Deputat maaşların artırılmasını təklif etdi

Deputat maaşların artırılmasını təklif etdiAzərbaycanda islahatlar getdiyindən, bu islahatlar yeni çağırışlara səbəb olur və buna cavab vermək lazımdır.

Bunu deputat Əli Məsimli Milli Məclisdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ancaq Vergi və Gömrük Komitəsi həyata keçirilən islahatlardan irəli gələn çağırışlara cavab verməyə çalışır.

"İslahatların effektivliyini təmin etmək üçün islahatlar tələbindən irəli gələn çağırışlara uyğun həyata keçirilməlidir. Bu qurumlar ölkədə kölgə iqtisadiyyatının daraldılması, şəffaflığın təmin edilməsi istiqamətində ciddi işlər görməlidir"- deputat bildirib.

O, eyni zamanda əlavə edib ki, büdcənin formalaşdırılmasında və büdcə vəsaitlərinin xərclənməsi məsələsinə yeni fəlsəfə ilə yanaşmalıdır:
"İslahatlar o zaman xalq tərəfindən dəstəklənəcək ki, bu islahatlar sosial sahədə həyata keçirilsin. Sosial sahədəki islahatlar xalq tərəfindən o zaman dəstəklənəcək ki, bu islahatlar xalqın güzəranına təsir etsin".

Deputat Maliyyə Nazirliyinə sosial təşəbbüslərlə çıxış etməsini təklif edib: "Maliyyə Nazirliyi sosial problemlərin həlli ilə bağlı təşəbbüslə çıxış etməlidir. Nazirliyin buna imkanları var".

Ə.Məsimli onu da bildirib ki, azad bazar iqtisadiyyatına, xüsusən də kiçik biznesə dəstək verməlidir: "Əgər kiçik biznesə dəstək verilsə, büdcənin xərclərinin kəskin azalmasına gətirib çıxara bilər. Ona görə də istər büdcənin formalaşdırılmasına, istərsə də islahatlara yeni baxış olmalıdır".
Ə. Məsimli həmçinin maaşların artırılması təklifi ilə çıxış edib.

olke.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1488   Tarix: 21 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda DƏHŞƏT: Hamamda qızla oğlanın meyiti tapıldı - YENİLƏNİB

Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğund

18 aprel
.

"Geely"nin Azərbaycandakı rəsmi distribütoruna cərimə yazıldı

"Rich motors" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdə

18 aprel
.

Övlad valideynə aliment ÖDƏYƏ BİLƏR? - AÇIQLAMA

Bizim bu gün əsas mənəvi dəyərlərimizdən biri ailə instutunun qorunub saxlanmasıdır. Ölkədə boşanmaların gündən-günə artması bu dəyərlərimizə ağır zərbə vurur. Bildiyimiz kimi, məhkəmənin qərarına əsasən övlad boşanan tərəflərdən kimin himayəsində qalırsa, həmin şəxs aliment ödəməyə borcludur. Uşağ

18 aprel
.

Hər işin içindən çıxan o Qəmbərqulu kimdir? - Belə yaranıb

Dilimizdə tez-tez işlədilən bir deyim var.: "Qəmbərsiz toy-düyün olmaz". Bu sirli Qəmbərlə bağlı başqa bir deyim də var. "Hər işin içindən bir Qəmbərqulu çıxır". Bəs bu hər işin içindən çıxan, hər toya gedən o Qəmbər kim olub? . "Belə yaranıb" rubrikasında bu ifadənin yaranm

18 aprel
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18 aprel
.

Bakıda ev qiymətinə sini satılır - FOTO

Bakıda ev qiymətinə sini satışa çıxarılıb. xəbər verir ki, 50 min manata satışa çıxarılan sininin 799-cu ilə aid olduğu iddia edilir. Sininin üzərində ərəb əlifbası ilə yazılar var, müxtəlif naxış və insan təsvirləri çəkilib

18 aprel
.

Balakəndə 11 əsrə şahidlik edən, inanc yeri olan ağac - VİDEO

Balakənin Katex kəndində yol kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacı bu gün də diqqət mərkəzindədir. Belə ki, inanc yeri olan ağacdan müalicə üsulu kimi istifadə edirlər. Həmçinin bu ağac yerli sakinlərlə yanaşı, ərazidən keçən əcnəbi turistlərin də diqqətini çəkir. Daha ətraflı Bak

18 aprel
.

Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18 aprel
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinən rayo

18 aprel