Bazarlara çıxarılan iri, parlaq və bərk çiyələklər təhlükəlidir? (RƏSMİ CAVAB)

Bazarlara çıxarılan iri, parlaq və bərk çiyələklər təhlükəlidir? (RƏSMİ CAVAB)Son günlər bazarlarda iriliyi və gözəl görünüşü ilə piştaxtaları bəzəyən, eləcə də vaxtından əvvəl satışa çıxarılan çiyələklərlə bağlı müxtəlif fikirlər səslənir. Hətta bu çiyələkdən zəhərlənənlərin olduğunu bildirənlər də var. Maraqlıdır, həmin çiyələklərin orqanizmə zərəri varmı? Doğrudanmı bu çiyələklər GMO (Genetik Modifikasiya olunmuş Orqanizm) tərkiblidir?

Qaynarinfo xəbər verir ki, bu barədə Lent.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, xarici ölkələrdən Azərbaycana çoxlu çiyələk növləri gətirilir:

"AİB olaraq bazarda olan məhsulların tərkibində olan nitridlərin miqdarını ölçürük. Yaxın günlərdə də elə monitorinq apararaq, pomidor və çiyələkdə nitridlərin miqdarının normadan ikiqat artıq olduğunu aşkarladıq.

Çiyələyin saxlanma müddətinin çox, görkəminin isə yaxşı olmasına üstünlük verilir. Nəticədə çiyələyin sortu tamamilə dəyişdirilir. Qədim sortları bıçaqla kəsilə, uzun müddət saxlanıla bilən çiyələk sortları əvəzləyir. Bunlar genetik manipulyasiya olunmuş çiyələklərdir ki, onların şitili əsasən İsraildən gətirilir".

E.Hüseynov qeyd edib ki, həmin çiyələk növləri asanlıqla ayırd edilir:

"Onlar bərk, böyük və möhkəm olurlar. Həmçinin bunlar GMO-lu çiyələklərdir ki, onların tez yetişməsi üçün müxtəlif gübrələr verilir.

Sözügedən çiyələklərdən isə az miqdarda yemək tövsiyə olunur, çünki artıq yeyilsə, fəsadları hiss olunaraq zəhərlənməyə gətirib çıxara bilər".

Mövzu ilə əlaqədar sualları cavablayan "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin şöbə müdiri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli isə çiyələyin ölkə təsərrüfatına yeni daxil olduğunu deyib:

"Adətən Azərbaycanda çiyələk yetişdirmək ənənəsi olmayıb. Təxminən 10 il əvvəl əsasən Amerikadan hibrid sortlu çiyələklər gətirilib. Hibrid sort o deməkdir ki, yəni, bitkilər çarpazlaşdırılır.

Təxminən 10-15 il əvvəl Amerikadan Virciniya sort çiyələklər ölkəyə gəlib. İqlim şəraitinə görə cənub bölgəsində inkişaf eləməyə başlayıb və respublikanın bir sıra bölgələrinə, xüsusən də şimalda yayılıb. Bunlar hibrid sortu olduğu üçün sənaye üsulu ilə, yəni şitillər vasitəsilə yetişdirilir. Eyni zamanda bunlar yabanı bitki deyil və təbiətdə yetişmir. Bu çiyələklər fevral-mart aylarında əkilir, maydan etibarən isə məhsul verməyə başlayırlar.

Qeyd edim ki, əhalinin gəlir olaraq buna marağı var, həm də bu sahə məşğulluğun yüksəldilməsini təmin edir, çünki çiyələyin 1 ha ərazisində il boyu təxminən 200-ə yaxın insan iş tapa bilir".

Kənd təsərrüfatı üzrə ekspert qeyd edib ki, çiyələklərin iriliyi, parlaqlığı onun GMO-lu olduğu demək deyil:

"Onlar sadəcə hibrid sortdur. Bu sortdan da bütün dünyada taxılçılıqda da, meyvəçilikdə də və s. istifadə edirlər.

Məsələn, bu gün ölkədə meyvə və giləmeyvələrin əkin sahəsi 196 min ha ərazidir. İllik istehsal isə təxminən 954 min tondur. Bu çox ciddi rəqəmdir.

O ki qaldı çiyələklərin iri, parlaq olmasına, bu hibrid sortu olmaları ilə əlaqədardır. Onların gen modifikasiyasına uğraması barədə hansısa elmi məlumat bizdə yoxdur və ölkədə belə bir laboratoriya da yoxdur ki, biz bitkini aparıb genini yoxladaq.

Bundan başqa ölkəyə gen modifikasiyasına uğramış bitkilərin, tinglərin gətirilməsi qadağandır. Bəzi hallarda isə buna cəhd olunur. Məsələn, bir neçə il əvvəl qarğıdalı toxumları gətirilib əkinə tətbiq edilmişdi. Bu hal sübut olunduqdan sonra əkindən həmin məhsullar çıxarıldı".

N.Nəsirli əlavə edib ki, hazırda ölkədə bununla bağlı problem yoxdur:

"Çünki həmin sortlar elə ölkələrdən gəlir ki, onlar sənədləşdirmə işləri aparırlar. Danışılanlar isə sadəcə cəmiyyətdə olan əsassız şübhələrdir.

Çiyələklərin tez xarab olmasına səbəb isə faraş şəkildə yetişdirilməsidir. Faraş şəklində müəyyən temperatur yaradılır ki, məhsul vaxtından əvvəl yetişə bilir.

Zəhərlənmə məsələsinə qaldıqda isə çiyələk, qarpız, bostan məhsullarında kəndçilərimiz bilmədən əkinə normadan artıq dərman, gübrə verirlər. Bu isə insanda mədə-bağırsaq pozğunluğuna, eləcə də zəhərlənməyə gətirib çıxara bilir.

Ümumiyyətlə, son vaxtlar cəmiyyətdə iri, yaxşı görünüşlü hansı məhsul olursa, hamı GMO-dan şübhələnir. GMO-lu məhsul ancaq görünüşlə bilinmir, onun mütləq genini yoxlamaq lazımdır. Bəzən elə GMO-ya uğrayan məhsullar da olur ki, onların həcmi kiçik olur və parlaq olmur. Bu səbəbdən də mütləq gen yoxlanmalıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1819   Tarix: 16 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq. Report-a isinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirdiyi hesabat tədbirində deyib. Onun sözlərinə görə, sənəd qəbulu 13 sentyabra qədər davam edəcək. E.Bağıro

18 aprel
.

Əcnəbi vətəndaş Əhməd Vəliyevin kürəkənini məhkəməyə verdi

"Odlar Yurdu" Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev məhkəməyə verilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iddiaçı Abdul Ghafar adlı şəxsdir. İş hazırda apellyasiya mərhələsindədir. Birinci məhkəmə instansiyası iddianı təmin etmədiyindən Abdu

18 aprel
.

Buraxılış imtahanlarına asan suallar salınır?

Martın 3-ü və 10-u keçirilən buraxılış imtahanlarında ölkə üzrə rekord göstərici qeydə alınıb. -a istinadən xəbər verir ki, illər sonra ümumilikdə 53 nəfər maksimum bal toplayıb. Abituriyentlərin belə uğurlu nəticə göstərməsi imtahanlarla bağlı bəzi suallar doğurub. Təhsil eksperti Elçin Murad imtahanlardak

18 aprel
.

Övlad valideynə aliment ÖDƏYƏ BİLƏR? - AÇIQLAMA

Bizim bu gün əsas mənəvi dəyərlərimizdən biri ailə instutunun qorunub saxlanmasıdır. Ölkədə boşanmaların gündən-günə artması bu dəyərlərimizə ağır zərbə vurur. Bildiyimiz kimi, məhkəmənin qərarına əsasən övlad boşanan tərəflərdən kimin himayəsində qalırsa, həmin şəxs aliment ödəməyə borcludur. Uşağ

18 aprel
.

"Gec-tez Fransa Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etdiyini qəbul etməlidir" - DEPUTAT

"Fransa Azərbaycandakı səfiri Ann Buayonu məsləhətləşmələr üçün geri çağırıb". Bunu -a danışan deputat Aydın Hüseynov bildirib. Deputat qeyd edib ki, Fransanın məsləhətləşməsi nə ilə bitəcəyi məlum deyil:. "Amma Azərbaycanın xarici siyasəti və diplomatik addımları məlumdur. Azərbaycanı

18 aprel
.

Unun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentd

18 aprel
.

Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar

Bakı şəhəri Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəl

18 aprel
.

Marketdən 8 min manatlıq spirtli içki oğurlandı - ANBAAN VİDEO

Bakının Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 800 manat dəyərində spirtli içki oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərl

18 aprel
.

Balakəndə 11 əsrə şahidlik edən, inanc yeri olan ağac - VİDEO

Balakənin Katex kəndində yol kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacı bu gün də diqqət mərkəzindədir. Belə ki, inanc yeri olan ağacdan müalicə üsulu kimi istifadə edirlər. Həmçinin bu ağac yerli sakinlərlə yanaşı, ərazidən keçən əcnəbi turistlərin də diqqətini çəkir. Daha ətraflı Bak

18 aprel