Oliqarxların ildə yarım milyard manatdan çox qazandığı Azərbaycan toyları... – tanınmış iqtisadçıdan maraqlı açıqlamalar!

Oliqarxların ildə yarım milyard manatdan çox qazandığı Azərbaycan toyları... – tanınmış iqtisadçıdan maraqlı açıqlamalar!Rövşən Ağayev: "Toylar şadlıq evlərinin sahibi olan oliqarxların cibini doldurmağa xidmət edir"

Qaynarinfo.az-da yeni layihəyə başlayırıq: "Sözlü adam". Bu layihədə müxtəlif peşə sahibləri ilə cəmiyyətdə müzakirələrə, fərqli fikirlərə, yanaşmalara yol açan mövzu ətrafında söhbətləri təqdim edəcəyik. Layihəmizin ilk qonağı tanınmış iqtisadçı ekspert Rövşən Ağayevdir. Rövşən bəylə son vaxtlar daha çox israfçılıq və bayağılıqla müşahidə olunan Azərbaycan toyları barədə danışmışıq.

– Rövşən bəy, jurnalistlər sizə daha çox iqtisadi mövzularla bağlı suallarla müraciət edirlər. Bu gün sizinlə bir az bu ənənədən kənara çıxacağıq. Toylarla bağlı danışacağıq. Kimilərinə görə, toy elimizin ən gözəl adətlərindən biridir, kimilərinə görə də bayağılıq və israfçılıqdan başqa bir şey deyil. Sizin toylarımızla aranız necədir?

– Aşırı dəbdəbə və bədxərclik olmasa, toy məclislərinə normal yanaşıram.

– Sirr deyilsə, il ərzində təxminən neçə toya dəvət alırsınız? Bu dəvətlər arasında gedib-getməməklə bağlı seçim edirsinizmi? Ən əsası bir gündə bir neçə toy dəvəti aldıqda vəziyyətdən necə çıxırsınız?

– Düzünü desəm, indiyədək il ərzində dəvət edildiyim toyları saymamışam. Amma yəqin ki, orta hesabla 12-15 məclisə dəvət alaram.

Bəzən eyni gündə 2 dəvət aldığım toy məclisləri olub. Əgər dəvətlərdən biri qohum-əqrəbadan gəlirsə, məclisləri ailə üzvlərimiz arasında bölüşdürməklə problemi yoluna qoyuruq. Əgər dəvətlər yalnız mənə ünvanlı olursa, bu halda qərar duruma bağlıdır. Məsələn, məclislərdən biri Bakıda, o biri kənar bölgədədirsə, onlardan hər hansı birinə nəmər göndərməkdən savayı çıxış yolu qalmır. Təbii ki, bu halda dəvət edənlərin şəxsi yaxınlıq səviyyəsi bilavasitə iştirak qərarı üçün həlledici olur.

Əgər məclislər bir-birinə yaxın məsafadə baş tutursa, müəyyən bir vaxt ayırmaqla hər iki məclisdə iştirak etmək olur.

– Elə olubmu ki, toy dəvətnamələri sizi bezdirmə həddinə çatdırıb və artıq heç bir toya getməyəcəyinizə qərar vermisiniz?

– Açığı mənim çevrəm çox geniş deyil. Xaraktercə də şəxsi münasibətlər üzərindən çevrəmi çox geniş tutmağa meyilli deyiləm. Ona görə də "toy dəvətnamələri məni bezdirib" desəm, yalan danışaram. Bizim reallıqda çevrənin geniş olmasının şərtləri var. Bir qayda olaraq insanlar müəyyən titula sahib, cəmiyyətdə tanınırlıq səviyyəsi yüksək olan qohum-tanışlarını və yaxınlarını öz məclislərində mütləq görmək istəyirlər. Bu qəbildən olan şəxslərə vəzifə sahibləri, biznes insanları, üzdə olan sənət adamları, tanınmış ictimai-siyasi xadimləri daxil edə bilərik. Həmin qrupların heç birində olmadığımdan, dəvət edildiyim toy məclislərinin çoxluğundan şikayətlənə bilmərəm. Məni adətən sayca çox olmayan çox yaxın dost-tanışlarım, qohum-əqrəba öz toylarına çağırır. Və demək olar hamısında da məmnunuyyətlə iştirak edirəm.

Görünür, ona görə də bəzi insanlarımızın "indən sonra heç bir toya getməyəcəm" kimi radikal qərar vermək mərhələsi mənim üçün hələ yetişməyib. Bununla belə ətrafımda xeyli insanın bu problemdən sıxıntı keçirdiyini görürəm.

– Bir çoxlarına görə, toy bizdə artıq ənənə olmaqdan çıxıb, xeyli dərəcədə biznes növünə çevrilib. Deyə bilərikmi ki, Azərbaycanda artıq "toy iqtisadiyyatı" meydana çıxıb?

– Şübhəsiz ki, nəhəng dövriyyəsi olan məclislər oturuşmuş ənənəyə çevrilibsə, insanlarımız müəyyən dini rituallların icra edildiyi zamanlar istisna olmaqla, ilin bütün günləri həmin məclislərə milyonlarla manat xərcləyirsə, kimlərsə bundan mənfəət götürürsə, deməli, artıq "toy iqtisadiyyatı" deyə biləcəyimiz bir seqment var.

Bu iqtisadiyyat hər kəsdən öz cibinə görə para qoparır. Məsələn, yoxsul ailələr özlərinin məhdud çevrələri və imkanları ilə 50-100 nəfərin iştirak etdiyi və xərci 3-4 min manatı ötməyən məclislərlə öz övladları qarşısında borcunu yerinə yetirdiyini düşünür. Orta təbəqə 200-300 nəfər üçün 10000-15000 manatla məclislərini yola verə bilirlər. Zəngin ailələr üçün bu xərc sərhəd tanımır, hətta xaricdən müğənni gətirib övladının toyuna milyonlar xərcləyən ailələr olur. Yoxsul və orta təbəqə üçün toy məclisləri övladları qarşısında bir öhdəlikdi – valideynlik borcunun son mərhələsi kimi... Amma zənginlər üçün bu mərasimlər həm də məxsus olduğu çevrələrə öz imkanlarını nümayiş etdirmək üçün sanki bir festivaldır.

Yoxsul və orta təbəqə üçün bir söz deyə bilmərəm, onlar sadəcə cəmiyyətin on illər ərzində "adət-ənənə" deyib formalaşdırdığı çərçivələri aşa bilmirlər. Lakin zənginlər bədxərcliyin canlı nümayişinə çevrilən məclislərinə normal yanaşmıram.

Böyük düşüncə insanımız Əhməd Bəy Ağaoğlu deyir ki, bəzən bizim "adət-ənənə" dediyimiz mədəni səviyyənin ortaya çıxardığı vərdişlərdir və biz bunlardan qurtulmalıyıq. Onun fikrincə, mədəni səviyyə yüksəldikcə, insanlar həmin çərçivələrdən qurtulur, əksinə mədəni səviyyə aşağı düşdükcə, toplum kütləvi şəkildə həmin vərdişlərin əsirinə çevilir.

– Maraqlıdır ki, əksəriyyət də sizin kimi düşünür; onların fikrincə, bugünkü toylarımız öz xərcləri ilə artıq əndazəni aşıb, toylar daha çox oliqarxların, onların şadlıq evlərinin cibini doldurur, bundan onlar qazanır. Ancaq bunu dərk etdikləri halda belə, yenə toy aludəçiliyindən qurtula bilmirlər.

– İndiki toyların şadlıq evlərinin sahiblərinin cibinə doldurmağa xidmət etdiyi fikri ilə tamamilə razıyam. İndi hətta ucqar kəndərdə belə toy məclisləri şadlıq saraylarında keçirilir. Xüsusilə də Bakıda bu sarayların əksəriyyətində təklif olunan xidmət müqabilində insanlardan alınan vəsaitlər çox yüksəkdir.

– Bir ara hökumət xeyir-şər mərasimlərindəki israfçılığı önləmək fikrinə düşmüşdü, müəyyən yasaqlar da gətirilmişdi. Sizcə, həmin qadağalar niyə işləmədi?

– Elnur bəy, bilirsiz necədir, əslində bu məsələ qadağa, inzibati-müdaxilə, hətta qılınc-qalxanla həll oluna biləcək məsələ deyil. Yenə də Əhməd bəyə müraciət etməyə məcburam. Yazır ki, bədxərcliyi və dəbdəbəni aradan qaldırmaq mədəni səviyyə ilə yanaşı bir tərbiyə məsələdir və biz insanlarımızı ta uşaqlıqdan hər cür bər-bəzək və dəbdəbədən qaçmağa öyrətməliyik. Sonra onlar böyüyüb bizim yerimizi tutduqca, bütün gərəksiz adət və vərdişlərdən qaçacaqlar.

Bir də burda önəmli olan cəmiyyətin öndə gedən insanlarının davranışları və qoyduqları nümunədir. Məmur, iş adamı, tanınmış ziyalı dediyimiz hər insan övladının toyunu, yaxud ailə üzvlərindən birinin yas məclisini sadə təşkil etsə və bu kütləviləşsə, heç bir sərt müdaxilə olmadan cəmiyyət bunu tədricən qəbullanacaq.

– Rövşən bəy, adamlar toyları özlərinin, övladlarının həyatında ən əlamətdar hadisə hesab edir, ancaq maddi olaraq və yersiz şəkildə o qədər yüklənirlər ki, bu xoş günün zövqünü çıxara bilmirlər. Necə etmək olar ki, toy vətəndaşlar, yeni evlənənlər üzərində ağır yük olmasın, əksinə, cütlüklərin xoşbəxt ailə başlanğıcına çevrilsin?

– Yuxarıda qeyd elədim: insanlar dəbdəbəli və onun ailə büdcəsinə uymayan xərcli toy məclislərindən qaçmalıdır. Bu məclislərin yeni ailə quran cütlüklərə start vəziyyətdə daha faydalı olması üçün şadlıq saraylarına çatan vəsaitləri həmin insanlara hədiyyə vermək olar. Məsələn, məcbur deyil ki, saraylardakı stolların üzəri yeməklərlər, içkilərlə, saysız-hesabsız təamlarla aşıb-daşsın. Tutaq ki, dost-tanışlar, qohum-əqrəba maksimum 2-3 saat davam edən, stollara yalnız şirniyyat və yüngül qəlyanaltıların düzüldüyü məclislərdə də eyni maddi dəstəyini göstərə bilər. Bu halda kiçik xərclə başa gələn məclisdə toplanan vəsait yeni ailə üçün başlanğıç kapital kimi saray sahublərinə deyil, ailə quran gənclərimizə çata bilər.

– Təzəlikcə bizdə toya daha bir bahalı ritual əlavə olunub. İndi onun özündən və cehizdən başqa, xınayaxdı mərasimləri də təşkil olunur, hətta bu mərasimləri təşkil edən şirkətlər yaranır. Bu günlərdə öyrənmişəm ki, təkcə xınayaxdı üçün belə şirkətlərə 5 min manatdan 10 min manatadək sifariş verənlər var...

– İnsanları izafi xərcə salan hər cür dəbədəbə və mərasimlərdən qaçmaqda ancaq və ancaq fayda görürəm. Elnur bəy, dediyiniz şirkətlər ona görə yaranır ki, cəmiyyətdə buna tələbatı görür və hiss edir. Ehtiyaclarımız tənzimləmək öz iradəmizdən asılıdır. Məsələn, özümüzdən bir nümunə deyim. Bizim ailəmizdə heç zaman oğlan uşaqlarına kiçik toy məclisləri, yaxud hərbi xidmətə yol salanda toy məclisləri qurulmayıb. Qardaş-bacılar toplanaraq bunu öz aramızda qeyd etmişik, hətta ən yaxın dostlara xəbər verməmişik.

– Ümumiyyətlə, elə bir hesablama varmı ki, bizdə şadlıq evlərinin, yəni "toy iqtisadiyyatı"nın illik dövriyyəsi nə qədərdir?

– Rəsmi heç bir məlumat yoxdur. Lakin nigahların sayına baxanda hər il Azərbaycanda ən azı 55-60 min gənc cülüyün ailə qurdiğunu görə bilirik və onların da əksəriyyəti şadlıq saraylarının xidmətindən yararlanır. Bunun üzərinə kiçik toyları, dəbdəbəli ad günlərini və başqa toy tədbirlərini də əlavə etsək, mənzərə aydın olur.

Dəqiq rəqəm demək çox çətindir, amma məclislərin sayına, bir məclisə çəkilən orta xərcə baxanda "toy iqtisadiyyatı"nın illik dövriyyəsinin 500-600 milyon manatdan 800-900 milyona manata qədər çata biləcəyini düşünürəm.

– Rövşən bəy, maraqlı söhbət üçün sağ olun.

– Siz də sağ olun.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1739   Tarix: 22 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən yeddi ədəd müxtəlif markalı avtomat silahı, bir tapança, iki tüfəng, altı qumbara

20 aprel
.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel
.

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilib

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Bu marşrut xətti "Dərnəgül" metrostansiyas

20 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

20 aprel
.

İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO

Paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində yeniyetmənin piyada işıqforuna zərbə vurmasını əks etdirən görüntülər araşdırılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib. Bildirilib ki, polis əməkdaşları tərəfindən yetkinlik yaşın

20 aprel
.

Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - YENİLƏNİR + FOTO/CANLI YAYIM

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb. -ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək. Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək. 13:18. Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saa

20 aprel
.

"Xəzər TV"nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını

19 aprel