Azərbaycanda anasını öldürən gənclə bağlı - QƏRAR

Azərbaycanda anasını öldürən gənclə bağlı - QƏRARBakıda anasını öldürməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Cəmil İslamovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara görə, Cəmil İslamovun cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəmil İslamov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl hadisəsi ötən ilin fevralın 25-də Ələt qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Əzməmmədov küçəsi, ev 12-də yaşayan 1944-cü il təvəllüdlü Zərnişan İslamova oğlu tərəfindən müxtəlif bədən xəsarətlərinə məruz qalıb. Yaşlı qadın təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Ancaq 74 yaşlı qadın xəsarətləri ağır olduğundan xəstəxanada dünyasını dəyişib.

Qaradağ rayon Polis İdarəsi 11-ci polis bölməsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Cəmil İslamov saxlanılıb.

İlkin dindirmələr zamanı 34 yaşlı oğul anasını yumruqla vurduğunu etiraf edib.

Qaradağ rayon Prokurorluğunda istintaqı aparılan Cəmil İslamova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib. (teleqraf)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 959   Tarix: 15 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart
.

Bakıda ailə faciəsinə səbəb olan vatsap statusu...

Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatları məlum olub. "Qafqazinfo"nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn "darıxmaq şər

8 aprel
.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel
.

Düşmən casusuna hökm oxundu

Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaət

16 mart
.

Əhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub. APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib

8 aprel
.

Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 199-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəl

26 mart
.

Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü

Hindistanda bir kişi qisas məqsədi ilə bir yaş yarımlıq qızı qaçıraraq vəhşicəsinə qətlə yetirib. Qatil sevgilisinin qızın atası ilə onu aldatdığından şübhələnib. xarici mediaya istinadən xəbər verir ki, ana qızı özü ilə yatızdırsa da, ayılanda uşağı tapmayıb. Ertəsi gün körpənin meyiti çoxsaylı xəsarətlərl

20 aprel
.

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay

20 aprel
.

Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb... - FOTO

Bütün ailəsini qəddarlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun bacısı - Elmira Əhmədovanın vaxtilə gəlin olduğu ailə ilə bağlı məlumatlar yayılıb. xəbər verir ki, Elmira Əhmədova Tofiq Niftəliyev adlı şəxsin oğlu ilə ailə həyatı qurub. Polkovnik Tofiq Niftəliyev Rusiyanın Blaqoveşensk şəhərind

9 aprel