Taksi xidmətlərindən istifadə edənlər! – MÜTLƏQ OXUYUN

Taksi xidmətlərindən istifadə edənlər! – MÜTLƏQ OXUYUNSon illər paytaxt Bakıda taksi xidmətlərindən istifadə edənlərin sayında artım var.

Ötən ilin göstəriciləri ilə müqayisədə, bu ilin ilk yanvar-fevral aylarında taksi xidmətlərindən istifadə edən sərnişinlərrın sayı 3,9%- i təşkil edib. Maraqlıdır, görəsən taksi xidmətlərini bu qədər cazibədar edən hansı keyfiyyətlərdir?

Sonxeber.az bildirir ki, yol nəqliyyatı eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatlarda intervalın düzgün qurulmaması və sistemin düzgün işləməməsi taksi xidmətinə marağı artırır:

"Sərnişinlərin taksi xidmətinə üstünlük verməsinin əsas səbəbi, ictimai nəqliyyatların bərbad vəziyyətdə olmasıdır. Təəssüf ki, ictimai nəqliyyatda vəziyyət qənaətbəxş deyil. İstismara yararsız avtobuslar xəttədir, psixoloji gərginliyi yüksək olan, sərnişinə "30 qəpik" gözü ilə baxan şəxslər sürücülük edirlər. Bu cür neqativ hallara görə imkanı olan şəxslər avtomobil alır, imkanı aşağı olanlar isə taksi xidmətindən istifadə etmək məcburiyyətində qalır".

Pik saatlarda dayanacaqlarda avtobuslardan çox, taksilər dayanır.

"Bəzən insanlar 50-60 qəpiyə gedə biləcəyi yolu məcburən, taksi ilə 3-4 manata getməli olurlar. Avtobuslarda intervalın düzgün müəyyən edilməməsi sıxlığa yol açır. O dərəcədə ki, pik saatlarda yaranan sıxlıq nəticəsində əksər insanlar vaxtında ünvana çata bilmirlər. Bu halda 3-4 nəfərin birləşərək, hərəyə 1-1,5 manat (məsafədən asılı olaraq qiymət dəyişir) verərək, taksi xidmətinə müraciət etməsi ən uyğun variant olur. Bax, taksilərin cazibəsinə, əsasən bu amil təsir etmiş olur"

Sifarişli taksi xidməti ölkəmizdə yeni xidmət növü hesab olunur.

"Əvvəllər sifarişlə taksi çağırmaq geniş yayılmamışdı. İndiki halda, təlabatın yüksək olduğunu görən müəyyən imkanlı adamlar, gələcəkdə bu sahədə problemlər yarada bilərlər. Çünki maddi imkanları yüksək olan taksi şirkətləri, qiymətləri müəyyən bir həddə qədər endirib, digər xidmət ocaqlarını sıradan çıxara bilərlər. Buna nail olduqdan sonra, avtomatik olaraq qiyməti diqtə edən tərəfə çevrilən bu xidmət şirkətləri, gediş haqlarını indikindən bir neçə dəfə artıq olan həddə gətirə bilərlər. Nəticədə, itirən yenə də vətəndaş olacaq".

Taksi xidməti həyata keçirən sürücülərə ciddi nəzarət edilməlidir.

Müştərinin əlaqə nömrəsi taksi sürücüsündə olmamalıdır. Bu məsələdə xüsusən də xanım sərnişinləri nəzərə almaq lazımdır. Bir sıra hallarda, taksi sürücüləri xanım sərnişinlərə sonradan tanışlıq təklifi edir və ya taksi xidməti lazım olarsa, məhz ona müraciət etməsini xahiş edir. Bu, qətiyyən düzgün hal deyil. Digər tərəfdən, taksi sürücüləri normal şəkildə təlimatlandırılmalıdır. Taksi xidmətindən istifadə edən sərnişinə, sifariş öncəsi müəyyən məlumatlar göndərilməlidir. Təyin edilən avtomobilin komfortlu olub-olmaması, sürücünün şəkli və.s kimi informasiyalar verilməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3125   Tarix: 22 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Balın qiymətinin artacağı gözlənilir - SƏBƏB - VİDEO

Bu il Astarada arıçılıq məhsullarının qiymətində artım gözlənilir. xəbər verir ki, buna səbəb olaraq məhsuldarlığın aşağı düşməsi və arıların xəstəliklərə yoluxaraq tələf olması göstərilir. Arıçılar bildiriblər ki, arı ailələrində 50 faizə yaxın itki var. "İtkilər balın qiymətinə təsir edəcək. Arıçıla

12 aprel
.

Əhalinin banklara nə qədər kredit borcu var?

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qeyd edilib ki, 2024-cü i

15 aprel
.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər. Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. . Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurm

11 aprel
.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli"nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzif

27 fevral
.

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIR

Hesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalar aparılır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və bu, fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığ

22 fevral
.

Azərbaycanda dollarla bağlı VACİB AÇIQLAMA

"Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu ilin ilk 2 ayı, xüsusə

12 mart
.

Azərbaycan neftinin qiyməti 92 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,9 % azalaraq 92,26 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərini

11 aprel
.

Keçmiş bank sədri Vyanada vəfat etdi

Keçmiş bank sədri Fərid Əlizadə Vyanada dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, Fərid Əlizadə müalicə aldığı klinikada ürək problemindən vəfat edib. Yaxın günlərdə mərhumun cənazəsinin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib. Qeyd edək ki, F.Əlizadə Rutgers Universitetin

22 aprel
.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - FOTO

Bu gün səhər saatlarından etibarən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda isə qar yağıb. Bəzi rayonlarda qar örtüyünün hündürlüyü 6 sm olub. -in məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 0 dərəcəyə yaxın olub. Hava proqnozu proqramlarını

26 fevral