Güclü yağış bəzi bölgələti işıqsız qoydu

Güclü yağış bəzi bölgələti işıqsız qoyduTovuz rayonunun bəzi kəndləri intensiv yağış səbəbindən işıqsız qalıb.

Bu barədə Oxu.Az-a Tovuz rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, güclü külək olmasa da, intensiv yağan yağış bir çox kəndlərdə narahatlıq yaradıb:

"Dünən gecə rayon ərazisində hava yağışlı olub. Təəssüf ki, rayon ərazisində elektrik enerjisi təchizatında bir sıra problemlər var. Bununla bağlı aidiyyəti qurumlara yazılı müraciətlər olunub.

Bəzi kəndlərdə artıq müsbət dəyişikliklər müşahidə edilir. Lakin əksər kəndlərdə hələ də elektrik təchizatı sistemləri problemli olduğu üçün hava şəraiti ilə əlaqədar bəzi kəndlərdə qısamüddətli fasilələr yaranıb. Hazırda rayon ərazisində vəziyyət yaxşıdır".

Xatırladaq ki, dünən gecə saatlarından başlayan intensiv yağış və güclü külək bir sıra regionlarda ciddi fəsadlar yaşadıb. İsmayıllı, Zaqatala, Göyçay rayonları və Gəncə şəhərində yağan dolu elektrik naqillərini sıradan çıxarıb.

Sosial   Baxılıb: 746   Tarix: 20 may 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR