Bu bankların BAĞLANMA EHTİMALI VAR

Bu bankların BAĞLANMA EHTİMALI VAR"Fiziki şəxs olan əmanətçilərin milli valyutada olan əmanətinin faiz dərəcəsi 15%, xarici valyutada isə 3%-dən yuxarı deyilsə, hər hansısa risk yoxdur".

Bunu bank üzrə ekspert Əkrəm Həsənov Redaktor.az-a açıqlamasında bildirib.

Riskli bankların aqibətini şərh edən ekpsert bildirib ki, problemli kreditləri daha çox və kapitalı aşağı olan banklar riskli bank hesab olunur:

"Bankın problemli kreditləri çoxdursa, deməli müştərilərə və şirkətlərə verilən vəsait çox riskli kredit siyasəti altında həyata keçirilib. Problemli kreditin çox olması bankın məcmu kapitalını aşağı salır. Məcmu kapital bankın öz vəsaiti hesab olunur. Banklar adətən iki cür vəsaitlə fəaliyyət göstərir. Bankların öz vəsaiti hesabına olan fəaliyyətə səhmdarların sahiblərinin banka qoyduğu pul daxildir. Cəlb edilən vəsaitə isə əmanətlər, müştərinin bank hesabında olan pullar daxildir. Qanunvericiliyə görə, bankın öz pulu minimum 50 milyon manat civarında olmalıdır. Bankın öz pulu nə qədər çoxdursa, riski bir o qədər azdır.

Krediti olan müştərilər üçün bankın riskli olmasının ciddi əhəmiyyəti yoxdur

Risk ehtimalını ölçmək üçün banklar maliyyə hesabatlarını rüblər üzrə dərc edirlər. Lakin həmin hesabatlara olan inam sual altında olan məsələdir. Bütün hallarda əmanəti müəyyən olunmuş faizdən keçməyən fiziki şəxs olan əmanətçilərin vəsaitləri 2020-ci il martın 4-nə kimi tam sığortalanıb. Əsasən hüquqi şəxslər riskli şəxs hesab olunur. Çünki bank bağlananda həmin şirkətlərin vəsaitləri batır. Hüquqi şəxslərə tövsiyyə edirik ki, hesablarını daha az riskli olan banklarda açsınlar".

Ekspert bildirib ki, bəzi bankların bağlanma ehtimalı hər zaman var:

"Prezident İlham Əliyevin 2016-ci ilin sonunda təsdiq etdiyi "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən, ötən ilin sonuna qədər bu proses bitməli idi. Bankların birləşmə ehtimalı isə çox aşağıdır".

Qeyd edək ki, mətbuatda 2019-cu ilin ilk rübü üzrə riskli aktivlərinin həcminə görə bankların siyahısı açıqlanıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1952   Tarix: 20 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Vətəndaşların banklara inamı artır: Yeni qaydalar nəticəsini verir - ARAŞDIRMA

Vətəndaşların banklarda milli valyutada olan əmanətlərinin məbləği bir il ərzində 16,3 faiz artıb. Ekspertlər bu rəqəmi kifayət qədər ciddi göstərici hesab edirlər və bunu banklara olan inamın artması kimi səciyyələndirirlər. Mərkəzi Bank xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği bi

11 fevral
.

Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi zaman zaman gündəmə gəlir. Hazırda Azərbaycanda bir çox banklar yüksək faizlə kredit verir. Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı kredit faizlərinin yüksək olma səbəblərinə aydınlıq gətirib:

15 aprel
.

Qızılın qiyməti rekordunu yenilədi

Qızılın qiyməti aprelin 1-də rekord səviyyəyə yüksəlib. Bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa yaxınlaşdığını göstərən əlamətlər artıma təkan verib. Qızılın bir unsiyasının qiyməti artaraq 2 265,73 dollar olub. Bu 28 martdak

1 aprel
.

Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727,2 min nəfər olub. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdl

9 aprel
.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə xəbər verir. Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqind

7 mart
.

Azərbaycanda dəmir yolları ilə yükdaşıma azalıb, sərnişindaşıma isə artıb

Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1,4 milyon ton yük, 622,6 min sərnişin daşınıb. Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 7 % az və 30,1 % çoxdur. Ötən ay orta hesabla sutkada 326 vaqon yüklənib, 366 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şima

17 fevral
.

Azərbaycanda hotellər üzrə orta qiymət azalıb

Cari ilin aprel ayında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət öncəki ayla müqayisədə bir qədər azalaraq 131,67 manat təşkil edib. -ın xəbərinə görə, yanvarda Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət 87,50, fevralda 102,67, ötən ay isə 134,3

6 aprel
.

Ramazan ayında qızıl bazarında vəziyyət necədir?

Ramazan ayında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında alıcılıq aşağı düşür. Bunu "Trend"ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib. Onun sözlərinə görə, aparılan müşahidələrə əsasən, alıcılıq qabiliyyəti 50% aşağı düşüb. "Qızı

30 mart
.

Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında müqavilə imzalanıb - FOTO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında "Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi" imzalanıb. xəbər verir ki, bu barədə şirkətdən bildirilib. "Müqavilənin faydalı olacağına ümid edirik", - məlumatd

8 mart