Səhiyyə Nazirliyi bu şirkəti məhkəməyə verdi- 1,5 MİLYONLUQ İDDİA

Səhiyyə Nazirliyi bu şirkəti məhkəməyə verdi- 1,5 MİLYONLUQ İDDİASəhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası (MNX) müqavilə əsasında əməkdaşlıq etdiyi "AGNA Service" MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

MNX 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək həmin şirkətlə 2017-ci ildə imzaladığı müqaviləyə xitam verilməsi və şirkətin xəstəxana daxilində yerləşən və balansında olan sahədən istifadəsinə son qoyularaq onlara məxsus avadanlıqların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib.

Həmin şirkət xəstəxanada çamaşırxananı işlədib və bütün çamaşırların yuyulması ilə məşğul olub, buna görə şirkətə aylıq 10 min manat ödəniş olunub.

Cavabdeh tərəf olan "AGNA Service" MMC də məhkəməyə müraciət edərək qarşılıqlı iddia qaldırıb.

Şirkət ərizədə qeyd edib ki, MNX müqaviləni təktərəfli olaraq dayandırmaq cəhdinə görə onlara külli miqdarda zərər dəyib. Belə ki, MMC partnyor olduğu şirkətlər qarşısında öhdəliklərini yerinə yetirə bilsin deyə əlavə pul xərcləyib, işçiləri iş yerlərini dəyişib və şirkət qanunsuz şəkildə xəstəxanadan çıxarılıb, onların işıq və su xətti kəsilib, hətta maşınlarının xəstəxananın həyətinə girişinə qadağa qoyulub. Şirkət buna görə xəstəxanadan 100 min manat tələb edib.

Müqavilədə əməkdaşlıq müddəti 2020-ci ilin dekabr ayına kimi nəzərdə tutulduğu üçün şirkət həmin vaxta qədər hər ay üçün 10 min manat hesablanmaqla itirilmiş qazanc olaraq təxminən 200 min manat ödənilməsini istəyib. Eyni zamanda, MMC iddia edib ki, çamaşırxananın fəaliyyətə başlaması üçün 1 milyon manat yatırım edib və həmin məbləğin xəstəxanadan tutularaq onlara ödənilməsini tələb edib. Mənəvi zərərə görə MNX-nin rəhbərliyindən 100 min manat tutulmasını, görülmüş işlərə görə ödənilməmiş 30 min manat borcun ödənilməsini iddia edib.

Mərkəzi Neftçilər Xəstəxanasının istəyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi iş üzrə 3-cü şəxs qismində məhkəməyə cəlb olunub.

Sonuncu məhkəmə iclasında MNX və şirkətin nümayəndələri iştirak etmədiyi üçün iddia üzrə qərar qəbul edilməyib və baxılmamış saxlanılıb. (bakupost)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1343   Tarix: 16 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi

Keçmiş baş prokuror Zakir Qaralovun əmisi qızı Mehriban Qaralova məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi icar

23 aprel
.

"Baku electronics"ə cərimə yazılmasının səbəbi açıqlandı

"Baku electronics" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 44.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir

23 aprel
.

Məktəb direktoru həmin qadından 300 min alıbmış

Məktəb direktoru həmin qadından 300 min alıbmış. Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsini

23 aprel
.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23 aprel
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - İDDİA - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23 aprel
.

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Beynəlxalq arenada beyin mərkəzlərinin rolu informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyalar

23 aprel
.

Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi

"Enerji Construction" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Tovuz rayon prokurorluğunda araşdırma aparılıb. xəbər verir ki, bu barədə Tovuz Rayon Prokurorluğunun yaydığı məlumatda deyilir. Bildirilib ki, araşdırm

23 aprel
.

Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23 aprel
.

Nazirdən Nəzrinlə Mərdana hədiyyə

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat

23 aprel