Məşhur azərbaycanlı kriminal avtoritet Moskvada tutulub Bakıya gətirildi - TƏFƏRRÜAT

Məşhur azərbaycanlı kriminal avtoritet Moskvada tutulub Bakıya gətirildi - TƏFƏRRÜATRusiyanın paytaxtı Moskva şəhərində həbs edilən tanınmış kriminal avtoritet Rüstəmov Akif İslam oğlu Bakıya ekstradisiya edilib.

Sonxeber.az-ın News24.az-a istinadən məlumatına görə, onun barəsində Cinayət Məcəlləsinin 228.1-ci, yəni qanunsuz silah gəzdirmə maddəsi ilə cinayət işi açlıb və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş üzrə 5 nəfər zərərçəkən kimi tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmin tanınmış üzvlərindən olan Akif Rüstəmovun işinə hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Rüstəmov Akif İslam oğlu uzun illər Azərbaycan Respublikasının köhnə Cinayət Məcəlləsinin 145.2.6-ci maddəsi (silahdan yaxud, silah kimi istifadə edilən əşyalardan istifadə etməklə qanunsuz azadlıqdan məhrum etmə) ilə axtarışda olub. Lakin o uzun müddət adını və ünvanını dəyişdirərək Rusiyada gizlənib.

Daha sonra Moskvada azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar dəstənin lideri saxlanılıb. "RİA-Novosti" məlumat yayıb ki, bu haqda Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib.

Onun sözlərinə görə, azərbaycanlı Rusiyada 20 ildir başqa adla gizlənirdi. Nazirliyin rəsmi nümayəndəsi qeyd edib ki, Azərbaycanın Akif Rüstəmov 1997-ci ildə Azərbaycanda törətdiyi soyğunçuluq, adam oğurluğu və quldurluq cinayətlərinə görə beynəlxalq axtarışda olub.
"Fiqurant 1997-ci ildən cinayət məsuliyyətindən gizlənirdi. O, SSRİ-nin başqa vətəndaşının pasportundan istifadə edərək Rusiya Federasiyasının vətəndaşlığını və Rusiya ümumvətəndaş pasportunu alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, Azərbaycan Respublikasında bu məlumatlar altında tamamilə başqa insan yaşayır", - Volk deyib.

Onun Rusiya Milli Qvarsiyasının dəstəyi ilə Miçurin prospektində saxlanıldığı bildirilir.

İrina Volk dəqiqləşdirib ki, fiqurantın Rusiya vətəndaşlığı artıq ləğv edilib və ona verilmiş pasportlar etibarsız hesab edilib.
Azərbaycanlının kirayə yaşadığı mənzildə axtarış zamanı "İJ-70 və "Brauninq" markalı tapançalar, 9 millimetr kalibrli 23 güllə və başqa anket məlumatları ilə Qazaxıstan vətəndaşına məxsus saxta pasport aşkar edilib.

Saxlanılan barəsində qanunsuz silah dövriyyəsi ilə bağlı cinayət işi qaldırılıb və həbs qətimkan tədbiri seçilib. İdarənin nümayəndəsi bildirib ki, onun Azərbaycana ekstradisiyası planlaşdırılır. Azərbaycanlının Rusiya ərazisində başqa cinayətlərdə iştirakı yoxlanır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1767   Tarix: 20 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı

13 sentyabr 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın

29 avqust 2021
.

Balakəndə narkotacirlər ələ keçdi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021