"Cahangir Hacıyevlə "Bakı gecələri"ndə tanış oldum"

"Cahangir Hacıyevlə "Bakı gecələri"ndə tanış oldum"Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev, yaxın dostu, sabiq deputat Dünyamin Xəlilov və digər şəxslərin məhkəməsi keçirilib.

Hakim Faiq Qəniyevin icraatında olan prosesdə C.Hacıyevin vəkilləri vəsatət verərək Maliyyə naziri Samir Şərifovun, onun müavini Azər Bayramovun, Mərkəzi Bankın sədri Elman Rüstəmov və V.Hacıyevin yaxın adamı, bir çox yüz milyonluq layihələrin rəhbəri olan Xəqani Bəşirovun məhkəmədə dindirilməsini istəyiblər. C.Hacıyev də çıxış edərək bu şəxslərin məhkəmədə ifadə verməsinin zəruri olduğunu bildirib. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Qazaxıstanda neft yatağına sahib olan Emin Sadiq məhkəmədə şahid kimi ifadə verib və C.Hacıyevlə necə tanış olduqlarını danışıb: "Londonda "Bakı gecələri" yığıncağında bizi Fuad Abdullayev tanış etdi. Sonra Moskvadakı filialın ildönümü ilə bağlı keçirilən tədbirdə görüşdük. İşbirliyimiz olandan sonra Bakıda da layihəmizlə bağlı görüşlərimiz olurdu.

Qazaxıstanda neft ixracı ilə məşğul olurdum, tanışım Fuad Abdullayev vasitəsilə Beynəlxalq Bank bizə kredit ayırmışdı. 2011-ci ildə bu işlə bağlı yaxşı bir iş təklifi aldıq, bununla bağlı Beynəlxalq Bankla danışıqlara başladıq. Neft ixracı ilə bağlı şirkət yaratdıq, səhmlərin 60 faizi bankın oldu, amma bankın rəhbərliyinə yaxın şəxs olan Həsən Hətəmovun adına rəsmiləşdi. Bank bu layihə üçün 62 milyon dollar pul ayırdı. Neft yataqları olan əraziləri alıb quyular qazmağa başladıq. 2014-cü ildə bankda maliyyə problemləri yarandığı üçün bizə kömək edə bilmədilər. Xəzər dənizinin dalğaları da quyularımızı yudu. Biz də dünya bazarında maliyyə üçün tərəfdaşlar axtarmağa başladıq. 2017-ci ilin fevralında Beynəlxalq Banka olan kreditlərin qaytarılmasına görə həbs edildim, 1 il sonra azadlığa çıxdım". (qafqazinfo)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1737   Tarix: 14 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Quska" haqda yeni cinayət işi açıldı - Həbs qərarı verildi

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb. "Qafqazinfo"nun məlumatına görə, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir. Məlumatı onun vəkili Rəsul Cəfərov saytımıza təsdiq edib. Qeyd edək ki, H.Abdullayev 2018-ci ild

7 mart
.

Bakıda bir ailənin üç üzvünü öldürən şəxsə ÖMÜRLÜK HƏBS

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərova hökm oxunub. "Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ela

11 mart
.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel
.

Əhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub. APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib

8 aprel
.

Müğənnini öldürən ərinə hökm oxundu

Müğənni Yaqut Nərimanı (Həşimova) öldürməkdə ittiham olunan əri Anar Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Anar Həşimov xüsusi amansızlıqla adam öldürməkd

3 aprel
.

Arvadını, qaynını, iki bacanağını avtomatla Bakıda qətl edən məşhur professor HƏBSXANADA DANIŞDI- VİDEO

Oruc Rəhimov 1960-cı ildə Şərur rayonunun Naxta kəndində anadan olub. 3 övlad atasıdır. Ali təhsillidir, Azərbaycan Texniki Universitetini bitirib. Bir müddət həmin ali məktəbdə müəllimlik edib, texnika üzrə fəlsəfə doktoru və professordur. 1992-ci ildə Milli Zadəgan Universitetini təsis edib və rektor

14 aprel
.

"Gəl Danış" verilişinə görə atasını öldürən qadın: "Bıçaq zərbələrinin sayı yadımda qalmadı"

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən Rühəngiz Əliyevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. -ın əldə etdiyi məlumata görə, hakim Nahid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qadın ona istinad olunan əməl üzrə özünü təqsirl

15 mart
.

DTX-nin həbs etdiyi moldovalı kiberdələduz KİMDİR?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil kibercinayətkar dəstə aşkar edilib. Dəstənin Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəm

13 mart