Azərbaycanlı gənc bu bacarığı ilə "Ginnesin rekordlar kitabı"na düşmək istəyir - VİDEO

Azərbaycanlı gənc bu bacarığı ilə "Ginnesin rekordlar kitabı"na düşmək istəyir - VİDEOGözübağlı rəsm çəkmək çoxlarına qeyri-adi gələ bilər. Görmədən necə çəkəsən axı... Lənkəranlı rəssam Vüsal Cabbarovu tanıdıqdan sonra, bu fikrimizdə yanıldığımızı gördük. Çünki Vüsal, sözün əsl mənasında, sevdiyi peşə ilə gözübağlı məşğul olur. Rəssamlıq sənətində inqilab etməyə hazırlaşan Vüsal Cabbarov bu qeyri-adi qabiliyyəti ilə "Ginnesin rekordlar kitabı"na iddialıdır.

Sonxeber.az AZƏRTAC-a istinadla xəbər verir ki, Vüsal qaranlıq dünyada rəsm çəkməyin maraqlı bir hiss olduğunu deyir.

Rəssam Lənkəranın Sütəmürdov kənd orta məktəbində tarix fənnini tədris edir. Uşaq yaşlarından nağıl personajlarına olan marağı və onları təsvir etməsi Vüsal Cabbarovun yolunu Lənkəran Uşaq Rəssamlıq Məktəbindən salıb. Dördillik təhsilini əla qiymətlərlə bitirən rəssam Azərbaycan Memarlıq və İnşaat Universitetinin sənətşünaslıq fakültəsinə daxil olub. 20 ilə yaxındır ki, gördüyü istənilən mənzərəni kətan və ağac üzərində çəkərək vizual təsvirini yaradır. Daha çox özünü tarixçi-rəssam kimi tanıtmağa çalışan Vüsal Cabbarov işinə maraq qatmaq üçün qeyri-adi addım atıb.

Təsviri incəsənətlə peşəkarcasına məşğul olan Vüsal həmkarlarından fərqli formada, gözübağlı rəsm çəkir. Rəssam bu bacarığının sirrini belə izah edir: "Xəyalımda canlandırdığım istənilən əşyanı, obyekti, mənzərəni gözümü açmadan kağız və ya kətan üzərinə köçürə bilirəm. Xüsusi barmaq işarələri ilə onların portretini, kəllənin uzunluğunu və eninə olan nisbətini, tam ölçüləri beynimdə canlandırıb çəkirəm. Bilirəm ki, məsələn Nizami Gəncəvi, İmadəddin Nəsimi, Molla Pənah Vaqif kimi dahi şəxsiyyətlərin portret cizgiləri hansı formada olur".

Biz də gənc rəssamın bu qabiliyyətini sınağa çəkib, gözlərini parça ilə bağladıq. Gözü bağlı halda rəssam İmadəddin Nəsiminin portretini çəkərək, hər kəs kimi bizi də çox təəccübləndirdi. O, 2 dəqiqə ərzində dünyanın tanınmış şəxsiyyətlərinin portretlərini çəkməklə xüsusi bacarıq nümayiş etdirir. Vüsal Cabbarov deyir ki, gözləri bağlı olsa da, beynindəki təsviri barmaqlarında canlandırmaq onun üçün çox asandır. Bu xüsusiyyətinə görə dünyada ilk və yeganə rəssam olduğunu deyən Vüsal əsasən portret janrına üstünlük verir.

Adının "Ginnesin rekordlar kitabı"na düşməsi arzusunda olan rəssam təsviri incəsənətdə öz fərqli üslubunun olduğunu iddia edir və natamam qalmış portretlərini tamamladıqdan sonra əl işlərindən ibarət böyük sərgi keçirməyi planlaşdırır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1400   Tarix: 21 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Olimpiya Stadionunun qarşısında qəza: Sıxlıq var - FOTO

Paytaxtın Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını alma

28 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart
.

Taksilərdə POS-terminal olmalıdır - Yeni TƏLƏB

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

Bu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək

Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır

28 mart
.

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. xəbər verir ki, videoçarxda DTX əməkdaşlarının quruda, suda və havada keçirdikləri əməliyyatlardan görüntülər əskini tapıb. Videoçarxı təqdim edirik:

28 mart
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

28 mart
.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar - ARAŞDIRMA + VİDEO

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub. Belə ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansı

28 mart