Azərbaycanda məhkəmədə kuryoz - Yerli cinlərdisə manatı niyə tanımır, ancaq dollar götürür?

Azərbaycanda məhkəmədə kuryoz - Yerli cinlərdisə manatı niyə tanımır, ancaq dollar götürür?Bakı Ağır Cinayətlər Məhkəməsində fala baxmaq adı ilə vətəndaşların külli miqdarda pullarını və qızıllarını ələ keçirməkdə ittiham olunan "Cindar Hüseyn" ləqəbli Hüseyn Əlizadə və anası Lalə İbrahimovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sonxeber.az xəbər verir ki, Virtualaz.org-un xəbərinə görə, prosesdə zərərçəkmiş Rübabə Ağayeva ifadə verib.

O, ifadəsində "Cindar Hüseyn"i və anası Lalə İbrahimovanı xalası qızı Qızxanımın (Q.Əliyeva cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biridir- red.) vasitəsilə tanıdığını, həmin vaxtdan etibarən adıçəkilən ana-balanın toruna düşdüyünü göstərib.

Virtualaz.org bu yaxınlarda "Cindar Hüseyn" və anasının işi, habelə onların əməllərindən zərər çəkənlərdən biri kimi zəngin biznesmen arvadı Rübabə Ağayevanın başına gələnlər barədə geniş yazıb. Cinayət işində bəzi məmurların və hətta deputatların da adlarının keçdiyi, amma onların məhkəmədə üzə çıxıb biabır olmamaq və adlarının cinlərlə hallanmasının qarşısını almaq üçün zərərçəkən statusunda tanınmalarını istəməyiblər.

Həyətdən cadu çıxdı, qadın üz tutdu "Cindar Hüseyn"ə...

Məhkəmədə ifadə verən R.Ağayeva deyib ki, hər şey yaşadığı evdən cadu tapılmasından sonra başladı. Və həmin hadisədən sonra o, "Cindar Hüseyn"in yanına fala baxdırmağa gedib. Falçının ona ərinin, nəvəsinin, övladlarının başına fəlakətlər gələcəyini deməsi qadını şoka salıb. Ailəsində yaşanacaq faciələrin qarşısını almaq üçün isə nə az, nə çox 216 min manatından keçib.

Qadının dediklərindən belə məlum olub ki, Hüseyn və anası ona özlərini cindar, baxıcı və ilahi vergi verilmiş şəxs kimi təqdim edərək ailələrində qara qüvvələrin hökm sürdüyünü, evlərində, ərinin iş yerində cadu olduğunu, cadular təmizlənməzsə xoşagəlməz hadisələr baş verəcəyini bildiriblər. Gözəgörünməz varlıqlarla, cinlərlə əlaqədə olduqlarını deyərək qorxu hissi aşılamaqla psixoloji təsir altına salıblar. Pis hadisələrin qarşısını almaq üçün dini rituallarda istifadə ediləcək at nalı, ceyran göbəyi, ayı dırnağı, dəvə tükü, canavar dişi, şam və digər əşyaların alınıb hazırlanmasının vacibliyinə inandırıblar.

Həmçinin, caduların batil edilməsi, bədəndən cinin çıxarılması, ağırlığın götürülməsi, imamlara ehsanların verilməsi üçün də müəyyən əşyaların alınması məqsədilə onun 57 min dollar, 15 min funt sterlinq və 47 min manat pulunu ələ keçiriblər.

"Dedi ərinin iş yerində də cadu var, təmizləməsək infarkt keçirib öləcək..."

52 yaşlı evdar qadın ana-balanın onu necə aldatmaqlarından danışıb: "Birinci dəfə Hüseynin yanına gedəndə mənə dedi ki, həyətinizdə üç cadu var. Anası ilə gəldi, caduları çıxartdı. Cadunun biri ərimin yastığından çıxdı, digər ikisi isə həyətimizdən. Buna görə 2 min manat pul aldı, dedi təmizləyəcəyəm. İnandım, istədiyi pulu verdim. Bir həftədən sonra Hüseyn zəng vurub dedi ki, ərinin Sumqayıtdakı iş yerində cadu var, əgər təmizlənməsə infarkt keçirib öləcək, istəyirsən inan, istəyirsən inanma, mən cinlərlə əlaqədəyəm, hər şeydən məlumatlıyam".

Qeyd edək ki, cinayət işinin materiallarına görə Rübabə Ağayevanın əri Azenco ASC-nin audit idarəsinin rəisi Faiq Ağayevdir.

R.Ağayevanın ifadəsinə görə, baxıcının dediklərindən qorxuya düşüb. Ertəsi gün "Cindar Hüseyn"lə Şamaxinkada görüşüb və onunla birgə həyat yoldaşının iş yerinin yaxınlığına gəliblər. Zavoda çatanda girişdə mühafizəçi olduğunu görən Hüseyn taksi sürücüsündən maşını yenidən Bakı istiqamətinə sürdürüb. Yolun kənarında, şam ağaclarının yaxınlığında maşını saxlatdırıb və R.Ağayevaya "cinlər deyir ki, cadu burada olmalıdır" deyib: "Birlikdə taksidən düşdük. Ağacların dibindən üç ədəd cadu çıxartdı. Həmin vaxt caduları hansı qiymətə təmizləyəcəyini demədi".

Qadın təəcüblənir: bu cinlər millidirsə manatı niyə götürmür?

Zərərçəkmiş artıq tora düşdüyünü və heç cür xilas ola bilmədiyini deyib: "Məni inandırmağa çalışırdı ki, evdə olan hər şeyi təmizləmək lazımdır. Qızılları da guya təmizləyib qaytaracaqdı. Artıq torlarına düşmüşdüm. Heç cür əl çəkmirdilər. Məndən pulları xarici valyutayla verməyimi istəyirdilər. Hüseyn deyirdi ki, cinlər bizim pulu tanımır, dollar tanıyırlar. Fikirləşirdim ki, əgər bunlar yerli cinlərdisə niyə bizim pulu tanımırlar?".

Hakimin "niyə soruşmurdun ki, cinlər pulu neynəyir, niyə verirdin axı?" sualına zərərçəkmiş "neynəyim, oğlum İngiltərədə oxuyurdu, Hüseyn deyirdi ki, balan özünü asacaq, nəvən öləcək, ərin infarkt olacaq, mən də inanırdım" cavabı verib.

R.Ağayevanın hicablı, dindar olması proses iştirakçıların diqqətini çəkib. Hakim ondan bir yandan İslam yolunu tutmağı, digər yandan isə falçı yanına getməyinin hansı məntiqə sığdığını soruşub.

- Siz Allaha inanmırdınız ki, falçıya gedirdiniz?

- Nə bilim, Qurana and içirdi, mən də inanırdım. Kim falçıya getmir ki...

Ağayeva sarsılıb, özünə qəsd etmək istəyib

R.Ağayeva baş verənlərdən sarsıntı keçirdiyini, hətta özünə qəsd etmək istədiyini deyib: "Elə bil məni hipnoz eləmişdilər. Bədənimə ərəb əlifbası ilə nəsə yazırdılar, sarımtıl rəngli su içirirdilər, məcburən yemək yedizdirirdilər. Evdə nəyim var yığıb vermişdim bunlara. Özümdə olmurdum, özümü idarə edə bilmirdim. Özümü öldürmək dərəcəsinə çatmışdım. Bunlar bir il məni soyub soğana çevirdilər. Yoldaşıma deməyə qorxurdum, elə bilirdim nəsə olacaq. Evimi satmışdım, pullarının hamısını da bunlara vermişəm. Nə istəsələr verəcəkdim, canımı da istəsələr verməyə hazır idim".

Daha sonra zərərçəkmiş təqsirləndirilən şəxslərin və onların vəkillərinin suallarını cavablandırıb. "Cindar Hüseyn" və anası zərərçəkmişin dediklərinin yalan olduğunu, əksinə R.Ağayevanın qızıl aldığına görə onlara borcu olduğunu bildiriblər. Zərərçəkmiş isə ana-balanın yalan danışdığını deyib: "Mən bu qadından bir qram da qızıl almamışam. Mənim qızıla heç ehtiyacım da yox idi. Hüseyn demişdi ki, telefonda cadu, fal söhbəti eləmə. Həm də deyirdilər ki, bizim arxamızda "Brilyant Cəfər" dayanır, bizə heç kim bata bilməz".

Məhkəmə prosesi mayın 27-də davam edəcək.

İttihama görə, "Cindar Hüseyn" ləqəbi ilə tanınan falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.

Məlumata görə, "Cindar Hüseyn"in müştəriləri arasında deputatlar və ayrı-ayrı vəzifəli şəxslər də olub. O, cinlərə qonaqlıq vermək, caduları pozmaq adı ilə xeyli insanı aldadıb.

İş üzrə ümumilikdə 13 nəfər zərərçəkmiş var. Onların bəziləri qızıl alveri etmək məqsədi ilə Lalə Ibrahimova ilə tanış olublar. Sonra isə aldadıldıqlarını, qızıllarının ələ keçirildiyini deyiblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1241   Tarix: 22 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021