Azərbaycanda DƏHŞƏTLİ STATİSTİKA: Qadınlar tərəfindən döyülən kişilərin sayı artıb
"Məişət zorakılığına məruz qalmış kişilərin yalnız qadınlar tərəfindən döyüldüyünü demək səhvdir. Ailədaxili zorakılığa hər kəs, hər iki cinsin nümayəndələri məruz qala bilər və bundan heç kəs sığortalanmayıb".
Sonxeber.az xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
Komitə nümayəndəsi bildirib ki, kişilərin zorakılığa məruz qalması dedikdə, məsələn, oğlun yaşlı ataya fiziki və ya psixoloji zorakılıq etməsi, kişinin kişiyə zorakılıq göstərməsi və ya atanın uşağını döyməsi nəzərdə tutulur. "Qadın tərəfindən də kişilər zorakılığa məruz qala bilər, amma bunu ümumiləşdirmək olmaz".
A.Veysəliva qeyd edib ki, hər hansı kişinin və ya qadının zorakılığa məruz qalma səbəbləri mütləq araşdırılmalıdır: "Səbəbini bilmək lazımdır ki, hadisə hansı zəmində, nə üçün olub, hansı münasibətlərdən irəli gəlib və zorakılığın hansı növünə məruz qalıb. Biz bu məsələləri ümumi ifadə ilə deyil, konkret və xüsusi hadisəyə, zorakılıq faktlarına söykənərək deməliyik. Bir çox hallarda ərini qətlə yetirən, ərinin sağlamlığına qəsdən ağır və yüngül zərər yetirən qadınların törətdiyi cinayətin kökünü, səbəbini araşdırdıqda görürük ki, bu, o qadınlardır ki, illərlə zorakılığa məruz qalır, artıq dözə bilmirlər və bu cür aqresiv cavab reaksiyası verirlər. Bu hadisələr elə də çox deyil. Lakin təəssüflə qeyd etməliyik ki, qadınlar tərəfindən kişilərin zorakılığa məruz qalması hadisələrində artım müşahidə edilir".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1045 Tarix: 22 may 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını
24 aprelKart hesabı paylaşıb pul yığanlara necə İNANAQ? - VİDEO
Külli miqdarda pula ehtiyacı olan şəxslərə kömək etmək ehtiyacı olanda ağla gələn ilk vasitə kart hesabı açaraq vəsait üçün pul toplamaq olur. Hətta demək olar ki, hər günümüzü telefona gələn yardım xahişləri ilə açırıq. Amma tez-tez rastlaşdığımız bu mənzərəyə görə, xeyirxahlığımızın qurbanı ola bilərik
24 aprelTürkiyənin ilk astronavtı Azərbaycana gələcək
Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini
24 aprelXalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO
"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"
24 aprelBakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas
24 aprelBakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO
Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-10
24 aprelEfirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO
Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ
24 aprelMarketlər müştərini ALDADIR: Yalançı, yoxsa real endirimlər? - AÇIQLAMA
Bütün mağazalarda endirim kampaniyaları olur. Bayram günləri, həftə sonları müəyyən kampaniyalar mövcud olur. Amma bəzən müştəri cəlb etmək məqsədi ilə mağazalarda süni endirimlər edilir. "40, 50, 70 faiz endirim edilir " deyə? elanlar yapışdırırlır, amma mağazada ya o qədər endirim olmur
24 aprel