdan sonra onun dostu Elşən adlı şəxslə tanış olmuşam. Elşən öz ailəsi ilə məni tanış edib və hərdən mənə zəng edib Nadir Səlifovdan xəbər alıb. Elşənin uşaqlarının ad günü olanda xahiş edib mənə pul verirdilər ki, onun uşaqlarını gedim təbrik edim. Mən də həmişə anası Qəribə ilə görüşüb, pulu ona verirdim. Axırıncı dəfə Elşən Məmmədov ölən günü Nadir Səlifov 5 min dollar pul verdi ki, onun həyat yoldaşına çatdırım. Evlərinə gedəndə yoldaşı Ülkər və 4 azyaşlı uşaqdan başqa heç kim yox idi. Çünki həmin vaxt Qəribə xanım, Nadir Səlifovun anası ilə birgə Həcc ziyarətində idilər. Daha sonra isə həmin ailə ilə münasibətim olmadı".

"Lotu Quli"nin vəkili deyib ki, bir müddət sonra Elşən Məmmədovun yoldaşının evlərindən qaçdığını eşidib:

"Məsələ ilə bağlı maraqlandım. Mənə dedilər ki, qızın qızıllarını, sənədlərini əlindən aldığı üçün evdən qaçıb. Hazırda da bu məsələ ilə Suraxanı rayon Məhkəməsində məhkəmə çəkişməsi gedir".

Təranə Əliyeva son olaraq vurğulayıb ki, barəsində verilən şikayət normal deyil:
"Bu gəlin 13, 15 yaşında deyil ki, onu qaçırım. Mən Elşənin ailəsinə qarışa bilmərəm. İzahatımda da qeyd etdim ki, gəlin ortadadır və ayın 31-də məhkəməsi var. Gedib ondan hər şeyi soruşa bilərsiniz".

Qeyd edək ki, ötən il Tiflisdə qətlə yetirilən kriminal avtoritet Elçin Məmmədovun (Əmircanski) həyat yoldaşı məhkəməyə müraciət edib. Əmircanski "Lotu Quli" kimi tanınan Nadir Səlifovun "sağ əli" hesab olunurdu. Mərhum kriminal avtoritetin həyat yoldaşı Ülkər Rzayeva iddia ərizəsində qeyd edib ki, əri dünyasını dəyişdikdən sonra qaynanası Qəribə Məmmədova ilə münasibətləri pisləşib. Onun sözlərinə görə, bu səbəbdən 4 azyaşlı övladı ilə birgə qaynanasıyla yaşadıqları Əmircan qəsəbəsindəki evlərindən çıxmalı olub. Lakin Qəribə Məmmədova ona məxsus ümumilikdə 77 500 manat dəyərində olan qızılları, sənədləri və digər əşyaları götürməyə qoymayıb.
İddiaçı ərizəsində həmçinin 4 azyaşlı uşaqla birlikdə yaşamaq üçün mənzillərinin olmadığını və Bakı şəhərində kirayə qaldıqlarını da qeyd edib.

Ülkər Rzayeva keçmiş qaynanası Qəribə Məmmədovanı məhkəməyə verərək, özünün və 4 azyaşlı övladının Əmircan qəsəbəsində yerləşən mənzildə istifadə hüquqlarının tanınması, ona məxsus 77 500 manatlıq qızıl-zinət əşyalarının, özünə və övladlarına sənədlərinin, həmçinin geyim əşyalarının qaytarılmasını tələb edir.

İddia ərizəsi Suraxanı rayon Məhkəməsinə təqdim olunaraq baxışa götürülüb. Hakim Səlimə Miriyevanın icraatında olan iş hazırda məhkəmə baxışındadır.

Onu da qeyd edək ki, Elçin Əmircanski 2016-cı ildə Tiflisdə restorandan çıxarkən avtomobildə güllələnib.
"Lotu Quli"nin vəkilinə AĞIR İTTİHAM: Qorotdel"ə ÇAĞIRILDI"Lotu Quli"nin vəkilinə AĞIR İTTİHAM: Qorotdel"ə ÇAĞIRILDI


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2142   Tarix: 14 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral

11 sentyabr 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021