Azərbaycanın media kapitanlarından ETİRAZ: Bakıda hansı hadisə olub ki...- FOTOLAR

Azərbaycanın media kapitanlarından ETİRAZ: Bakıda hansı hadisə olub ki...- FOTOLARBakıda Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində" mövzusund dəyirmi masa keçirilir.

Sonxeber.az xəbər verir ki, toplantıda Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edirlər.

Azərbaycan Mətbuat Şurasın sədri Əflatun Amaşov bildirib ki, mayın 29-da Bakıda keçiriləcək UEFA Çempionlar Liqası çərçivəsində "Arsenal"-"Çelsi" oyunu ilə bağlı müxtəlif beynəlxalq nəşrlər öz mülahizələrini yaymağa başlayıblar. Böyük Britaniya XİN bununla bağlı bəyanat yayıb: "Bundan sonra müxtəlif nəşrlər Londonun Bakıdan uzaq olması, Bakıda mehmanxanaların bahalı olması və sair xəbərlər yaymağa başladılar. Bu xəbərlər Ermənistan KİV-lərində də yer almağa başladı. Bu cür yazılar Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlər zamanı dünya mətbuatında yer alıb. Onlar Azərbaycanla bağlı qara planların həyata keçirməyə çalışıblar. Bizim bura toplaşmaqda məqsədimiz odur ki, dünya mətbuatında gedən bu sayaq xəbərlərə, yazılara öz münasibətimizi bildirək. Britaniya jurnalistlərinə ünvanlanan bir bəyanat qəbul edək".

Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, hazırda dünyada həm səssiz, həm hibrid, həm də informasiya müharibəsi aparılır: "Bizə qarşı hazırda aparılan bu müharibə informasiya müharibəsidir. Mən bu xəbər yayılandan dərhal sonra Londonla Bakıda baş verən kriminal hadisələrin müqayisəsini apardım. Məlum oldu ki, Londonda baş verən kriminal hadisələrin sayı Bakıda baş verən kriminal hadisələrdən dəfələrlə çoxdur. Düşünmürəm ki, Böyük Britaniya XİN bu reallıqlar barədə xəbərsizdir. Bakıda 12 min Britaniya vətəndaşı yaşayır, BP kimi böyük şirkət fəaliyyət göstərir. Onlara qarşı heç bir kriminal hadisə baş verməyib. Biz qəbul edəcəyimiz bəyanatda bu məqamlar da əksni tapmalıdır".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid təklif edib ki, Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniya diplomatlarına, əməkdaşlarına müraciət edilsin: "Bakıdakı barlarda gecələr ən çox olanlar da məhz ingilislərdir. Desinlər görək, onlara qarşı hər hansı təhlükə olubmu?! Digər tərəfdən bu bəyanat özünü sığortalamaq üçün lazımdır. Çünki özləri də bilirlər ki, ingilis azarkeşlər necə çılğın azarkeşlərdir. Azərbaycan vətəndaşları təmkinli olmalıdırlar".

Daha sonra KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, "Bakı-Xəbər" qəzetininin baş redaktoru Aydın Quliyev öz fikirlərini açıqlayıb, müxtəlif təkliflər irəli sürüblər.

Gülnarə Eynullaqızı
Azərbaycanın media kapitanlarından ETİRAZ: Bakıda hansı hadisə olub ki...- FOTOLARAzərbaycanın media kapitanlarından ETİRAZ: Bakıda hansı hadisə olub ki...- FOTOLARAzərbaycanın media kapitanlarından ETİRAZ: Bakıda hansı hadisə olub ki...- FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1411   Tarix: 21 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel