Azərbaycanda qohum evlilikəri qadağan oluna bilər?

Azərbaycanda qohum evlilikəri qadağan oluna bilər?Günümüzdə ən çox rast gəlinən hallardan biri də valideynlərin övladlarını qohumla evləndirməsidir. Bu çoxdan ölkə miqyaslı problemə çevrilib. Bəziləri bunun daha düzgün olduğunu, digərləri belə evliliklərin fəsadları olduğunu bildirirlər.

2016-ci ildə Tacikstanda qohum evlilikərin qadağan olunması barədə qanun qəbul edilib. Özbəkstanda isə belə bir layihə hazırlanıb, amma hələ ki qanun kimi qüvvəyə minməyib.

Azərbaycanda da belə qadağa qüvvəyə minə bilərmi?

Sonxeber.az bildirir ki, modern.az saytı qohum evliliklərlə bağlı məsələyə dair Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadədən münasibət öyrənib.

Hüquqşünas bu kimi hallara daha çox Şərq ölkələrində rast gəlindiyini deyib:
"Bir çox ölkələrdə məsələyə dair müxtəlif təkliflər var. Bu cür problemlərə daha çox Şərq ölkələrində rast gəlinir. Azərbaycan qanunvericiliyində bu tip qadağa yoxdur, əksinə bəzi bölgələrdə el adətləri var ki, orada belə evliliklərə çox rast gəlinir. Xüsusi ilə bibiqizi və dayıoğlu arasında qohum evliliyi daha çox müşahidə olunur. Bizim komitəyə bununla bağlı şikayət olunmayıb".

Tural Hüseynzadə deyir ki, qadağa olmadığı təqdirdə belə evliliklərə rast gəlinəcək. Onun sözlərinə görə, hələ ki insanları maarifləndirməsi ilə qohum evliliklərindən çəkindirmək olur. Amma bir çox hallarda töviyələrə, maarifləndirməyə əhəmiyyət verməyənlər də olur:

"Bu cür evliliklərdə xırda problemin aradan qaldırılması daha çətin olur, nəinki əvvəllər bir-birin tanımayıb ailə quranlarda. Qohumlar bir-birlərinin hər xasiyətini bildiyinə görə və daha təməldən aralarında olan münasibətləri əsas gətirib problemləri böyüdürlər.

Tanış olmayan evliliklərdə ən uzağı ata və analar bu problemləri bilir, amma iki yaxın qohumun ailə problemini bütün nəsil bilmiş olur. Buna görə də məsləhət verən, müdaxilə edən də pis-yaxşı tərəfdən çox olduğuna görə ailədaxili münaqişənin xırda detalı artıq böyüyür və bu da ailənin dağılmasına yol açır".

Komitə rəsmisi bu cür problemlər yalnız qlobal hal aldıqda o haqda tədbir görüldüyünü deyir:

"Problemlər yarandıqda dövlət qurumlarının əsasnaməsinə uyğun hərəkəti var. Hər bir məsələ daha çox qlobal problem yaratdıqca, onun həll olunması istiqamtində işlər görülür. Bizə ailənin münaqişəsi ilə bağlı müraciətlər olur, amma sırf qohum evliliyinin əleyhinə müraciətlər yoxdur. Bu evliliklər millətimizin öz qənaətidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1062   Tarix: 21 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İcra başçısının birinci müavini və müavini vəzifəsindən getdi (FOTO)

Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və müavini işdən çıxıb. -ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə icra hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov və qurumun digər müavini Gülnaz İsrafilova xidmətdə olmağın son yaş həddi ilə əlaqədar olaraq vəzifələrindən azad edilərə

15 aprel
.

Bakının sirr dolu abidəsi olan Qız qalası necə və hansı səbəbdən tikilib? - VİDEO

Qız qalasının tikilməsi və onun tarixi haqqında bir çox əfsanələr mövcuddur. xəbər verir ki, onların bir çoxunda bildirilir ki, qala sevgi və inamın simvoludur. Ətraflı "Real" TV-nin süjetində:

15 aprel
.

Franch Region franchise sərgisi Bakıda!

Sahibkarları və investorları franchise sərgisini ziyarət etməyə dəvət edirik. Bakı şəhəri, Hilton Baku , 1b Azadlıq prospekti, AZ 100. Başlanğıc 09: 30, 25 aprel (giriş pulsuzdur). Burada françayzinq sahəsində çoxlu faydalı məlumat və ekspert bilikləri əldə etmək üçün unikal imkanınız olacaq. Müzakir

15 aprel
.

"Ermənistanın əsas məqsədi sülh prosesini ləngitmək və regionda hərtərəfli inkişafa mane olmaqdır" - DEPUTAT

"Ermənistan sülh müqaviləsini imzalamamaq üçün müxtəlif təxribatlara əl atır". Bunu -a danışan deputat İqbal Məmmədov bildirib. Deputat vurğulayıb ki, son günlər törədilən təxribatlar Ermənistan rəhbərliyinin ikiüzlü siyasət yeritdiyini bir daha sübuta yetirdi:. "Azərbaycan 2020-ci i

15 aprel
.

Natiq Şirinovun qızının Türkiyədəki toyundan GÖRÜNTÜLƏR - VİDEO

Xalq artisti Natiq Şirinovun qızı Sevilin Türkiyədə oğlan toyu baş tutub. xəbər verir ki, onların şad günü Tekirdağ rayonunun Elazığ bölgəsində keçirilib. Toyda Natiq Şirinovun həyat yoldaşı, oğlu və oğlunun arvadı Fatimə iştirak ediblər. Onlar rməclisdən lentə alınan videoları sosial şəbəkə hesablarınd

15 aprel
.

Həbs olunan şəxslərdən götürülən pullar KİMƏ VERİLİR? - AÇIQLAMA

Şübhəli bilinən yaxud təqsirli bilinən şəxslərin üzərindən götürülən maddi vəsaitlər (narkotik, silah-sursat, pul vəsaitləri) istintaq prosesi üçün dəlil olaraq götürülür. Aparılan araşdırmalar nəticəsində həmin vəsaitlər maddi sübut olaraq məhkəməyə təqdim edilir. Lakin ən çox maraqlandıran suallarda

15 aprel
.

Nazirlikdən sahibkarlara xəbərdarlıq: "Saxta müfəttişlər cərimə ilə təhdid edərək yoxlama aparıblar"

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi saxta müfəttişlərin sahibkarları cərimə ilə təhdid edərək yoxlama apardığı barədə məlumat yayıb. Nazirlikdən -a verilən xəbərə görə, son zamanlar Bakı şəhəri və respublikanın digər regionlarında özlərini Səhiyyə Nazirliyi Respublika Gigiyen

15 aprel
.

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. "Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. vasitəsilə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlar

16 aprel
.

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 6769 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il mart ayının 1-i vəziyyətinə 10187539 nəfər təşkil edib. Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri

15 aprel