Bakıda 33 yaşlı şəxsə iki dəfə böyrək köçürüldü
Bakıda təkrar böyrək transplantasiyası əməliyyatı uğurla həyata keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, təkrar böyrəkköçürmə əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzində baş tutub.
Əməliyyatı "Böyrək xəstəlikləri və transplantologiya" şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq Rəşad Şolanın rəhbərliyi ilə 33 yaşlı kişi üzərində aparılıb. Donor xəstənin həyat yoldaşı olub.
Pasiyent Anar Qarayevin sözlərinə görə, ona 2 il bundan əvvəl digər tibb mərkəzində böyrək koçürülsə də, təəssüf ki, ilk gündən böyrək kifayət qədər fəaliyyət göstərməyib. Bir il sonra həmin böyrəyin xaric edilməsi zərurəti yaranıb.
Cərrahın bildirdiyinə görə, əməliyyat texniki cəhətdən kifayət qədər mürəkkəb olub: "Mürəkkəblik anatomik problemlərlə əlaqədar idi, belə ki, böyrəyi sol qalça çuxuruna köçürtdük. Bədənin böyrək damarlarını birləşdirdiyimiz (anastomoz qoyulması) hissəsində qalça damarlar dərində yerləşdiyi üçün bu, əməliyyat zamanı böyük çətinliklər yaradırdı. Bütün anatomik çətinliklərə baxmayaraq, əməliyyat uğurla keçdi. Köçürülən böyrək hazırda tamamilə normal fəaliyyət göstərir, resipiyent və donorun vəziyyəti yaxşıdır".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1390 Tarix: 21 may 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın" - TƏKLİF
Rəsmi statistikaya əsasən, Azərbaycanda ötən il ərzində 60 min 810 nəfər vəfat edib. Vəfat edənlərin 33 min 157 nəfərini kişilər, 27 min 653 nəfərini isə qadınlar təşkil edib. Kişilərin 47,8%-i və ya 15 min 872 nəfəri 65 yaşına çatmadan ölüb. Rəqəmlərdən də göründüyü kimi, az qala 50 faizə yaxın insa
17 aprelAkif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı QƏRAR verildi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun 30 milyonluq əmlakının yenidən müsadirədən azad edilməsi ilə bağlı kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda tərəflərin çıxışı dinlənilib. Çovdarovla birg
17 aprelAzyaşlılarda bu xəstəliklər artıb
"Azərbaycanda 10 milyondan çox olan əhalinin 0-17 yaşlı uşaq və yeniyetmələrin sayı 2 milyon 633 min 54 nəfərdir". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini İlqar Qasımov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetik
17 aprelAnar Nağılbazın övladlarının üzünə kimlər qapılarını bağladı? - VİDEO
"Xəzəraxşamı" verlişinin çəkiliş qrupu mərhum reper Anar Nağılbazın evində qonaq olub. xəbər verir ki, məşhurun oğlu Tamerlan və qızı reper atalarından danışıblar. Tamerlan qeyd edib ki, atası vəfat etdikdən sonra heç bir məşhur onları yada salmayıb. Sadəcə Ramil Nabran və Rəsul Abbasov Nağıılbazı
17 aprel"WhatsApp"da işimizi asanlaşdıracaq yeni funksiya - FOTO
"WhatsApp" tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün messencerə üç filtr əlavə ediblər. -in məlumatına görə, bu barədə şirkətin bloqunda bildirilib. Tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret mesaj və ya söhbət tapmağa kömək edəcək. Belə ki, messencer
17 aprel