Elinanın ailəsindən SENSASİON BƏYANAT: "Qoy, hamı bilsin ki, nələr baş verir"

Elinanın ailəsindən SENSASİON BƏYANAT: "Qoy, hamı bilsin ki, nələr baş verir"Bakıdakı 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın qırxı günündə - mayın 15-də onun doğmaları bəyanatla çıxış ediblər.

Elinanın doğmaları hesab edirlər ki, bu tədris müəssisəsinin 4-cü mərtəbəsindən özünü atan qız məktəbin direktoru Sevil Abbasova və Səbayel Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovanın günahı ucbatından növbəti gün xəstəxanada ölüb. Qıza vaxtında tibbi yardım göstərilməyib. Ağır yaralanan E.Hacıyeva sağ qalıb və məktəb direktorunun kabinetinə yerləşdirilib. Təcili yardım isə gec çağırılıb.

Elinanın anası Sevil Hüseynova və nənəsi Solmaz Sadiqova Facebook-da məlumat yerləşdiriblər ki, ailənin istintaqa iradının olmaması barədə fikirlər yalandır, ailə susmayıb və 2019-cu il aprelin 4-də direktorun kabinetində baş vermiş cinayətin ədalətli araşdırılmasını tələb edir.

"Biz yenidən ədalətli təhqiqat istəyirik. Heç kimi cəzalandırmadan işi bağlamaq istəyirlər. Ekspertiza təyin etmirlər. İstintaq bizim ifadələrimizi dinləmir. Biz müstəntiqin dəyişdirilməsini tələb edirik. 40 gün ərzində müstəntiq bir dəfə də olsun Elinanın anasına telefon edib işin gedişatı haqda məlumat verməyib. Biz istəyirik ki, xalq bilsin. Bizim Elinanı öldürdülər. Bu, intihar deyil, bu, qətldir", - mətnin müəllifi, Elinanın rəfiqəsi bildirib. S.Hüseynovanın və S.Sadiqovanın bəyanatını o dərc edib. Səhifə Hitomi Kei adlanır.

Doğmaları bildirirlər ki, rayon İH başçısının müavini Xalidə Bayramovanın valideynlərin razılığı olmadan yaralı qızı və onun ifadələrini kameraya çəkməyə ixtiyarı yoxdur.

Küçə kameralarında qeydə alınıb ki, aprelin 4-də, Elinanın intihara cəhd etdiyi gün bir oğlan 162 saylı məktəbdən çıxır və aptekə gedir, hansısa həbləri alır və məktəbə qayıdır. Sonra hələ sağ olan Elina atasına deyir ki, özü "Tramal" preparatını içib ("Tramal" cərrahiyyə, pediatriya, travmatologiya, transplantologiya, ginekologiya, ortopediya və onkologiyada müxtəlif mənşəli intensiv ağrı sindromunun aradan qaldırılması üçün təyin edilir. Preparat zəif ağrıların aradan qaldırılması üçün təyin edilmir).

"Uşağı necə qorxudublarsa, həbləri içdiyini özü etiraf edib. Biz həmin gün direktorun kabinetində nələrin olduğunu bilmirik, ancaq Elinanın əllərinin üzərində başqa naməlum əl izləri olub, sanki onu harasa aparıblar. Biz bilmirik ona nə ediblər, biz bilmirik, onu necə qorxudublar", - Elinanın rəfiqəsi mərhum məktəblinin anası və nənəsinin sözlərinə istinadən yazıb.

O bildirib ki, sosial şəbəkələrdə statuslar dərc etdikdən sonra X.Bayramovanın iş yerindən ona telefon edərək anasını sürücülük hüququndan məhrum edəcəkləri ilə hədələyiblər.

Elinanın rəfiqəsi bildirir ki, məktəbin direktoru Sevinc Abbasova (aprelin 16-da məhkəmə onun barəsində ev dustaqlığı həbs qətimkan tədbiri seçib) Elinanın mobil telefonunu götürərək WhatsApp-ı silib. Telefondakı sim-kartı çıxarıb qırıb, Elinanın qanını asfaltdan silib.

Cinayət yerində ekspertiza davam edir, nəticələr barədə ailəyə məlumat verilmir. Valideynlərin başqa ölkədən ekspert gətirməsinə imkan verilmir ki, bu da cinayət işini ört-basdır etmək niyyəti barədə şübhələr yaradır.

"Niyə? Hər şey pulla alınıbmı? Hamını 100 dəfə dindiriblər, ancaq irəliləyiş yoxdur. Mənim direktor haqqında söylədiklərimi müstəntiq qeydə almır, halbuki, deyirdi ki, istintaqa 162 saylı məktəbin direktoru haqda informasiya lazımdır. Hər şey çox qarışıqdır. Bunu paylaşmanızı xahiş edirəm. Qoy, hamı bilsin ki, nələr baş verir", - Elinanın rəfiqəsi yazıb.

Mərhumun anası S.Hüseynova danışıb ki, Elina öz sinif yoldaşları və yuxarı sinif şagirdləri tərəfindən incidildiyinə görə pəncərədən özünü atıb.

"Məktəbdə videomüşahidə kameraları qurulub. Kadrlarda görünür ki, qızı incidirlər, boynunun arxasından vururlar.

Bu yaxınlarda Elina saçlarını boyamışdı, əvvəlcə sarı, sonra qırmızı rəngə. Məktəb psixoloqu kömək etmək əvəzinə saçlarının rənginə ilişirdi. Mən bilmirdim, ancaq məlum olur ki, qız öz rəfiqəsinə şikayət edib ki, biologiya müəlliməsi Leyla Mixaylovna onunla kobud rəftar edib. Mən müəllimə ilə danışmaq istədim, ancaq o, telefon zənglərinə cavab vermədi.

Bir dəfə Elinanın rəfiqəsi tədris hissə müdirinə demişdi ki, Azərbaycan bölməsinin 10-11-ci sinif şagirdləri qızımı incidirlər və başqalarına deyirlər ki, onunla danışmasınlar. Onu təhqir edirdilər. Dərs hissə müdiri qızın rəfiqəsindən xahiş edib ki, bu barədə bizə heç nə deməsin və məsələni araşdıracağını vəd edib. Sinif rəhbəri Çimnaz Hacıyeva isə bir dəfə də olsun telefon edib maraqlanmayıb ki, qızım haradadır, niyə dərsə gəlmir.

Qolbaq, sırğa taxanda müəllimlər o dəqiqə reaksiya verirdilər, ancaq qızıma qarşı təcavüzkar münasibətə, məktəblilərin tərbiyəsizliyinə göz yumurdular", - qızın anası jurnalistə bildirib.

Sosial şəbəkələrdə yayılan audioyazıda 162 saylı məktəbin direktoru Sevinc Abbasova jurnalistləri 8-ci sinif şagirdi Elina Hacıyevanın ailəsinin ünvanına xoşagəlməz informasiya yazmağa çağırıb. Direktor jurnalistləri Elinanın pozgun, əxlaqsız ailədən olduğunu qeyd etməyə çağırıb.

Təhsil Nazirliyi bəyanat yayaraq istintaq müddətində direktorun işdən çıxarıldığını və təhqiqatın yekunları rəsmi açıqlanana qədər gözləmək niyyətində olduğunu bildirib. Bundan sonra nazirlik qəti tədbirlər görəcək. Ölkə məktəblərində tədris və tərbiyə prosesinə ictimai nəzarət üzrə tədbirlərin genişləndirilməsi, şagirdlərin və müəllimlərin psixoloji durumunun müşahidə edilməsi üçün mütəxəssislərin cəlb olunması qərara alınıb. "Təhlükəsiz məktəb" pilot layihəsi çərçivəsində bəzi məktəblərdə həmin tədbirlərə başlanılıb. 162 saylı məktəb pilot layihənin iştirakçısı olmayıb", - Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib.

Şagirdlərin və müəllimlərin mənəvi və fiziki təhqirlərinə dözə bilməyib aprelin 4-də həmin məktəbin pəncərəsindən özünü atan Elina Hacıyeva ağır yaralansa da sağ qalıb və direktorun kabinetinə yerləşdirilib. Təcili tibbi yardım isə ekstren hallarda lazım olduğundan gec çağırılıb. (Contact.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1875   Tarix: 17 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Qazaxın 4 kəndinin qaytarılması Müzəffər Ali Baş Komandan İlham Əliyev diplomatiyasının qələbəsidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel
.

"Oğlan subay olub, qız isə uşaq evində böyüyüb" - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO

Ötən gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində hamam otağından qızla oğlanın meyiti tapılıb. xəbər verir ki, ATV-nin çəkiliş qrupu sözügedən mənzildə olub. Məlumata görə, dünyasını dəyişən 37 yaşlı Ələmdar Babayev subay olub və ailəsi ilə birgə yaşayıb. Onunla birgə dəm qazından boğulan qız is

19 aprel
.

Sabah 30 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündü

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel