İcra başçısı 2 milyonluq villanı sökdürdü - FOTOLAR

İcra başçısı 2 milyonluq villanı sökdürdü - FOTOLARPaytaxtın Bakıxanov qəsəbəsində bir villanı səssiz-səmirsiz, sakit-sakit, hissə-hissə sökürlər. Villanın qarşısında "Bakıxanov rezidens"in binası inşa olunacaq.

Bu malikanə də tikinti ərazisində plana düşüb. Villanın ətrafında yaşayanlardan öyrənirik ki, bu dəbdəbəli evin qiyməti 2 milyondur.

Ancaq sahibinə minimal pul verərək bir neçə ilə tikdiyi şəxsi evini söküblər. Mülk sahibi narazı qalıb. Əvvəlcə evinin sökülməsinə qarşı çıxıb. Evin uçurulmasından söhbət belə gedə bilməz söyləyib. Sonra bu imkanlı şəxsi "yola gətiriblər". Deyiblər ki, Sabunçu rayon icra başçısı Adil Vəliyevin əmrinə biət etmək lazımdır.

Bu tikinti də ona məxsusdur və "Bakıxanov rezidens" qəsəbədəki evləri sökərək pilot layihə olaraq göydələnlər inşa edir.

Villanın sahibini yola gətirdikdən sonra təzminatın məbləğində razılaşmada narazılıq yaranıb. "Ancaq həmin adama nə deyiblər, nə formada danışıq aparıblarsa, o boyda evi dəyərindən ucuz qiymətə alıblar, sökməyə başlayıblar", – deyə sakinlər bildirirlər. Villanın söküntüsü hazırda icra olunur. Yaxınlıqdakı "Fantaziya" şirniyyat mağazasının yerləşdiyi bina da uçurulub, yaxınlığa köçməli olub.

Həmçinin, "Bakıxanov rezidens"in olacağı əsas yerdəki 2 mərtəbəli bina sökülüb, sakinlərdən kimisi kompensasiya alıb, kimisinə də tikiləcək təzə binadan mənzillər vəd olunub.

Qeyd edək ki, Bakıxanov qəsəbəsini "Bakıxanov rezidens" firmasının reklamları bürüyüb. Şirkət qəsəbənin hər addımbaşında 2, 3 və 5 mərtəbəli binaları yerlə-yeksan edərək göydələnlərini ucaldır.

Qəsəbənin yol üstündəki əksər 2 və 3 mərtəbəli binaları sökülmə növbəsini gözləyir. A.Vəliyev "Razin"i tamamilə öz tikinti meydançasına çevirməkdə iddialıdır.

Hətta Sabunçu RİH-nin düz qarşısında yaşıllıq hasarlanıb və ərazidə tikinti aparılır. Qəsəbənin Mehmandarov küçəsində tikilən binanın qarşısındakı məlumat lövhəsində qeyd olunub ki, 2017-ci ilin noyabrın 25-də işlər yekunlaşacaq. 2016-cı ildən gedən işlər deyilən vaxtda başa çatmayıb. 2018-ci ilin mayı gəlir və hələ də binanın tikintisi davam edir.

Ona görə də bir qrup payçı "Bakıxanov rezidens"in sözünün üstündə durmadığını bildirirlər. Bu şirkətin inşaat işlərində müəmmalı digər məsələ sifarişçi və podratçı firmanın olmasıdır.

Məlumat lövhəsində yazılıb ki, "Bərguşad-Ş" MTK həm sifarişçi, həm podratçı şirkətdir. Əgər "Bakıxanov rezidens" özü göydələnləri inşa edirsə, podratçı firmaya nə ehtiyac var?!

İcra başçısı 2 milyonluq villanı sökdürdü - FOTOLARİcra başçısı 2 milyonluq villanı sökdürdü - FOTOLARmənbə: azeuronews.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2360   Tarix: 22 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Qərbi azərbaycanlıların Ermənistana, ermənilərin isə Qarabağa qayıdışı" - Zaxarova nədən DANIŞIR? - ŞƏRH

"Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. O cümlədən Rusiya rəsmisi Azərbaycanın Qarabağ regionunu

19 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...

Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla

19 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

Çoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİF

Dünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Artıq məsələ Milli Məclisdə müzakirə olunur və yekun qərarın təsdiqlənməsi gözlənilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələri

19 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel
.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel