Azərbaycanda QANDONDURAN HADİSƏ: Kişi intim münasibətdə olmağı rədd edən arvadına zor tətbiq edib, körpəsini öldürdü

Azərbaycanda QANDONDURAN HADİSƏ: Kişi intim münasibətdə olmağı rədd edən arvadına zor tətbiq edib, körpəsini öldürdüCəmiyyətimizin ən ciddi problemlərindən biri erkən nikah və məişət zorakılığıdır. Yetkinlik yaşına çatmayan qızlar ailə həyatı qurmağa məcbur edilir, məişət zorakılığının qurbanı olurlar. Əksər hallarda bu zorakılıqlar ailə daxili "adət"lər çərçivəsində "həll edilir". İllərlə əzablara dözən qadınlar ya övladlarını nəzərə alaraq çətinliklərə, ya da başqa şansları olmadığı üçün ömrünün qalan hissəsini eyni əziyyətlə yaşamağa məhkum olurlar.

Dəfələrlə bu cür hallarla qarşılaşan qadınların çıxış yolu ya intihara cəhd edirlər, ya da evdən baş götürüb qaçırlar. Sığınacaq isə ağır və əzablı taleyi olan qadınların ümid yeridir. Həyatlarının dərdlərindən, əzablarından qaçıb burda məskunlaşırlar. Burda kədərlərini ovudurlar, problemlərinə kömək axtarırlar, sonucda bura sığınırlar. Amma müvəqqəti... burdan ayrılandan sonra çox vaxt onları eyni həyat gözləyir. Çünki problemin köklü həlli təkcə bu divarlar arasında çözülə bilməz.
Uşaqkən ailəsi, sonra həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan Ludmila (ad şərtidir- red.) hazırda sığınacaqda yaşayır. Onun getməyə yeri yoxdur. O, Azərbaycanda köməksiz qalan yüzlərlə qadından biridir.

Sonxeber.az 35 yaşlı Ludmilanın (ad şərtidir- red.) həyat hekayətini təqdim edir:

- Bayaqdan fikrim səndədir, öz-özünə danışırsan. Nə olub?

-Balalarıma görə narahatam . Onlardan bir saniyə belə ayrı qalmaq istəmirəm. Ürəyim partlayar, bəlkə dəölərəm. Mən onlara çox bağlıyam. Onlar olmasaydı, tək başım olsaydı bəlkə də həyatımı başqa cür qurardım (doluxsunur- red.)

Azərbaycanda QANDONDURAN HADİSƏ: Kişi intim münasibətdə olmağı rədd edən arvadına zor tətbiq edib, körpəsini öldürdü-Bəlkə bir az keçmişə qayıdaq. Öz haqqında ətraflı danışasan?

Sualımdan pis oldu... üzünü pəncərəyə tutub dərindən "ah" çəkib və danışmağa başladı:

- Mən uşaqkən atamla anam ayrıldı. Anam atamdan ayrılandan sonra məni yola vermədi. Mən atama oxşayırdım deyə məndən xoşu gəlmrdi. Elə bil düşməni idim, övladı deyil. Günümü qara, çörəyimi para eləmişdi. Artıq bezmişdim. Beləcə illəri yola verib, 17 yaşımı tamamladım. İşləməyə başladım, işlədiyim yerdə brinci həyat yoldaşımla tanış oldum. Əslən Naxçıvanlı idi. Elə oldu ki, bir dəfə yoldaşımla görüşəndə mənə dedi ki, əni qaçırtmaq istəyirəm. Əvvəl inanmadım, güldüm, zarafat etdiyini düşündüm. Sağollaşanda dedi ki, "düşün və qərarını mənə de". Bir neçə gün danışmaqdıq. Sonra özü zəng etdi və görüşmək istədiyini dedi. Görüşdük, yenə qaçırmaq istədiyini və fikrinin qəti olduğunu bildirdi. Düzü, məndə evdə anamın əlindən bezmişdim. Elə həmin gn yoldaşıma qoşulub qaçdım. Getdik Naxşıvana atasgilə. Yoldaşımın valideynləri çox yaxşı insanlar idi. Bir müddət yoldaşım Naxşıvanda işlədi, vəziyyətimiz yaxşı idi. Mənimlə də çox yaxşı davranırdı. Sonra elə oldu ki, yoldaşım Bakıya işləməyə gəldi. Neçə ay Bakıda işlədi, evə də pul göndərdi. Məndə hamilə idim. Bir gün götürüb anama zəng elədim, dedi ki "nənə olacaqsan". Anam telefonda mənə pis-pis söyüşlər verdi, bir də onu narahat etməyim dedi. Pis oldum, ağladım. Və onda həqiqətən də kimsəsiz olduğumu dərk etdim. Nəsə, qızım dünyaya gəldi. Yoldaşım neçə aydan sonra evə qayıtdı. Məni götürüb Bakıya qayıdıq. Ncaq çox dəyişmişdi, elə bil əvvəlki insan deyildi. Onun davranışı heç xoşuma gəlmədi. İçkiyə qurşanmışdı, hətta narkotikdən istifadə edirdi. Bakıya gələndən sonra özümdə gördüm nəşə çəkdiyini. İçirdi araqdan, çəkirdi nəşədən evə dava salırdı, səbəbsiz yerə məni döyürdü.

- Bəs, ayılanda səbəbini soruşmurdun?

- (Hikkə ilə) Ayıq günü olurdu ki, nəsə soruşum da. Hələ bir dəfə də qışda gecənin bir aləmi evə gəldi, başladı mənnən heç nədən dalaşmağa. Biz də Bkıda həyət evində qalırdıq. Axırı bezdim dilləndim, dedim əlçək də mənnən. Təsəvvür edin məni soyundurub, həyətin ortasında o qədər döydü ki, hələ də o ağrılar canımdadır. Mənimlə qadını kimi yox, fahişəsi kimi davranırdı. Ağlına nə gəlirdisə onu da tələb edirdi. Əxlaqsız hərəkətlər tələb edirdi, məndə etməyəndə basıb döyürdü. Buz suyu üstümə töküb, həyətdəki ağaca bağlayıb səhərə qədər əzab verirdi. Yenə də övladıma görə dözüb səbr edirdim. Deyirdim ki, cəhənnəmə, bir qızım var, atasız böyüməsin. Axırda o bir qızımı da məndən aldı.

Qızını deyəndə hönkürtü ilə ağlamağa başladı. Sakitləşdirməyə çalışdım. Bir neçə dəqiqə sonra söhbətdən yayınmayıb suala keçid etdim:

- Qızın atasındadır?

- Yox! Qızımı öldürdü.

Azərbaycanda QANDONDURAN HADİSƏ: Kişi intim münasibətdə olmağı rədd edən arvadına zor tətbiq edib, körpəsini öldürdü- Necə öldürdü?

- Bir dəfə çox içkili halda evə gəlib məndən onunla intim münasibətdə olmağı tələb etdi. Mənsə uşağa süd verirdim deyə mane olmamağı xahiş etdim. O, məndən əlçəkməyib zor tətbiq etdi. İçkili olduğuna görə fikir verməməyə çalışdım. Ona reaksiya vermədiyimi görüb çölə çıxdı. Bir neçə dəqiqədən sonra evə qayıtdıqda uşağı qucağımda görüb dəliyə döndü. Gözləmədiyim anda uşağı əlimdən alıb üzünə sillələr vurdu. Uşağı onunəlindən almaq istəyəndə, məni itələdi arxası üstə başım divara dəydi. Özümü çox pis hiss etdim, qızımı onun əlindən ala bilmədim. Uşaq ağlayıb keçindi. Özümə gələndən sonra gecənin yarısı Təcili Tibbi Yardım çağırıb uşağı tez xəstəxanaya çatdırdım. Uşaq xəstəxanaya çatanda nəfəsi kəsildi, sillələrdən beyninə qan sızmışdı. Qızım əlimdə öldü. Xəstəxanada həkim uşağa nə olduğu soru.du. Mən həkimi aldadıb uşağın ehtiyatsızlıq ucbatından əlimdən düşdüyünü dedim. İndi də oğurluğa görə türmədədir. O həm oğru, həm də qatildir. Dörd aylıq körpənin canına qıydı.

- Sonra nə oldu?

- Heç nə... uşağımı itirdim. Uşaqdan sonra dəli oldum, özümə xəsarətlər yetirdim, canıma qəsd elədim. Ancaq ölmədim. Beləcə bir müddə həkim nəzarətində qaldım. Özümə gələndən sonra evimə qayıtdım. Yoldaşımdan ayrılmaq istəyirdim. Qaynanamgil yalvar-yapış elədilər ayrılmadım. Yoldaşım özü də çox pis olmuşdu. Qızdan sonra bir az düzəldi, bir müddət içmədi, evə baxdı. Sonra ikinci uşağa hamilə qaldım. Nəsə, ikinci uşaq da qız oldu. Uşaqdan sobra yoldaşım yenə başladı içməyə. Yenə köhnə hamam, köhnə tas. Artıq bezdim uşağı da götürüb evdən çıxdım. Getdim anamgilə. Anam uşağa görə məni qəbul elədi. Məndə kafelərin birində administratorkimi işləməyə başladım. Uzun müddət orda işlədikdən sonra ikinci həyat yoldaşımla tanış oldum.

- Sən evdən çıxandan sonra birinci həyat yoldaşın səninlə mraqlanmadı?

- (Əsəblə) Yox! Mən onunla boşandım, ikinci dəfə ailə həyatı qurdum. Anamda razı oldu ikinci dəfə ailə qurmağıma. İkinci həyat yoldaşımdan 3 övladım var. İkinci həyat yoldaşım çox yaxşı idi, ancaq qayınatam imkan vermirdi bizə. Beş il bir yerdə yaşadıq, bir dəfə də olsun o məni nə döydü, nə də söydü. Qayınatam hər günümüzü zəhərə döndərirdi, imkan vermirdi adam kimi yaşayaq. Axırı bezib ayrıldım. İndi də belə.

Ağladı, gözündən yaş sel kimi axırdı. Üzünü əlləri ilə silib "qorxuram yenə "pristupum" tutar", deyib, özünü sakitləşdirməyə çalışdı.

- Necə oldu sığınacağa gəldin?

- Yoldaşımdan ayrılandan sonra anam məni qəbul etmədi. Gedəcək yerim yox idi, küçələrdə gecələyirdim. Kimin yazığı gəlsəydi bir tikə çörək alırdı. Balalarımla qarnımı doyururdum. Bir dəfə də bir qadın bizə yaxınlaşdı uşaqlarabazarlıq etdi. Sonra niyə küçədə qaldığımı soruşdu. Məndə getməyə yerim olmadığını dedim. O qadının köməkliyi ilə poliə getdim,polis də sığınacağa yönləndirdi. Bir aydan çoxdur burdayam, sağolsunlar bizə çox yaxşı baxırlar. Balalarım doyunca yemək yeyir, səliqəli paltar geyinir. Özüm də iş axtarıram, görək, necə olur. İş tapsam uşaqları internata verməliyəm, ancaq üəyim gəlmir. Mən onlarla nəfəs alıram, necə eləyim bilmirəm.

Azərbaycanda QANDONDURAN HADİSƏ: Kişi intim münasibətdə olmağı rədd edən arvadına zor tətbiq edib, körpəsini öldürdü- İkinci həyat yoldaşın bilir başına gələnləri?

- Yox, bilmir. Çünki mən ayrılandan sonra qayınatam tez-bazar onu evləndirib. Mən cəhənnəm, heç uşaqları ilə maraqlanmır. İki dəfə ailə qurdum, ikisi də uğursuz. Yenə balalarıma şükür edirəm. Gecə-gündüz Allaha yalvarıram, balalarımı mənə çox görməsin, bir də mənə övlad dərdi yaşatmasın. Mən balalarımla ac-susuz, küçələrdə yaşamağa da razıyam. Ancaq onların dağını görməyim.

Sözünü bitirməmiş yenə hönkürtü ilə ağladı. Bizsə sakitcə otağı tərk edib, sığınacaqdan çıxdıq. Onunsa gələcək taleyi necə olacağını, yalnız bir Allah bilir…

Gülnarə Eynullaqızı
Fotolar: Leyla Mustafazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 12686   Tarix: 20 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021