Azərbaycanın istehsal edəcəyi elektrobusun görüntüsü – VİDEO

Azərbaycanın istehsal edəcəyi elektrobusun görüntüsü – VİDEO"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyində (İB) iki yeni yığım xəttinin açılışı olub.

Sonxeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, ilk dəfə olaraq Gəncə Avtomobil Zavodunda "E - 321" markalı elektrobus və "PALESSE KZS - 575" markalı taxılyığan kombayn konveyerdən çıxıb.

Mərasimdə Belarusun baş nazirinin müavini İqor Lyaşenko, sənaye nazirinin müavini Dmitri Korçik, "Qom Selmaş" ASC-nin baş direktoru Aleksandr Novikov, Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç, Gəncə şəhər rəhbərliyi, "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Mili Məclisin deputatı Xanlar Fətiyev, zavodun direktoru Kamran Nəzərov və digər qonaqlar iştirak edib.

Tədbiri açan "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib ki, bu günədək müəssisədə, ümumilikdə, 11 modeldə 10549 ədəd traktor, 143 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib.

2019-cu ilin 4 ayı ərzində Gəncə Avtomobil Zavodunda 478 texnika istehsal olunub.

Bunlardan 469-sı müxtəlif model traktorlar, 1-i MAZ markalı qoşqulu avtomobil, 1-i "KAMAZ" markalı avtomobil, 2-si MAZ markalı avtobus, 5-i özüboşaldan traktor qoşqusudur.

2019-cu ilin aprel ayının sonuna qədər "Gəncə Avtomobil Zavodu" İB-də 8 modeldə, müxtəlif modifikasiyalarda 2864 ədəd MAZ avtomobili istehsal edilərək təyinatı üzrə təhvil verilib.

Bu avtomobillərin yığımının 30-40 faizini yerli istehsal təşkil edib. Aprelin 30-dək müəssisədə 330 MAZ qoşqusu və 3202 asma avadanlıq istehsal olunub.

Bu müddətədək "Gəncə Avtomobil Zavodu" İB-də, ümumilikdə, 208 ədəd "KAMAZ" markalı yük avtomobili və 411 ədəd "URAL" avtomobili istehsal edilib.

Bildirilib ki, "Gəncə Avtomobil Zavodu" İB və Belarusun "Belkommunaş" ASC arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində "E-321" markalı elektrobuslar və "PALESSE KZS-575" markalı taxılyığan kombaynlar yığılaraq konveyerdən çıxıb.

Elektrobuslar həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub.

60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur.

"PALESSE KZS-575" markalı taxılyığan kombaynın mühərriki isə 114/155 at gücündədir. Texnikanın taxılbiçəninin uzunluğu 4-5 metr arası dəyişir.

Taxıl döyümü sistemində üyüdən aparatın tipi barabanlı, barabanın firlanma tezliyi isə 510-875 dövr/dəqiqədir. Kombaynların hərəkət sürəti 20 kilometr saatdır. Əgər sifariş olarsa, "Gəncə Avtomobil Zavodu" İB il ərzində 150 elektrobus, 120 kombayn yığmaq gücünə malikdir.

Belarusun baş nazirinin müavini İqor Lyaşenko Azərbaycan və Belarus arasında bütün sahələrdə, xüsusən də sənayenin maşınqayırma sahəsində qurulmuş əlaqələrin uğurlu nəticələrindən danışıb.

İqor Lyaşenko bu əlaqələrin inkişafında hər iki ölkə prezidentlərinin ümumi səyinə diqqət çəkib, iki dövlət arasında qurulmuş iqtisadi əlaqələrin inkişafında Gəncə Avtomobil Zavodunun əhəmiyyətini yüksək qiymətləndirib.

Bu əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsinə inam ifadə olunub.

Sonra qonaqlar taxılyığan kombaynın və "E-321" markalı elektrobusun yığım xətti ilə taniş olublar. Həmçinin "E-321" markalı elektrobusun akkumlyatorunun enerji ilə doldurulması prosesi izlənilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 991   Tarix: 15 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021