Çörək bağlamasında 2,36 milyon dollar daşıyan şəxs saxlanıldı

Çörək bağlamasında 2,36 milyon dollar daşıyan şəxs saxlanıldıİranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Milək sərhəd gömrüyündə 350 milyard rial (rəsmi məzənnə ilə 8,33 milyon dollar, qara bazar məzənnəsi ilə 2,36 milyon dollar) nağd pul aşkarlanıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Trend agentliyi İran Gömrük Administrasiyasına istinadən məlumat verib.

Məlumata görə, Milək sərhəd gömrük keçidində Əfqanıstan vətəndaşı bağlamalarda çörək aparırmış.

Gömrük əməkdaşları bağlamalara baxış keçirərkən İran valyutasının ustalıqla yerləşdirildiyini aşkarlayıblar.

Faktla bağlı Əfqanıstan vətəndaşı saxlanılıb, araşdırma aparılır.

Hadisə   Baxılıb: 756   Tarix: 16 may 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR