Azərbaycanda universitetdə oğlan tələbələrə qəribə qadağa

Azərbaycanda universitetdə oğlan tələbələrə qəribə qadağaSumqayıt Dövlət Universitetində oğlanlara "saqqal qadağası" qoyulub.

Təhsil ocağının adının açıqlanmamsını istəyən tələbələri bildiriblər ki, saqqalı olan oğlanlar universitetdə dərslərə buraxılmırlar. Hətta buna görə qaib alan tələbələrin artıq şikayətlənməyə başladıqları da söylənilir.

Universitetinin mətbuat katibi Nazxanım Cəlilli Modern.az-a açıqlamasında bildirib ki, bu, daxili nizam-intizam qaydasıdır.

"Sumqayıt Dövlət Universitetində tələbələrə saqqal qadağası qoyulması barədə sualınıza cavab olaraq bildirmək istəyirik ki, təhsil ocağımız bu gün təkcə maddi-texniki bazası, yetişdirdiyi mütəxəssislərlə deyil, həm də mükəmməl kadr potensialı ilə nüfuz sahibidir.
Ali təhsil müəssisələrinin vəzifəsi təkcə peşəkar kadrlar yetişdirmək deyil, həm də sözün həqiqi mənasında dövlətinə, millətinə layiqli vətəndaşlar tərbiyə etməkdir. Bu zaman universitetin qarşısına qoyduğu ən böyük vəzifə həm də təlim-tərbiyə işini yerinə yetirməkdir. Bu vəzifələrin həyata keçirilməsində respublikamızın bütün ali təhsil ocaqları kimi, Sumqayıt Dövlət Universitetinin də özünəməxsus yeri və dəsti-xətti var. Bu gün Sumqayıt Dövlət Universiteti tələbələrə bilik, savad verməklə yanaşı, onlarda estetik zövqün formalaşmasına da xüsusi diqqət yetirir. Çünki əsl tələbə yüksək insani əxlaqa, mədəniyyətə malik olmalı, xalqımızın milli-mənəvi dəyərlərinin daşıyıcısı olmaqla yanaşı, onları gələcək nəsillərə ötürməyi də bacarmalıdır. Bir sözlə, tələbə çalışqan, intizamlı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, gigiyenik qaydalara əməl etməli, tələbə oğlanların üzü həmişə təraşlı və səliqəli olmalıdır. Ali təhsil müəssisələri gələcəyin ictimai xadimini, müəllimini, həkimini, mühəndisini və s. yetişdirir. Bu səbəbdən də tələbələr geyimi ilə tərbiyəvi örnək təsiri göstərməyə çalışmalı, digər gənclərimizə nümunə olmalıdırlar. Bütün bunlar onların vətənimizin keşiyində duracaq əsgər kimi formalaşmasında da bir məktəbdir".

Mətbuat katibi deyib ki, bu cür məsələlərin mətbuatda işıqlandırılmasın əleyhinədirlər:

"Ali məktəbimizin tələbələri bütün ezamiyyət xərcləri universitet tərəfindən ödənilməklə xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda fəal iştirak edirlər. Tələbələrimiz "Ən yaxşı məqalə müsabiqəsi"ndə, ali məktəblər arasında keçirilən "Breyn rinq", "Azərbaycanı tanıyaq", "Nə, harada, nə zaman?" və "Xəmsə" kimi bilik yarışlarında, "Şən və Hazırcavablar Klubu"nun müsabiqələrində çıxış edir və layiqli yerlər tuturlar. Universitetimizdə həmçinin idman sahəsinə də xüsusi diqqət göstərilir. Burada idman zalı, süni örtüklü futbol, voleybol, badminton və basketbol meydançaları, stolüstü oyunlar üçün köşklər yaradılıb. İdmançı tələbələrimizin respublika, Avropa, Asiya və Dünya səviyyəli idman yarışlarında artıq ənənə halını almış uğurları insanda qürur hissi doğurmaya bilməz. Biz sizi bu uğurlardan, qazanılmış nailiyyətlərdən yazmağa dəvət edirik. Toxunduğunuz məsələ isə Sumqayıt Dövlət Universitetində yeni bir hadisə deyil, bu ənənə uzun müddətdir davam edir, universitetimizdə təhsil alan tələbə və onların valideynlərinin 90 faizindən çoxu bu məsələdən olduqca məmnundurlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2299   Tarix: 21 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel
.

Diqqət! Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Bunları edin...

Bu gün Yerdə geomaqnit qasırğası olacağı proqnozlaşdırılır. Bakıda qasırğa günorta saat 12:00-dan etibarən öz təsirini göstərməyə başlayacaq və 21:00-dək davam edəcək. xəbər verir ki, bu barədə məlumat Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında yer alıb. Geomaqni

20 aprel
.

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e- portalına daxil olduğu zaman ona əmək müqaviləsi bildirişi gəlib:. "Daha sonra təyin edildiyim vəzifəyə uyğun olaraq maaşın da qeyd olunduğu gördüm. Portalda mənim üçün aylıq 380 AZN əməkhaqqını

20 aprel
.

Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib

Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib. Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan "Yunis" adlı mağazaya yaxın parklanma yerində öldürülüb. Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilində

20 aprel
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19 aprel
.

"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobill

19 aprel
.

Maşınlarını tıxacda saxlayıb yolun ortasında dalaşdılar - Video

Sosial şəbəkələrdə Bakı şəhər Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində 2 sürücünün dava etməsi ilə bağlı görüntülər yayılıb. DİN-in Mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov "Qafqazinfo"ya bildirib ki, hadisə ilə bağlı araşdırma aparılıb və sürücülərin şəxsiyyət

20 aprel
.

Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi auditor seçir

"Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi audit xidməti üçün kotirovka sorğusu elan edib. "Report" xəbər verir ki, kotirovkada iştirak haqqı 10 manat təşkil edir. Sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 6-sı, saa

20 aprel