İrad Rasim Balayevə baha başa gəlib: Aktyoru imtahanlara buraxmırlar - FOTO

İrad Rasim Balayevə baha başa gəlib: Aktyoru imtahanlara buraxmırlar - FOTOXalq artisti, "Şöhrət" ordeninə layiq görülmüş Rasim Balayevi bildirdiyi iradlara görə, artıq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qəbul imtahanlarında iştiraka dəvət etmirlər. Məşhur aktyor gələcək aktyorların seçim sistemindən narazıdır.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunları Rasim Balayev özü Bakı Kitab Mərkəzində tamaşaçılarla keçirdiyi görüş zamanı deyib. Sevimli aktyorla görüşə çox sayda pərəstişkarları və yaradıcı ictimaiyyətin nümayəndələri gəlib. Balayev gecə boyu publikanın onun yaradıcılığı, yeni planları və məşhur filmi "Nəsimi"nin çəkilişləri ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

Aktyor hesab edir ki, Azərbaycan teatrı və kinosunda artıq uzun müddətdir sakitlik hökm sürür. Balayev bunun səbəbini gələcək aktyorların seçiminin düzgün aparılmaması ilə izah edib. Onun fikrincə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə, Bakı Rəssamlıq Akademiyasına, Milli Konservatoriyaya daxil olan insanlar digər imtahanları da verməlidir və insanların istedadını nəzərə almaq lazımdır.

"Bir dəfə məni Mədəniyyət və İncəsənət Universitetinin qəbul imtahanında iştiraka dəvət etdilər. Mən bir neçə iradımı bildirdim və görünür, bu, kiminsə xoşuna gəlməyib. Bundan sonra daha məni çağırmadılar. Onda mən digər mədəniyyət xadimləri ilə birlikdə həqiqi aktyorluq istedadı olan beş gənci seçmişdim. Lakin sonra bildim ki, onlar test imtahanları zamanı lazımi balı toplamadıqlarına görə universitetə daxil ola bilməyiblər", - deyə Balayev təəssüflə bildirib.

Onun fikrincə, qız və oğlanların əksəriyyəti aktyorluq istedadı olmaya-olmaya Mədəniyyət və İncəsənət Universitetinə daxil olurlar. Çünki oranın balları yüksək deyil. Balayev hesab edir ki, hər bir insan peşə seçərkən öz qabiliyyətinin bu və ya digər ixtisasa uyğun gəlib-gəlmədiyini nəzərə almalıdır.

Balayev əmindir ki, aktyorun yeri əvvəlcə teatrdır, sonra isə kino. O, evdə rusiyalı həmkarlarının müsahibələrini oxuyur və heyran qalır ki, onlar üçün birinci yerdə teatr sənətidir. Artist hesab edir ki, hər bir aktyor teatrda işləməlidir. Kinoya isə pul və populyarlıq xətrinə çəkilmək lazımdır. Balayev təəssüf edir ki, Azərbaycanda aktyorlara kinoya çəkilərkən ən azı Rusiyadakı qədər yüksək qonorar vermirlər.

Xalq artisti ona böyük populyarlıq qazandıran "Nəsimi" filmindəki məşhur rolundan da danışıb. Onun sözlərinə görə, o illərdə Azərbaycan şairi Nəsimi haqqında praktiki olaraq, heç nə bilmirdilər. Sadəcə məktəb dərsliklərində onun bir neçə şeiri dərc olunmuşdu. Sonralar onun yaradıcılığına həsr olunmuş tədbirlər keçirməyə başladılar və onda Həsən Seyidbəylidə Nəsiminin həyatı haqqında film çəkmək ideyası yarandı. Film kifayət qədər uğurlu alındı. Aktyor hesab edir ki, bu, təkcə onun uğuru deyil, bütün çəkiliş komandasının uğurudur.

"Bu filmin çəkilişinə qədər beş filmin kastinqlərində iştirak etmişdim və hər dəfə də eyni cavabı almışdım - sizin zahiri görkəminiz ekran üçün uyğun deyil. Nəsimi filmində iştirak etmək üçün seçmələri mənim üçün şok oldu. Dərhal düşündüm ki, hansısa epizodik rolu oynayacağam və əgər oyunum zəif alınsa, heç kəs fərqinə varmaz. Biləndə ki, mən Nəsiminin özünü oynayacağam, çox sevindim. Başa düşdüm ki, ya bu rol mənə uğur gətirəcək, ya da mən digər peşə ilə məşğul olmalı olacağam" - deyə Balayev bildirib.

Aktyorun fikrincə, bu film üstündən uzun müddət keçməsinə baxmayaraq, indiyə qədər də populyardır. Film tamaşaçıların o qədər xoşuna gəlib ki, bir çox valideynlər hətta öz uşaqlarına Nəsimi adını qoyublar.

Rasim Balayev qeyd edib ki, rejissorlardan, ssenari müəlliflərindən təklif gözləyir. Onun fikrincə, təkcə aktyorların yeni obrazlar axtarışında olması ilə iş bitmir, kinematoqrafçılar özləri onlara təkliflərlə müraciət etməlidir.

Görüşdə xalq artistinə çoxsaylı suallar ünvanlanıb. Heç kəs görüşün başa çatmasını istəməyib. Hamı istəyib ki, sevimli aktyordan daha çox yeni şeylər öyrənsinlər. Rasim Balayev görüşdə Nəsiminin bir neçə qəzəlini də oxuyub.

Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsuda anadan olub. 1969-cu ildə Azərbaycan İncəsənət İnstitutunu (hazırda Mədəniyyət və İncəsənət Universiteti) bitirib. Sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyib. O, "Nəsimi", "Babək", "Atları yəhərləyin", "Arxadan zərbə", "İstintaq", "Gözlə məni", "Yaramaz", "Cin mikrorayonda", "Otel otağı", "İstanbul, İstanbul", "Dronqo", "Cavid ömrü", "Günaydın mələyim" və bir çox başqa filmlərdə çəkilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2655   Tarix: 19 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021
.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrın

5 sentyabr 2021
.

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...

Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə

8 sentyabr 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021
.

Afaq Bəşirqızı həyat yoldaşı ilə - FOTOLAR

Xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzovla fotosu yayılıb. xəbər verir ki, şəkli aparıcı Elgiz Əkbər İnstaqram hesabında yerləşdirib. Fotoda aktrisa və həyat yoldaşı yer alıb. Qeyd edək ki, A.Bəşirqızının Səmral adlı bir oğlu var

12 iyul 2021
.

Məşhur aktrisa vəfat etdi - FOTO

Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey

31 iyul 2021
.

Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

21 iyun 2021
.

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO

Yaxud gerçəklə yuxunun arasındakı məqam. Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya" anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşa

10 iyul 2021
.

Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov

Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş

29 iyun 2021