11-nəfərin nəticəsi ləğv edildi, 38 nəfər həkimlik oldu- Qəbul imtahanında yaşananlar

11-nəfərin nəticəsi ləğv edildi, 38 nəfər həkimlik oldu- Qəbul imtahanında yaşananlarDövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 19-da 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin imtahanı zamanı Mingəçevir şəhərində bir nəfər başqasının yerinə imtahana girməyə cəhd edib.

Sonxeber.az xəbər verir ki, bu barədə məlumat DİM-dən verilib. Cəhdin qarşısı buraxılış rejimi əməkdaşları tərəfindən alınıb, məsələ aktlaşdırılıb və hüquq-mühafizə orqanlarına bununla bağlı müraciət edilib.

DİM-dən verilən məlumata görə, imtahana gecikmə halları bu imtahanda da baş verib: "Yeni qaydalara görə, abituriyent 10:45-ə qədər imtahanın keçirildiyi binaya gəlməlidir. Gecikənlərlə bağlı müraciətlər oldu. Onların müraciətini təmin edə bilmədik.

Hər dəfə edilən xəbərdarlıqlara baxmayaraq, sənədlərin çatışmazlığı ilə bağlı çoxlu müraciətlər oldu. Doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsinin surəti ilə imtahana gələnlər oldu. Belə abituriyentlərin də imtahanda iştirak etmək tələbi təmin olunmayıb".

DİM-dən sağlamlıq imkanları məhdud abituriyentlərlə bağlı da açıqlama verilib. Qeyd olunub ki, bu cür abituriyentlərlə bağlı DİM tərəfindən xüsusi şərait yaradılır: "Sağlamlıq imkanları məhdud abituriyentlər onlara yaradılan şəraitdən ən yüksək şəkildə yararlanmaq üçün bir həftə, 10 gün əvvəldən ərizə ilə müraciət etməlidirlər. Bu halda onların vəziyyəti, sənədləri yoxlanılır. Ehtiyac olduqda sualların oxunması və yaxud cavab kartında cavabların qaralanmasına nəzarətçi yardım edir. Bununla bağlı ayrıca nəzarətçi bazası var və həmin nəzarətçilərə təlimlər keçirilir. Bu imtahanda 19 belə abituriyent var idi və onlar üçün imtahan uğurla başa çatıb. Bəzən valideynlər imtahan getdiyi dövrdə bizə nəzarətçi tələbi ilə bağlı müraciət edir ki, həmin vaxt bunu təmin etmək mümkün olmaya bilir. Ona görə əvvəlcədən müraciət etmək lazımdır".

DİM-dən mayın 12-də keçirilən imtahanla bağlı da məlumat verilib. Qeyd olunub ki, ciddi problemlərdən biri də imtahan həyəcanının idarə edilməsi ilə bağlıdır. Həyəcanlananların halı pisləşir və onlar həkim briqadasına müraciət etməli olurlar.

Mayın 12-də keçirilən qəbul imtahanında belə abituriyentlərin sayı 38 nəfər, qaydaları pozduqları üçün imtahan nəticəsi ləğv olunanların sayı 11 nəfər olub. Sənədlərdə müəyyən çatışmazlıqla bağlı imtahan qərargahına 14 müraciət edilib. Dəqiqləşdirmələrdən sonra onların imtahanda iştirakına icazə verilib. Təlimatda nəzərdə tutulan qaydalardan kənara çıxdığına görə 4 nəfər nəzarətçi cari nəzarətçilər bazasından çıxarılıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1945   Tarix: 20 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Yol qəzalarından necə qorunaq? "Sürət həddi aşağı salınması yarımçıq addımdır" - Açıqlama

Ölkə ərazisində yol qəzalarının sayı artıb. Xüsusi ilə pik saatlarda yol qəzaları baç verir. Təəssüflər olsun ki, qəzalar çox zaman insan ölümü ilə nəticələnir. Qəzaların sayının artmasına hansı amillər təsir edir? . Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev -a açıqlama verib. Eksper

18 aprel
.

Nazir: Şagirdlər arasında bulinq, qısnama və intihar halları olur

Şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur. "Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, məktəblərdə daha cidd

18 aprel
.

Sumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin

18 aprel
.

Polis 21 yaşlı qızı axtarır

Hacıqabulda 21 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, rayon sakini, 2003-cü il təvəllüdlü Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. T. Təhməzovanın əlamətləri belədir: boyu 17

18 aprel
.

Bu sosial şəbəkədə ilk paylaşım ödənişli ola bilər

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yeni istifadəçilər üçün ilk paylaşıma görə az miqdarda ödəniş tətbiq etməyi təklif edib. "Qafqazinfo" xəbər verir ki, amerikalı milyarder bu barədə öz "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, bunun sayəsində sosial şəbəkəd

17 aprel
.

"Geely"nin Azərbaycandakı rəsmi distribütoruna cərimə yazıldı

"Rich motors" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdə

18 aprel
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18 aprel
.

Çingiz Abdullayev evə buraxıldı - Fotolar

Xalq yazıçısı Çingiz Abdullayev müalicə olunduğu Mərkəzi Gömrük Hospitalından evə buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə tibb müəssisəsinin feysbuk hesabında bildirilib. Çingiz Abdullayev ona göstərilən tibbi xidmətlərə görə bütün heyətə təşəkkürünü bildirib. Xatırladaq ki, Xal

17 aprel
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18 aprel