"Əgər belə gündəmə gəlirəmsə, kül olsun başıma"

"Əgər belə gündəmə gəlirəmsə, kül olsun başıma"Müğənni Niyam Salami "5-də 5" verilişində açıqlamasından sonra ona etiraz edən "Yeni Ulduz"çulara cavab verib.

Sonxeber.az bildirir ki, sənətçi qafqazinfo-ya açıqlama verərək canlı efirdə söylədiyi fikirlərə aydınlıq gətirib. Niyam qeyd edib ki, proqramda atalar sözü üzərində qurulan suala zarafatyana cavab verib:

"Zaur Kamalın proqramı şou xarakterlidir. O, birinin makiyajını silir, digərinin estetik əməliyyatından danışır. Efirə baxmısızsa, görərsiz ki, aparıcı atalar sözündən sitat gətirərək mənə sual ünvanlayır. Cavabı verərkən hələ fikirləşdim. Dedim ki, kötük sənətkarlar, çör-çöp "Yeni ulduz"dan çıxanlardır. Özümü də budaq adlandırdım. Burda nə var ki? Əgər Zaur başqa mənada sual versəydi, özüm buna etiraz edərdim. Mən o qədər axmağam ki, Azərbaycanı "Eurovision"da təmsil edən Çingizin "Yeni Ulduz"dan çıxdığını bilərəkdən artıq nəsə deyəm? Sizcə, mən bunu edərəm? Bunu erməni edə bilər.

Şoudur, zarafatdır, burda nə var ki? "Yeni Ulduz"dan çıxanlar ən azı "Eurovision"da iştirak ediblər. Ən azı "Yen Ulduz"da əyləşən münsiflər var, onların niyə xətrinə dəymir? Çünki bilirlər ki, bu, bir zarafatdır. Verilişdə dedim ki, ənkələr Xalq, Əməkdar artistlərdir. Onlar da zəng vurub desinlər ki, mənə niyə kötük deyirsən? Mən nə etmişəm? Əsgər söymüşəm, ya kiminsə balasını? Uşaqlara nə deyərdim? "Yeni Ulduz"dan çıxanlara kötük deyərdim? Ayıbdır".

N.Salami daha sonra fikirlərinə sərt reaksiya verən İlhamə Qasımova və Elvin Abdullayevi tənqid edib:

"İlhamə Qasımovaya, Elvin Abdullayevə deyiləcək sözlərim var. Elvin mənə "qaqaş", "brat" deyib görüşür, üzümdən öpür. Belə ağıllı çıxmısansa, mənə zəng et, məsələnin əslini soruş. Mən də məsələni izah edim. Onlar kiminsə kölgəsində özlərini reklam etməkdən ötrü ölürlər. Belə müğənnilər var! Mən heç kimin kölgəsində reklam olmamışam, reklam xatirinə danışmamışam. Əgər öz müğənnilərimizi vuraraq gündəmə gəlirəmsə, başıma kül olsun. Öz sənətçilərimizi yerə vurmaram. Bir verilişə baxın! Gərək insanın ürəyi paxıl olsun ki, bu sözləri özlərinə götürsünlər. Bunların qəlbi qaradır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2318   Tarix: 22 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16 sentyabr 2021
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətl

16 sentyabr 2021
.

​"Guya Rəmişin nəyi var idi ki..." - Xanımı sirləri açdı

Rəmişsiz mənim günüm necə keçə bilər? Rəmişsiz Gülü ola bilərmi? O mənim başımın tacı idi, nəfəsim idi. xəbər verir ki, bu sözləri -a Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) deyib. Mərhum gitara ifaçısının vəfatından sonra onu kimsə yada salıbmı?. Xanımı Mədəniyyə

8 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə

9 sentyabr 2021
.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021
.

Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı

3 sentyabr 2021
.

Azərbaycanlı musiqiçi dənizdə boğuldu

Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb

2 sentyabr 2021
.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021