Samirə 2-ci dəfə ərə gedir: "İmkanlı şəxs və iş adamıdır"

Samirə 2-ci dəfə ərə gedir: "İmkanlı şəxs və iş adamıdır"Azərbaycanlı meyxanaçı-müğənni Samirə Yusifqızı 2-ci dəfə ailə qurur.

Sonxeber.az xəbər verir ki, bu barədə Lent.az-a açıqlamasında xanım meyxanaçının özü deyib. O bildirib ki, ailə quracağı şəxs iş adamıdır: "Ailə quracağım şəxs Azərbaycan vətəndaşı deyil, əcnəbidir. İmkanlı şəxsdir. Adının açıqlanmasını istəmir. Evlilik təklifi etdi, düşündüm və müsbət cavab vermək qərarına gəldim. Onun imkanlı olması bu qərarımı verməkdə rol oynadı. Çünki imkan olmayanda ailədə söz-söhbətlərə səbəb olur. Demirəm ki, o milyonçu olmalıdır. Sadəcə ailəyə baxa biləcək gücü olmalıdır. Gördüm ki, o, ailəsindən savayı bir neçə ailəyə baxa bilər, mən də razı oldum. Mənə və sənətimə qadağalar qoymur. Sənətimi başa düşüb və məni bu sənətimlə qəbul edən adamdır. Ona görə də bu evliliyə razı oldum".

İfaçı bildirib ki, seçimində yaxınlarının da rolu böyük olub: "Oğlum böyüyüb, qızım da ailə qurub. Hərə özü üçün sağ olsun. Yaşlananda insana ürək sirdaşına ehtiyacı olur. Həyat yoldaşım dünyasını dəyişəndən sonra ailə qurmayacağımı demişdim. Mən qocalanda, xəstələnəndə uşaqlarım, doğmalarım gələnə qədər, yanımda bir həyat yoldaşına ehtiyacım var. Heç olmasa o anda mənə bir stəkan çay verən olsun. Yaxınlarımla bir masa arxasında bu mövzunu müzakirə etdik və bir qərara gəldik ki, "hə" deyim. Anamın, övladlarımın razılığı olmasaydı, mən onunla ailə qurmazdım".

S.Yusifqızı bu qərarına görə onu qınayacaq olan insanlara da sözünü deyib: "Mənim nə yaşım var ki? Ailə qurmaq yaşa baxmır. İnsanın şəxsiyyət vəsiqəsində göstərilən doğum tarixi ilə ürəyi bir ola bilməz. Əgər bir insanın ürəyi cavandırsa, ruhunu cavan hiss edirsə, enerjilidirsə, ona yaşlı demək olmaz. Özümə yaşlı insan kimi baxmıram. İncəsənət sahəsində elə insanlar var ki, 75 yaşları var, amma özlərini 50 yaşındakı kimi təqdim edirlər və ailə qururlar. Niyə mən ailə qurmayım ki? Məni tənqid edənlər sabah mənə nə çörək, nə də su verməyəcək. Hər kəs ilk öncə öz ailəsinin problemlərini çözsün, daha sonra gəlib mənim həyatımı müzakirə etsin. Mənə pis rəy yazanlara demək istəyirəm ki, ilk öncə özünüzü mənim yerimə qoyun, daha sonra nəsə yazın".
Müğənni sonda bildirib ki, gələcək həyat yoldaşı evli olub: "O, evli olub, yoldaşı rəhmətə gedib. Çoxdandır ki, mənlə evlənmək fikri var idi. Nəhayət razı oldum".

Qeyd edək ki, S.Yusifqızı 11 il ailəli olub. Həyat yoldaşı toyda oynayan zaman dünyasını dəyişib. Onun bu evlilikdən bir qızı və bir oğlu var. İfaçı bildirib ki, oğlu və qızını evləndirib, nəvələri var.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2509   Tarix: 14 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17 aprel
.

Xalq artisti onu bıçaqlayan şəxsi niyə bağışlayıb?

Xalq artisti Faiq Ağayev 2010-cu ildə onu bıçaqlayan şəxsi atasının istəyi ilə bağışlayıb. xəbər verir ki, bu barədə sənətçi "Qapqara" verilişində danışıb:. "Atam mənə dedi ki, səni bıçaqlayanı şəxsi bağışla. Bu məsələdən yarım il sonra atam dünyasını dəyişdi. Onun sözündən çıxmadım, hə

13 aprel
.

Türkiyəli fenomen duet oxuduğu azərbaycanəsilli reperlə məhkəməlik oldu

Son vaxtlar mahnıları ilə gündəmə gələn türkiyəli sosial media fenomeni Berkcan Güven Azərbaycan əsilli rusiyalı reper Əlizadəni məhkəməyə verib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, B. Güven bu barədə qatıldığı "Ebo Show" adlı proqramda açıqlama verib. Belə ki, verilişin aparıcısı İbrahi

17 aprel
.

Xalq artistinin oğlu atasının evini satıb: "Orada yaşaya bilmədik"

"Anamın səhhəti ağır olaraq qalır. Evdə müalicə alır. Xəstəliyinə görə gözləri tamam zəifləyib. Həm qaraciyər, həm də insult xəstəliyi bir-birinə qarışıb. Səhərə kimi yatmırıq. Allahdan ümidimizi üzmürük. Allah bütün xəstələrə şəfa versin. Sosial şəbəkədəki rəyləri oxuyuram, hamı ailəmiz üçün du

7 aprel
.

Günay canlı efirdə ağladı - VİDEO

Aparıcı Günay Baxşəliyeva canlı efirdə kövrək anlar yaşayıb. xəbər verir ki, "Günaylı gün" verilişinə canlı bağlantı edən şəhid atasının söylədiklərindən sonra o, göz yaşlarını saxlaya bilməyib. "Mən sizin həyatınızı izləmişəm. Zaurla nişanlı olan vaxtdan bəri sizi izləyirəm. 2 balanı

7 aprel
.

Dilarə Əliyeva bunu ilk dəfə edəcək

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, aktrisa ilk dəfə solo "stand-up" konserti verəcəyini açıqlayıb. O, bunu ad günü münasibəti ilə edəcəyini deyib:. "Oktyabrın 27-də ilk solo "sand-up" konsertim olacaq. Hazırlıqla

14 aprel
.

Rəmişin həyat yoldaşı: "Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki..."

"Jurnalistlərə demək istəyirəm ki, Rəmiş yoxdursa, mən də yoxam. Əl çəksinlər məndən, yaşlı adamam, infarkt etməsinlər. Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki, mənim ünvanımı bütün Azərbaycanla bir edirlər?! Mən hamıdan uzaqlaşmışam. Yalandan yazırlar ki, evi 285 mi

7 aprel
.

Zirəddin Rzayev mahnı oxudu

Tanınmış ekstrasens Zirəddin Rzayev bu dəfə ifası ilə diqqət çəkib. OLAY yazır ki, o, "Ovqat" verilişində qonaq olarkən mahnı oxuyub. Belə ki, Rzayev "Azərbaycan maralı" adlı xalq nəğməsini səsləndirib. Bu anlar tamaşaçıların marağına səbəb olub

8 aprel
.

Xəyalə Manaflı nişanlandı - Video

Müğənni Xəyalə Manaflı ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, ifaçı nişanlanıb. Onun Nurlan adlı bəylə "hə" mərasimi olub. Həmin görüntüləri Xəyalə özü yayımlayıb

8 aprel