Arvadının ona xəyanatindən şübhələndi və... - Bakıda ərdən DƏHŞƏTLİ ƏMƏL

Arvadının ona xəyanatindən şübhələndi və... - Bakıda ərdən DƏHŞƏTLİ ƏMƏLBakıda qısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən Məzahir Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Məzahir Məmmədov arvadı Səbinənin son vaxtlar ona soyuq münasibət göstərdiyini görüb. Bu hərəkətləri ilə Səbinənin ona xəyanət etməsindən şübhələnib.

Uşaqlarını mağazaya göndərdi, qapını arxadan bağladı

Məzahir Məmmədov aralarında olan münasibətlərə aydınlıq gətirməkdən ötrü 23 iyun 2016-cı il tarixdə, saat 18.00-da yaşadıqları Səbail rayonu, Bayıl qəsəbəsindəki evdə olarkən azyaşlı övladları Sədi və Ramalı siqaret almaq adı ilə yaxınlıqdakı mağazaya göndərib.

Daha sonra Məzahir Məmmədov Səbinənin heç yerə çıxa bilməməsi üçün evin giriş qapısını arxadan qıfıllayıb. O, evin içəri otaqlarına qalxmaq üçün nəzərdə tutulmuş pilləkanların üstündə əyləşərək Səbinədən çay istəyib.

Arvadından şübhələndiyini açıqladı

Səbinə ona şüşə stəkanda çay gətirib. Məzahir çayın soyuq olmasını bildirib və ondan yenidən çay gətirməsini deyib. Səbinə yenə də ona çay gətirib.

İkinci gələn çayı da içən Məzahir arvadını ona əvvəlki kimi diqqət yetirməməkdə, soyuq davranmaqda günahlandırıb, ona olan şübhələrinin səbəblərini soruşub.

Bu zaman Səbinə Məzahirə fikirlərinin həqiqətə uyğun olmadığını bildirib. Bundan əsəbiləşən Məzahir onu qısqanclıq zəminində öldürmək qərarına gəlib.

Arvadı inkar etdi, qətli yetirdi

O, əlində olan şüşə çay stəkanının arxa tərəfi ilə Səbinənin baş və sifət nahiyələrinə zərbələr endirib. Məzahir Səbinənin onun əlindən çıxaraq özünü qurtarmağa çalışmasına, imdad diləməsinə və çöldə olan uşaqlarını köməyə çağırmasına heç bir əhəmiyyət verməyib.

Məzahir Səbinəni döşəməyə yıxaraq əlləri ilə bədənin müxtəlif nahiyələrinə vurmaqla, eləcə də əlindəki şüşə stəkanın arxa hissəsi ilə baş və sifət nahiyələrinə ümumilikdə 6 dəfə zərbə endirib. Səbinə aldığı xəsarətdən hadisə yerində ölüb.

"Əvvəllər məhkum olunmuşam"

İstintaq orqanı tərəfindən Məzahir Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məzahir Məmmədov bildirib ki, əvvəllər narkotik maddələrdən istifadə etməyə görə məhkum olunub: "15 il olar ki, Səbail rayonunda fərdi evdə yaşayırıq. Səbinə ilə 2000-ci ildə kəbin kəsdirib, evlənmişəm. Sonradan nigahımızı rəsmiləşdirdik, üç övladımız olub. Heç yerdə işləməmişəm".

"Çayın soyuq olmasını irad tutdum"

Məzahir Məmmədovun sözlərinə görə, son vaxtlar arvadından şübhələnməyə başlayıb: Səbəb isə Səbinənin əvvəlki kimi mənə münasibət göstərmədiyini hiss etmişdim. İyunun 23-də bütün gün evdə oldum. Axşam uşaqlarım Ramal və Sədini siqaret almaq adı ilə dükana göndərdim ki, arvadım ilə son günlərdə olan şübhələrimə aydınlıq gətirim. İkimiz də evin girişində olan pilləkənlərdə oturduq. İçdiyim çayın soyuq olmasını irad tutdum. Səbinə yenidən mənə çay gətirdi".

"Uşaqları içəri girməyə qoymadım"

Məzahir Məmmədov deyib ki, arvadının ona qarşı belə diqqətsizliyi qəbul etməyib: "Ondan təkrar şübhələrimin səbəbini soruşdum. Səbinə fikirlərimin həqiqətə uyğun olmadığını bildirdi. Bu səbəbdən əsəbiləşdim, çay stəkanının arxası ilə Səbinənin başına bir neçə zərbə vurdum. Səbinə yerə yıxılan kimi üstünə çıxdım. Sol qolum ilə onun boyununu sıxdım. Onun qışqırmasına imkan vermədim. Bu hadisə təxminən 5-6 dəqiqə çəkdi. Qapını bağlı saxladığım üçün uşaqları içəri girməyə qoymadım. Onları götürərək həyətdən küçəyə çıxdım. Taksi ilə bacımın "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yaşadığı evə getdim. Uşaqları bacıma verdim və geri qayıdanda sahə müvəkkilinə zəng etdim, hadisə barədə məlumat verdim. Evə gəldikdə məni 8-ci polis bölməsinin əməkdaşları tutudlar".

"Bacım haqqında deyilənlər həqiqəti əks etdirmir"

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində Səbinənin qardaşı Əli Babayev tanınıb. O, ifadəsində göstərib ki, bacısını əri Məzahir Məmmədov narkotik vasitələrin istifadəsinə meyilli olub. Onun sözlərindən məlum olur ki, hər dəfə bacısı ilə görüşəndə Məzahirin onun incitməsindən şikayət edib: "İyunun 23-də yaşadığım Göytəpə şəhərində olarkən anam yanıma gəldi. Anam Məzahirin ona zəng etdiyini, Səbinəni öldürdüyünü dedi. Bacım haqqında deyilənlər həqiqəti əks etdirmir. Bacım ailəcanlı, hamının hörmətlə yanaşdığı qadın olub".

19 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məzahir Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm verilib.

Hökmdən narazı qalan Məzahir Məmmədov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, hadisəni törədən zaman özündə olmayıb. Məzahir Məmmədov cəzasının yüngülləşdirilməsini xahiş edib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Məzahir Məmmədovun şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Məzahir Məmmədov kasasiya şikayəti verib.

Məzahir Məmmədovun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, Məzahir Məmmədovun kasasiya şikayəti təmin olunmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2090   Tarix: 18 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd

9 sentyabr 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

Yerdə xırıldayanda yenə bıçaqladım, çünki... - "Emin 444"ün qətli

Kriminal aləmdə "Emin 44" kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. -a istinadən xəbər verir ki, artıq məhkəmə araşdırması yekunlaşmaq üzrədir. Sonuncu prosesdə məhkəm

12 sentyabr 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021