Buraxılış imtahanının nəticələri açıqlanıb

Buraxılış imtahanının nəticələri açıqlanıbApelin 14-də 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) Sonxeber.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər (28634 nəfər) DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=19 keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

Markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 30-31 may və 3-5 iyun tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək.
Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 22-24, 27 və 29 may tarixlərində DİM və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.

DİM abituriyentlərin nəzərinə çatdırır ki, komissiyaya müraciət etməmişdən əvvəl onlar öz səhifələrində cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olsunlar.

Apelyasiya Komissiyasına müraciət üçün ərizə yazarkən iddia olunan tapşırıqların nömrələrini dəqiq göstərmək lazımdır. Apelyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.
Aprelin 21 və 28-də keçirilən imtahanların nəticələri də yaxın günlərdə mərhələ-mərhələ elan olunacaq.


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 1343   Tarix: 21 may 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Vitse-prezidentə AĞIR İTKİ - FOTO

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə ağır itki üz verib.. . Sonxeber.az xəbər verir ki, İbrahim Quliyevin bacısı Elza Fərəcova xəstəlikdən dünyasını dəyişib.. . Allah rəhmət eləsin!. . Qeyd edək ki, İbrahim Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və Neft və Qaz İnstitutunu

21 may 2019

Bakı sakinləri ÜSYAN ETDİ: "Bizə deyirlər ki..." - VİDEO

Binə qəsəbəsinin sakinləri susuzluqdan şikayətləniblər.. . Sonxeber.az xəbər verir ki, Bakının Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində İmam Həsən məscidi yaxınlığında yaşayan sakinlər su, yol və kanalizasiya problemi ilə üz-üzədir. . . Sakinlərin sözlərinə görə, onlar içməli suyu su maşınlarında

21 may 2019

Azərbaycanın media kapitanlarından ETİRAZ: Bakıda hansı hadisə olub ki...- FOTOLAR

Bakıda Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində" mövzusund dəyirmi masa keçirilir.. . Sonxeber.az xəbər verir ki, toplantıda Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri və kütləvi informasiya vasitələrinin rəhbərləri iştira

21 may 2019

Azərbaycanda dağda meyiti tapılan şəxslə bağlı ŞOK FAKTLAR

Cari il fevralın 2-də Bakı şəhər sakini Abil İsmayılovun Lerik rayonunun Tatonu kəndində qohumlarının evindən çıxaraq itkin düşməsi barədə Lerik Rayon Polis Şöbəsinə müraciət daxil olub.. . Sonxeber.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətlə əlaqədar əməliyyat-axtarı

21 may 2019

Azərbaycanda 1 ayın gəlini evdən niyə qaçdı? — "Hər gün iynə ilə..."

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan "Gəl dərdini danış" da növbəti araşdırma tamaşaçılara təqdim edilib.. . Bu dəfə Şəkidə bir ayın gəlini olan İlahənin həyat hekayəsi yayımlanıb. Qarşı tərəfdən cehizlərini ala bilməyən kasıb qız Amil Xəlildən yardım istəyib. Daha sonra İlahəni

21 may 2019

İlham Əliyevlə söhbət edən satıcı DANIŞDI: "Qəfildən gördük ki, Prezident içəri daxil oldu"

"İçəridə müştəriyə məhsul satırdıq. Qəfildən bir də gördük ki, cənab Prezident içəri daxil oldu. Həyəcan bizi bürüdü. İnana bilmirdim ki, bizimlə üzbəüz dayanan Prezidentimizdir".. . Bunu "Report"un çəkiliş qrupuna bu gün Prezident İlham Əliyevin Sabunçu dəmir yolu vağzalı kompleksini

21 may 2019

Deputat maaşların artırılmasını təklif etdi

Azərbaycanda islahatlar getdiyindən, bu islahatlar yeni çağırışlara səbəb olur və buna cavab vermək lazımdır.. . Bunu deputat Əli Məsimli Milli Məclisdə çıxışı zamanı deyib.. . Onun sözlərinə görə, ancaq Vergi və Gömrük Komitəsi həyata keçirilən islahatlardan irəli gələn çağırışlara cavab verməyə çalışır

21 may 2019

İki uşaq anasından dəhşətli əməl

Quba rayonunda 38 yaşlı qadın intihar edib.. . Sonxeber.az Report"a istinadən xəbər verir ki, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb. . . Belə ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdlü Sevinc Gülağa qızı Nemətova özünü su kanalına ataraq intihar edib. Onun meyitini kənd sakinləri suda

21 may 2019

Xaricdə təhsil almaq istəyənlərə xəbər var

Azərbaycan Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə müraciət edib. . Tövsiyə xarakterli müraciətdə nazirlik 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlamasını nəzərə alaraq, xaricdə təhsil almaq istəyən abituriyent və ya tələbələri, onların valideynlərini seçi

21 may 2019