Azərbaycanlı aktyorlar dəlixanaya düşdü – VİDEO

Azərbaycanlı aktyorlar dəlixanaya düşdü – VİDEODünən Əlibəy Məmmədli, Türkay Cəfərli və Cövdət Şükürovun baş rollarda çəkildiyi "Kino Kino" filminin təqdimat mərasimi baş tutub.

Komediya janrında və Bakıda real hadisələr əsasında çəkilən ekran işinin quruluşçu rejissoru Gəray Həsənov, rejissoru Nicat Ələsgərov, ssenari müəllifləri isə Züleyxa Nael və Gəray Həsənovdur.

Azərbaycanın yeni nəsil aktyorlarının ən parlaq simalarının baş rolları oynadığı filmdə Sahib Zaman, Günel İmanova, Nəsibə Eldarova, Sahin Nəsirli, Yeganə Orucova və başqaları çəkilib.

Filmin ssenaristi Gəray Həsənov layihə haqqında fikilərini Publika.az-a bölüşüb:

"Film üç dost - aktyor, ssenarist və rejissorun ciddi bir film çəkməsindən, daha doğrusu, çəkmək səylərindən danışır. Belə ki, onlar "Canavar" adlı kriminal drama çəkməyə qərar verir. Çəkilişlər üçün pul lazımdır, məhz bu səbəbdən, onlar sponsorun axtarışlarına başlayır. Təəssüf ki, dostlar müraciət etdiyi investorlardan qeyri-adekvat cavablar alır. Məlum olur ki, sponsorları komediya və ya erotik filmlər daha çox maraqlandırır. Faktiki olaraq dostlar rədd cavabı alır. Amma onların belə tez təslim olmaq fikri yoxdur. Odur ki, əlacsız qalan bu üç yaradıcı şəxs öz cibi hesabına film çəkməyə qərar verir. Bunun üçün dostlardan biri öz avtomobilini satır, başqa dostu öz ailəsinin qədim xalçaları, üçüncüsü isə xanıma qızılını satmağı təklif edir. Lakin üçüncü dostun həyat yoldaşını qızıllarını satmağa razı salması çətin olur. Ümumilikdə, film aktyorların film çəkmək və dünya şöhrəti qazanmaq arzuları, amma bu arzuların yarımçıq qalmasından danışır. Film aktyorların dəlixanaya düşməsi və orada başlarına gələn sürprizlərlə yekunlaşır".

Rejissor bildirib ki, ekran işində müasir Azərbaycan kinosunun hazırkı vəziyyəti tənqid edilib:

"Burada hazırkı Azərbaycan kinosunun çatışmayan tərəflərini göstərməyə çalışmışıq. Aktyorlara bu gün kifayət qədər dəyər verilmir. Bu sənət adamlarının yaralı yeridir. Çalışımışıq ki, kino xadimlərini narahat edən müəyyən məqamları, yaralı yeri az da olsa qabardaq və izləyiciyə çatdıraq. Kommersiya baxımdan hər kəs komediya filmlərinə üz tutur. Biz də komediya çəkmişik. Amma bizdə yumor fərqlidir, keyfiyyətlidir.

Bu baxımdan "Kino Kino"nu digər komediyalardan fərqləndirən cəhətlər çoxdur. Başlıcası söz oyunundan qaçmışıq, ikincisi, hadisə komediyasına üstünlük vermişik, üçüncüsü isə tənqidi məqamları təsvir yolu ilə insanları güldürmək istəmişik. Tamaşaçı filmdə komik səhnələrə gülsə də, şüuraltında mövcud problemləri də düşünməyə başlayacaq. Ən böyük sürpriz tamaşaçını sonda gözləyir. Onu da qeyd edim ki, filmin ana xətti real hadisələrdən götürülüb. Təbii ki, ssenarinin maraqlı olması üçün bəzi səhnələr bəzədilib və əlavələr edilib. Filmə sona qədər baxanlar bu hadisələrin əslində kimin başına gəldiyini sonda öyrənə biləcək".

Gəray Həsənovun sözlərinə görə, aktyorlar öz rollarının öhdəsindən yüksək səviyyədə gəlib:

"Əlibəy Məmmədli ilə Türkay Cəfərli ilə iş birliyimiz olmuşdu. Cövdət Şükürov bir qədər qapalı insan təsiri bağışlayırdı. Amma onu bu filmdə tamamilə fərqli ampluada görə biləcəksiniz. O, komedik rolu çox uğurla oynadı. Üçünün də ifası maraqlı və yaddaqalan alınıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1819   Tarix: 15 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021