Sabiq nazirin "müflisləşməsi"nin pərdəarxası məqamları...

Sabiq nazirin "müflisləşməsi"nin pərdəarxası məqamları...Sabiq vergilər naziri Fazil Məmmədov "gizli" biznesini əlində saxlamaq üçün çabalar göstərir. O, bunun üçün hər vasitəyə əl atır, özünün barəsində mətbuata "dosye"lər belə ötürmək kimi üsullara baş vurmağı məqbul sayır. Belə görüntü yaratmağa çalışır ki, guya müflis olub, işləri və səhhəti qaydasında deyil...

Faktiki isə F.Məmmədovun biznes imperiyasının sərhədləri kiçilmir, nazir postunda topladığı kapital hər ötən gün artır. Onun xaricdə hotelləri, istirahət mərkəzləri, zavodları, bazarları və genişprofilli biznesi var.

Bu haqda ötənlərdə yazdığımızdan Fazil Məmmədovun necə "müflis" olmasına diqqət edək.

Son günlər mətbuatda Fazil Məmmədova məxsus bisnes strukturlarında, o cümlədən "AtaBank"da gedən proseslərlə bağlı məlumatlar yayılır.

Bu məlumatlarda sabiq nazir tərəfindən bankın rəhbərliyinə gətirilən qohumlarının - bacısı oğlu Dəyanət Quliyev və yeznəsi Namiq Quliyevin "AtaBank"ı iflas həddinə çatdırdıqları, vəsaitləri müxtəlif vasitələrlə mənimsədikləri qeyd olunur. Xeyli müddət keçsə də, nə bank, nə adları çəkilən şəxslər, nə də Fazil Məmmədov bu məlumatları təkzib etməyib. Yayılan məlumatlarda "AtaBank"da növbəti qanunsuzluqların baş verdiyi iddia olunur. Belə ki, sabiq nazir Fazil Məmmədovun biznes strukturlarında ciddi problemlərin yaşandığı bildirilir. "AtaHoldinq" və "Synergy Group"da maliyyə və idarəetmə böhranın hökm sürdüyü də iddia edilir.

Belə bir məqamda Fazil Məmmədov özünün ciddi sağlamlıq problemlərinin olmasını önə çəkməklə şirkətlərə faktiki nəzarət edə bilmədiyi fikrini formalaşdırmağa çalışır. Hətta bunun inandırıcı olması üçün keçmiş nazirə məxsus olan şirkətlər arasındakı borc probleminin məhkəməyə daşınmasına da diqqət çəkilir.

Buna dair yayılan məlumatda qeyd edilir ki, "AtaHoldinq"ə daxil olan ""AtaSığorta şirkəti ödənilməmiş 9 min 918 manat sığorta haqqına görə "Synergy Group"u məhkəməyə veribmiş. Sitat: "1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində işə baxılaraq, həmin vəsaitin "Synergy Group"dan tutularaq "AtaSığorta"nın xeyrinə ödənilməsi qət edilmişdi. Hər zaman iri maliyyə qurumu kimi təqdim edilən "Synergy Group"un cəmi 9 min 918 manat sığorta haqqını ödəyə bilməməsi, buna görə də eyni şəxsə məxsus digər şirkət tərəfindən məhkəməyə verilməsi sabiq nazirin şirkətlərində idarəetmənin iflic hala düşməsini, sahibsizliyin hökm sürməsini əyani göstərir".

Əla gedişdir! Amma inanan olubmu?

Ardı da var. Oxuyaq: ""AtaBank"dakı problemlər ictimailəşdikdən sonra "AtaSığorta"da da analoji proseslər getməyə başlayıb. Belə ki, "AtaSığorta" ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev bir neçə gün əvvəl öz ərizəsi ilə işdən çıxıb. 15 ildən çox F.Məmmədovun şirkətlərində çalışmış M.Əliyevin məhz indiki anda işdən ayrılmasının səbəbi artıq bu şirkətlərin iflas həddində olması ilə bağlıdır".

F.Məmmədova məxsus şirkətlər içərisində ən böyük problemin isə "AtaBank"da qaldığı vurğulanır. Bankın həm nəzarət orqanlarını, həm də öz müştərilərini aldatdığı bildirilir: "Bir müddət öncə hər bir bank kimi "AtaBank" da öz illik maliyyə vəziyyətini açıqlayaraq, 2018-ci ili 127 min mənfəətlə başa vurduğunu bəyan etdi. Lakin təcrübəli iqtisadçılar bu məlumatın yanlış olduğunu, əslində bankın zərərlə işlədiyini, bankın öhdəliklər içərisində itib-batdığını mediaya açıqladılar. Belə ki, 2018-ci il üzrə əvvəlki illə müqayisədə "AtaBank"ın mənfəəti 63% düşüb. Təkcə müştəri hesablarında 3 ayda 7 milyon 724 min manat azalma qeydə alınıb. Bankın aktivləri də 7% azalıb.

Bankın 435 milyon 893 min manat öhdəliyi vardır ki, onun 20 milyon manatı Mərkəzi Bank qarşısındadır. Bankın mənfəət və zərər hesabatına əsasən, 2019-cu ilin birinci rübündə faiz gəlirləri illik müqayisədə 19,1% azalaraq 8 milyon 627 min manat, faiz xərcləri 12% azalaraq 5 milyon 620 min manat, qeyri-faiz gəlirləri 60% azalaraq 917 min manat, qeyri-faiz xərcləri isə 8% azalaraq 5 milyon 297 min manat təşkil edib.

Bank əməliyyatda da zərər edib. Belə ki, "AtaBank"ın 2019-cu ilin birinci rübündə əməliyyat zərəri 1 milyon 373 min manat olub. Halbuki bank 2018-ci ilin birinci rübündə 833 min manat əməliyyat mənfəəti əldə etmişdi.

Bank 2019-cu ilin birinci rübündə aktivlər üzrə ehtiyatlardan 1 milyon 500 min manat vəsaiti geri çəkdiyi üçün bu rübdə 127 min manat xalis mənfəət əldə edib. Əks halda, bankın rəsmən zərərlə işlədiyi təsbit olunmalı idi. Beləliklə də bank üzrə mütəxəssislərin fikrincə, "AtaBank"ın təqdim etdiyi maliyyə hesabatı onun mövcud likvidlik və dayanıqlıq vəziyyəti ilə qətiyyən uyğun gəlmir".

Sabiq nazirin adı keçən yazılarda qeyd olunur ki, o, biznesində yaranan problemləri həll etmək niyyətində deyil. Sabiq nazirin iflic vəziyyətə düşmüş bankı müştəriləri, dövlət orqanları və digər kreditorları ilə birlikdə baş-başa qoyduğu, bununla bağlı yaranacaq məsuliyyəti də idarəetmədə olanların üzərinə yönəldəcəyi bildirilir.

Belə informasiyaları təhlil etdikdə Fazil Məmmədova məxsus şirkətlərin dövri olaraq müflis elan edilməsi fikrinin ictimaiyyətə təlqin edilməsi üçün iş aparıldığı göz önünə gəlir. Belə xəbərlər sabiq nazirin qanunsuz kommersiya fəaliyyətini ört-basdır etməyə, əldə etdiklərini qoruyub saxlamağa xidmət edir. Maraqlıdır ki, Fazil Məmmədov vəzifədə olarkən də özü haqda belə xəbərlərin yayılmasına pis baxmırdı. 2016-cı ildə, vergilər naziri postunu tutarkən Fazil Məmmədova məxsus "Yeni Həyat" MMC müflis elan edilmişdi. O dövrdə bu xəbər tez bir zamanda mətbuatın gündəmini zəbt etmişdi. Az sonra isə "Yeni Həyat" yenidən başqa ad altında fəaliyyətini davam etdirməyə başlamışdı. Bu hərəkətlilikdən belə aydın olurdu ki, Fazil Məmmədov iqtisadi manipulyasiya ilə məşğul olur. Yəni forma dəyişsə də məzmun dəyişməyib. Belə müflis olma sırf Fazil Məmmədovun maraqları daxilində, nəzarəti altında aparılıb. Bu baxımdan hazırda müşahidə edilən gedişatın da sabiq nazirin nəzarətindən kənar olması inandırıcı görünmür... (Yeni Musavat)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1303   Tarix: 17 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Hadrutdan ürəkaçan görüntülər - Video

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb. Bildirilib ki, burada tikilən hər bir bina xüsusi memarlıq üslubuna görə seçiləcək. Artıq tikililərin layihələndirmə işləri yekunlaşıb. Daha ətraflı süjetdə

24 aprel
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy

23 aprel
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel
.

"40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı erməni lobbisinin sifarişiylə hazırlanıb" - DEPUTAT

Xəbər verdiyimiz kimi Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. Siyahıda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Dövlət Təhlükəsizliy

24 aprel
.

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağl

24 aprel