Tələbə xörəyinə möhtac qalan milyoner qızı - Sara xanımın son günü - Bir şəklin TARİXÇƏSİ

Tələbə xörəyinə möhtac qalan milyoner qızı - Sara xanımın son günü - Bir şəklin TARİXÇƏSİƏnvər Əliyev

Ağrılı günlərimizdən birini yaşasaq da, bilməlisiniz ki, bu gün xalqımızın əvəzsiz, ruhu önündə hələ də borclu qaldığımız övladlarından biri olan Hacı Zeynalabdin Tağıyevin son övladı - Sara xanım Tağıyevanın anadan olduğu gündür! O, 120 il bundan qabaq, dövrqünün ən imkanlı, ən səxavətli, ən yüksək milli təəssübə malik olan kişilərindən birinin ailəsində dünyaya göz açdıb. Bir vaxtlar - ömrünün son günlərində onu yaxından tanıyan, tez-tez görən bir insan kimi haqqındakı bir yazımı sizə təqdin etməyi borc bildim. Onu da deyim ki, bu təkcə bir xatirə yox, həm də qananlar üçün bəlkə də bir ibrət dərsi oldu!

.... Xeyli əvvəlki illərin söhbətidi. Bir dəfə nahar fasiləsində iş yoldaşım Niftalı müəllimlə Cavid prospektində gəzişıirdik. Bu vaxt qarşımıza pal-paltarı çox nimdaş olan bir qadınla rastlaşdıq. Onun bir əlində nimdaş bir çanta, digər əlində isə tor zənbilin içində xeyli kağız-kuğuz vardı. Mən ona kömək etmək istəyəndə o, dərhal əlindəkiləri bərk-bərk özünə sıxıb, məndən qorumaq istədi. Mən heç nə başa düşmədim. Bu vaxt Niftalı müəllim bərkdən "Sara xanım, qorxmayın, o, sizə kömək etmək istəyir" deyib, qayğıkeşliklə qadının halını soruşdu, "yəqin ki, yenə də Akademiyaya gedirsiniz" dedi.

O, məzhun bir səslə təsdiq cavabı verdi. Onun yaxşı görmədiyi də aydın hiss olunurdu. Mən Niftalı müəllimdən qadının kimliyini soruşduqda, o, doluxsunmuş halda başını yelləyərək dərindən bir ah çəkdi. Xəbərin olsun ki, bu biçarə bədbəxt rəhmətlik Hacının qızı Sara xanımdır".

Məni dəhşət bürüdü. Həyatın nə amansız anları varmış... Neçə-neçə azərbaycanlı övladını yedirib, geyindirib, oxutduran, milyonlarını əsirgəmədən Vətən, Millət yolunda xərcləyən bir kişinin yeganə övladının gününə bax! Saraylarda dünyaya gəlib, neçə-neçə qulluqçu himayəsində uşaqlıq keçirən xanımana bir qadının cır-cındır içindəki son gün-güzəranı! Nə deyəsən bu dünyanın işinə!..

Bəli, şaumyanlara, mikoyanlara heykəl qoyub, təntənəli yubileylər keçirən bir məmləkətdə bütün var-dövlətini millət yolunda qoymuş, sözün əsl mənasında "Millət atası" olan H.Z.Tağıyevin qızı əlindəki saralmış bu qovluq dolu kağızlarla atasının hamı tərəfindən qəbul edilən haqqını kimlərəsə sübut etməyə çalışırdı....

...Axşam ürək sızladan bu əhvalatı yasadığım aspirant yataqxanasındakı dostlarıma danışanda dərhal qəti bir qərara gəldik. Necə olursa – olsun Sara xanımla əlaqə yarat lazımdır. Qərarlaşdırdıq ki, həftədə bir-iki dəfə yoldaşlarımla onun M.Ə.Sabir adına Pedaqoji Texnikumun arxasındakı binanın birinci mərtəbəsindəki olduqca yoxsul, miskin mənzilinə baş çəkib, ona isti xörək aparaq.

Dünyanın belə işlərinə nə adı verəsən? Var-dövləti yerə-göyə sığmayan bir milyoner qızı adi tələbə- aspirant yeməyinə möhtac qalmışdı. Bu, indi də bizə bir ibrət dərsi olmalıdır. Vaxilə az qala bütün milləti yedirdib-içirməyə imkanı çatan, möhtəbər bir kişinin övladı, indi kimlərəsə möhtac idi. Kimin axırının necə olacağını bir Allah bilir!

Üstündən bir xeyli vaxt keçmişdi. Artıq yaşlı, kimsəsiz bu insan son günlərini yaşayırdı. Mən yoldaşlarıma hər dəqiqə onun dəfninə hazır olmaq barədə xəbərdarlıq etmişdim. Fikrimdə onu öz çiynimdə son mənzilə yola salmaq kimi müqəddəs bir əhdim də var idi.

1992-ci ilin yanvarında yaxın bir dostum günortaya az qalmış 20 Yanvar meydanında mənə həyəcanla Sara xanımın vəfat etdiyini və bu gün dəfn ediləcəyini xəbər verdi. Mən dərhal özümü vida yerinə yetirdim.

...Vida mərasimi onun doğma Ata evində - Tarix muzeyində keçirilirdi. Mərhumun cənazəsi böyük zalın ortasında qoyulmuşdu. Burada heç gözləmədiyim halda çoxlu adam vardı. Bir dəstə qadın bərkdən ağlayıb, yanıqlı səslə ağı deyirdi. Bu, həm də nəcib, heç nəyini vətən övladlarından əsigəməyən bir kişinin əziz övladı, nəslinin son nümayəndəsi qarşısındakı qədir- qiymətini bilmədiyi millətinin kiçik bir dəstəsinin son vətəndaşlıq borcu idi. Buna da şükür!

Çiynimə aldığım tabutla (qəzet şəklim də var) addımladıqca, fikir məni götürmüşdü. Gərəsən niyə bu millətin dərdini çəkənlərlə onun kefini çəkənlər həmişə ayrı-ayrı qütblərdə yaşayırlar?

P.S. Bu şəkil mənim arxivimdəndir. Son günlərinə az qalmış iş yoldaşlarımdan biri tərəfindən çəkilmişdir.

modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2117   Tarix: 22 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şair Əli Kərimin oğlu vəfat etdi

Tanınmış alim Paşa Kərimov vəfat edib. AMEA-dan -a verilən xəbərə görə, professor ömrünün 65-ci ilində dünyasını dəyişib. Qeyd edək ki, görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, "Tərəqqi" medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adın

25 yanvar
.

Boşboğazdırlar, rus dili düşmən dilidir? - Aqil Abbas torta görə əsəbiləşdi

Milli Məclisin deputatı Aqil Abbas ötən gün 71 yaşına qədəm qoyub. Ölkə.Az xəbər verir ki, doğum günündə nəvələri millət vəkilini təbrikə gəliblər. Azyaşlıların babası üçün gətirdikləri tortun üzərində isə rusca ürək sözləri yazılıb. Sosial şəbəkə istifadəçilərindən biri deputatın nəvələrinin onu doğm

2 aprel
.

Azərbaycanın Xalq artistinin adından dələduzluq edilir - FOTO

Xalq artisti Yusif Eyvazov "Facebook" hesabında sosial media izləyicilərinə müraciət edib. xəbər verir ki, opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib. Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib. "Əziz dostlar

22 yanvar
.

"Titanik"in ulduzunu kim təhqir edib? - Mənimlə çox kobud davrandı

"Titanik" filminin ulduzu Keyt Uinslet diqqət çəkən açıqlamalar edib. bildirir ki, aktrisa filmdən sonra dünya ulduzuna çevrilməyinin onun həyatını məhv etdiyini deyib. "Düzünü desəm, özümü çox təhqir olunmuş hiss etdim. "Bu çox qorxunc bir şeydir, ümid edirəm, keçəcək" dediyim

19 fevral
.

Naxçıvanda nazir əvəzi idarə müdirini işdən çıxardı

Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub. "Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Babə

28 fevral
.

Rafael İsgəndərov: "Rəhmətə getdi və bizi yetim qoydu" - VİDEO

Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında olublar. Axşam.az xəbər verir ki, R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb:. "Bu video Hüseynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər Teatrında işləmiş aktyor v

28 fevral
.

Sabiq rəisə 10 il həbs - General rütbəsi alınacaq

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Tofiq Həsənov külli miqdard

3 aprel
.

Nazirlər Kabinetindən tarix və mədəniyyət abidələri ilə bağlı QƏRAR

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daxil edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Eyni zamanda, Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVII əsrlər) də "Yerli əhəmiyyətl

27 fevral
.

Aktrisa evində səs verdi - Video

Aktrisa Məsumə Babayeva növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib. "Qafqazinfo" xəbər verir ki, 72 yaşlı sənətkar səhhəti ilə əlaqədar evində səs verib. O bu barədə feysbuk səhifəsində paylaşım edib. Qeyd edək ki, M. Babayeva uzun illər Azərbaycan Dövlət Gənc Tamaşaçıla

7 fevral