Ali məktəb tələbələrinə ŞAD XƏBƏR

Ali məktəb tələbələrinə ŞAD XƏBƏRTəhsil Nazirliyinin rəsmi açıqlamasına görə, tələbələrin problemlərinin tezliklə tam həll olacaq.

"İki qız qalacağıq, bir nəfər axtarılır", "Otaq yoldaşı axtarıram" və s. sözlərini tələbələrdən tez-tez eşidirik. Azərbaycanda çoxsaylı universitet fəaliyyət göstərsə də, yataqxana problemi hələ də tam olaraq həllini tapmayıb.

Minval.info-nun xəbərinə görə, təhsil eksperti Kamran Əsədov Redaktor.az-a açıqlamasında bildirib ki, problemin həllində özəl yataqxana təcrübəsindən yararlanmaq lazımdır:

"Yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri isə öz yataqxanalarının qayğısına qalaraq təmir edib, müasirləşdirib. Lakin buna baxmayaraq, yataqxanaya ehtiyac yenə də qalmaqdadır. Bu ehtiyacın aradan qaldırılması üçün özəl yataqxanalar tikilə bilər. Dünya təcrübəsinə əsasən, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. Eyni zamanda, dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Bu da ayrıca xüsusi şəhərcikdir. Orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib, pul da qazana bilərlər. Tələbənin bu şəraitdə heç bir problemi olmur. Kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub. Lakin hələ də təklif kimi qalıb".

Ekspertin fikrincə, yataqxana probleminin həllində iş adamlarının rolu da əhəmiyyətli ola bilər:

"İş adamları yataqxana tikib, tələbələrin ixtiyarına verə bilər. Bu işdə dövlətin də onlara kömək etməsi lazımdır. Məsələn, dövlət torpaq sahələrini pulsuz verə bilər. Təhsilin əlçatan olması üçün bu problemlər həllini tapmalıdır. Bundan başqa, Bakıda tikilən hündürmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə bilər. Bu metod universitetlərə də gəlir gətirə bilər".

Təhsil Nazirliyindən sorğumuza verilən cavaba görə, hazırda tələbələrin yataqxana probleminin həlli ilə bağlı əsaslı işlər görülür:

"Respublika üzrə 44 ali təhsil müəssisəsi və 7 filial fəaliyyət göstərir. Bakıda yerləşən ali təhsil müəssisələrinin ümumi sayı 35-dir. Ölkədə ümumilikdə 157 662 tələbə bakalavr, 13 442 tələbə isə magistr pilləsi üzrə təhsil alır. Tələbələrdən 120 947 ( bakalavr), 11 740 ( magistr) nəfər Bakıda təhsil alır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yeni 800 yerlik yataqxanası istismara hazırdır. Hazırda Gəncə Dövlət Universitetinin ümumi tutumu 792 yerlik olan üç yataqxanasının əsaslı təmir işləri başlanılıb. Sumqayıt Dövlət Universitetinin 264 yerlik yataqxanasının əsaslı təmiri üçün layihə-smeta sənədləri hazırlanır və cari ildə başlanması nəzərdə tutulub. Bununla yanaşı, Asiya İnkişaf Bankının dəstəyi ilə İqtisadiyyat Nazirliyi və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Dövlət-Özəl sektor Tərəfdaşlığı vasitəsi ilə Bakı Dövlət Universiteti və ADNSU üçün tələbə yataqxanalarının tikintisi üzrə Texniki Yardım layihəsi həyata keçirilir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1622   Tarix: 15 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021