Bakıda 15 nəfərin ölümünə görə həbs olunan nazir müavininin qardaşı azadlığa buraxıldı

Bakıda 15 nəfərin ölümünə görə həbs olunan nazir müavininin qardaşı azadlığa buraxıldı2015-ci il mayın 19-da Binəqədidəki çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərdən biri - Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov azadlığa buraxılıb. Qəzənfər Novruzovun həbs müddəti başa çatdığı üçün azad edildiyi bildirilir.

Sonxeber.az musavat.com-a istinadən xəbər verir ki, Q.Novruzov həbsdəki son günlərini Penitensiar Xidmətin müalicə müəssisəsində keçirib. O, 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun niyə müalicə olunduğu barədə səhih bilgi yoxdur. Amma məhkəmə proseslərinin birində Qəzənfər Novruzovun səhhətində problem yarandığı, hətta komaya düşdüyü barədə xəbərlər yayılmışdı.

Qəzənfər Novruzov əvvəllər aptek müdiri, daha sonra Səbyel Rayon İcra Hakimiyyəti başçısının müavini, sonra da Binəqədi rayon icra başçısının müavini vəzifələrində çalışıb.

Qəzənfər Novruzov 2013-cü ilin sonlarında icra başçısı Xaləddin İsgəndərov tərəfindən vəzifəsindən azad olunub. Qəzənfər Novruzovun daha bir qardaşı general-mayor Səbuhi Novruzov isə neçə illərdir Naxçıvan MR daxili işlər nazirinin müavinidir. Qəzənfər Novruzovun qardaşı Vaqif Novruzov uzun illər Bakı Şəhər Yaşıllaşdırma Birliyinin rəisi işləyib. Bu günlərdə BŞİH başçısı Eldar Əzizovun sərəncamı ilə işdən çıxarılıb. V.Novruzov uzun illərdir ki, həmin postu tuturdu və Hacıbala Abutalıbovun komandasının ən odioz fiqurlarından biri hesab olunurdu. Q.Novruzovun daha bir qardaşı Məhərrəm Novruzovun isə bir neçə il əvvəl Abşeronun sosial müdafiə fondunun rəhbəri vəzifəsində çalışdığı deyilirdi.

Xatırladaq ki, yanğın nəticəsində 15 nəfər ölmüş, 50 nəfər xəsarət almışdı.

Qeyd edək ki, 2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

2017-ci il yanvar ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Mahmudov 8 il, Ə.Novruzov 4 il, U.Bəşirov 5 il, Q.Novruzov 4 il, Ə.Rəcəbov 4 il, N.Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qəzənfər Novruzov məhkəmədə son sözlə çıxışında barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2431   Tarix: 22 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblər

Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Qubadlı rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəl

22 aprel
.

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Beynəlxalq arenada beyin mərkəzlərinin rolu informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyalar

23 aprel
.

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı saxlanıldı - YENİLƏNİB

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi xəbər verib. Saxlanılanlar arasında "Hayastan" fraksiyasından olan deputat Qarnik Danielyanla dalaşan M.A. da var. 11:29. Ermənistanın "Döyü

22 aprel
.

Sabah yağış yağacaq, külək əsəcək

Aprelin 23-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərind

22 aprel
.

Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23 aprel
.

Vaqif Sadıqov Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Vaqif Əmirxan oğlu Sadıqov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir

22 aprel
.

"Azərbaycan-Ermənistan arasında aparılan iktərəfli danışıqlar sülh müqaviləsinin imzalanma prosesini tezləşdirə bilər" - DEPUTAT

"Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması Ermənistanı silahlandırmaqla iki ölkə arasında yenidən müharibə qığılcımlarını yaratmaq istəyən qüvvələrin növbəti xain planını iflasa uğratdı". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, bir güllə belə atmadan Qazaxı

22 aprel
.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel
.

Nazirdən yüksək vəzifəyə TƏYİNAT - FOTO

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinə müdir təyin edilib. "Azərbaycan müəllimi" xəbər verir ki, bu vəzifəyə İlqar Bayramlı təyinat alıb. O, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənm

22 aprel