"Ərəblər "İnfiniti" barına 12-13 yaşlı qızlar gətirirlər - Bakının "Qırmızı fonarlar küçəsi"

"Ərəblər "İnfiniti" barına 12-13 yaşlı qızlar gətirirlər - Bakının "Qırmızı fonarlar küçəsi"Bakının Nəsimi rayonu, Səməd Vurğun, Vidadi və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki yaşayış binalarının zirzəmiləri artıq bir neçə ildir ki, gecə klublarına, masaj salonlarına, pritonlara çevrilib. "Torqovı"dan üzü Qış Parkına doğru getdikdə təkcə S.Vurğun küçəsində əsasən yüngül əxlaqlı qadınların cəmləşdiyi onlarla gecə klublarına, masaj salonlarına və barlara rast gəlmək olar.

Həm də bu məkanların əksəriyyəti Mədəniyyət Nazirliyi tərəfindən qorunan tarixi binaların zirzəmisində və ya birinci mərtəbəsində yerləşir. Təsadüfi deyil ki, Bakıya gələn əcnəbilər arasında bu küçəni öz adından daha çox "Qırmızı fonarlar küçəsi" kimi tanıyırlar. Küçə boyu düzülüb müştəri gözləyən yüngül əxlaqlı qadınlar, bahalı avtomobillərlə bu məkanları ziyarət edən sərxoş müştərilər, qumar, narkotik, səs-küy, söyüş, dava-dalaş,– küçənin gecə həyatı bunlardan ibarətdir. Amma küçədən fərqli olaraq bu ərazidə yaşayan sakinlər üçün nə gecə var, nə də gündüz...

Tarixi binada gecə klubu?

Həmin küçələrdə yaşayan sakinlər virtualaz.org-un reportyorlarına deyirlər ki, səhərə qədər işləyən gecə klublarının əlindən evlərində rahatlıq tapa bilmirlər. Şəxsi həyatları yoxdur, ömürlərini bu əxlaqsızlıq yuvalarıyla mübarizədə əridiblər.

"Arxitekturalı, tarixi abidə kimi qorunan binaların birinci mərtəbəsində gecə klubunun nə işi var? Digər tərəfdən də, gecə klubu səhərə qədər işləyir, rahatlığımızı pozur, uşaqlarımızı, nəvələrimizi bu ortamda böyütmək istəmirik. Bu tarixi binaların çoxu tikilərkən bir ailə üçün nəzərdə tutulub, havalandırma sistemi ümumidir, səs izolyasiyası yoxdur. Aşağıda danışılanlar, siqaretin tüstüsü evimizin içərisindədir...", - Mərdanov qardaşları, 15 ünvanında yaşayan Lali Mehtiyeva bildirir.

Onun sözlərinə görə, uzun müddət apardıqları mübarizə nəticəsində yaşadıqları binanın zirzəmisində yerləşən "İnfinity" adlı məşhur gecə barının bağlanmasına nail olublar. (Həmin adda gecə klubu indi şəhərin başqa yerində, Nərimanov rayonu ərazisində fəaliyyətini davam etdirir) Amma problem bununla bitmir, küçədə gecə klubları və masaj salonları yağışdan sonra göbələk kimi gün-gündən çoxalır.

"Ərəblər "İnfiniti" barında 13 yaşlı qızı öldürmüşdülər..."

Vidadi küçəsi, 148 ünvanında, Aşurbəylilər ailəsinə məxsus binada yaşayan Afət Həsənova isə deyir işdən qayıdanda evin qarşısında maşın saxlamağa yer tapılmır. Səbəb isə küçələrin gecə klublarının ziyarətçiləri tərəfindən zəbt olunmasıdır. Sakinin sözlərinə görə, son dövrlər binaları bərpa edilib, ərazidə xeyli abadlıq işləri aparılıb, səkilər qoyulub, küçələr təmir olunub, amma əsas problem həll olunmayıb.

"Səs-küydən gecə evimizdə rahat yata bilmirik. Həftənin şənbə və bazar günləri bu barlar fahişələrin dalınca gələn gələn ərəblərlə dolu olur. Binamızın altında "İnfinity" bar işləyəndə dəfələrlə orada ölüm hadisələrinin şahidi olmuşuq. Axırıncı dəfə həmin barda 13 yaşında qız uşağını ərəblər öldürmüşdülər. Meyitini gətirib qonşu binanın blokuna atmışdılar. Ora ərəblər üçün 12-13 yaşlı oğlan və qız uşaqları gətirirdilər. İnsan alveri, quldurluq, girov götürüb saxlama, narkotik ticarəti, qumar, bu cür gecə klubları üçün adi haldır. 2016-cı ildə 8 ay qapıları gəzdik, bütün instansiyaları keçdik, nəhayət ki, həmin barın bağlanmasına nail olduq. Təkcə bir klubla mübarizə bizim neçə il ömrümüzü aldı. Bu əxlaqsızlıq yuvaları isə bir deyil, beş deyil..."-sakin danışır.

Şikayətçi deyir ki, sonuncu belə məkan masaj salonu adı ilə Mərdanov qardaşları küçəsində, 15 saylı binanın zirzəmisində açılıb. Lakin sakinlərin şikayətləri əsasında məhkəmə qərarı ilə bağlanılıb.

"Lənətlənmiş" küçə... bir yandan gecə klubları, bir yandan radiasiya təhlükəsi

Sakinlər deyirlər ki, küçənin problemləri onları ailə və şəxsi həyatdan edib. Problemləri isə həll etdikcə azalmır, bir az da artır, sanki yaşadıqları küçə "lənətlənib". Sakinlərin rahatlığını pozan təkcə əxlaqsızlıq yayan gecə klubları, tıxac, səs-küy deyil, bir də, mobil operatorlar tərəfindən küçə boyu bir neçə yerdə quraşdırılmış ötürücü antenaların yaydığı şüalanmadır.

Şikayətçilər bildirirlər ki, artıq 13 ildir Vidadi küçəsi, 173 ünvanındakı bir mərtəbəli yaşayış evinin damında və Mərdanov qardaşları və B. Səfəroğlu küçələrinin kəsişməsində yerləşən binanın fasadında quraşdırılan , yerli mobil rabitə operatorlarına məxsus ötürücülər radiotexniki obyektlərin yerləşdirilməsi və istismarına aid bütün beynəlxalq təhlükəsizlik normalarını kobud şəkildə pozur, güclü elektromaqnit şüalanması yaradır.

Qanuna görə isə, bu antenalar yaşayış yerlərindən 10-25 metr aralıda qoyula bilərdi. Şüalanmanın dərəcəsi isə həmin vaxt nə qədər insanın telefonla danışmasından asılıdır.

Bu problemlə bağlı dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub və onların şikayətləri əsasında nazirlik tərəfindən ərazidə monitorinq keçirilib. Nəticələr də həmin cihazlar quraşdırılan binanın özündə və qarşıdakı binada radiasiyanın normadan 4-5 dəfə artıq olduğunu göstərir.

"Son 4 ildə şüalanmadan beş nəfər ölüb"

"Hazırda Aşurbəylilərə məxsus binanın 12 mənzilindən 8-də yaşayış var. 8 mənzildə yaşayan sakinlər arasında son 4 ildə 5 nəfər dünyasını dəyişib. Hamısı da cavan, orta yaşlı adamlardır, xərçəng xəstəliyindən ölüblər. Biz bilirik ki, bu həqiqətdir, amma onu da bilirik ki, bunu heç kimə sübut eləmək mümkün olmayacaq. Bu küçədə, ümumiyyətlə, dayanmaq təhlükəlidir. Hazırda küçədə şüalanma normadan 4-5 dəfə çoxdur. Qapı-pəncərələri, eyvanı, bir otağı tamamilə bağlayıb zirzəmidəki kimi oturmuşuq", - sakin Afət Həsənova qeyd edir.

Məlum olur ki, ümumilikdə, bu antenaların zəhərli təsirindən ən azı 200 nəfər əziyyət çəkir. Şüalanma dərəcəsindən narahat olan sakinlər mobil rabitə şirkətlərindən birinə müraciət ediblər: "Bizə şirkətdə dedilər ki, dünya dağılsa da, biz antenaları dəyişdirməyəcəyik, sadəcə təsirini azalda bilərik. Sonra ölçüsünü kiçiltdilər, təsirini nisbətən azaltdılar. Amma ETSN yenidən monitorinq keçirdi və aydınlaşdı ki, antenalar düzgün quraşdırılmayıb, şüalanma normadan artıqdır. Nazirlik onları məhkəməyə verdi. Məhkəməyə saxta sənəd gətirdilər ki, guya bu antenalar 2013-cü ildən başqa şirkətə verilib, onlara dəxli yoxdur. Sonradan öyrəndik ki, sonuncu şirkət də elə həmin operatora məxsusdur. Biz illərdir öz şəxsi həyatımızı yaşamırıq, biz öz konstitusion hüququmuzu tələb edirik, xahiş edirik, bizə kömək etsinlər", - şikayətçilər bildirirlər.

Sakinlərin sözlərinə görə, əslində həmin antenalar 2013-cü ildən xeyli əvvəl, 2006-cı ildə yaşayış binasının üstündə qurulub. Heç birinin sanitar pasportu yoxdur, ekoloji pasportu saxtadır. Artıq bununla bağlı prokurorluğa, DTX-ya, FHN-ə müraciət olunub, sakinlərin imzasıyla vitse-prezidentə, prezidentə məktub yazılıb.

"Narahat olmayın, istiqaməti dəyişmişik" – sakinləri belə sakitləşdirirlər

Sakinlər deyirlər ki, həmin şirkətə müraciət etsələr də, lakin bu məsələdən tamamilə xəbərsiz olduqlarını deyiblər. Şikayətlə müraciət etdikləri dövlət məmurları isə onlara evlərini satıb köçməyi məsləhət görürlər. Məhkəmədə isə onlara məsləhət görüblər, əgər antenalara sahib çıxan şirkət yoxdursa, onları qoparıb atsınlar.

"Bu yaxınlarda antena quraşdırılan damda iki nəfər fəhləni gördüm. Sevindim ki, yəqin onları çıxaracaqlar. Pəncərəni açıb soruşdum ki, siz xeyir ola bura gəlmisiz? Gənc fəhlə gülə-gülə dedi ki, xanım, xeyirdir, antenaları gücləndiririk. Bundan sonra "4G"-yə qoşulacaqsınız. Bir az şüası çox olacaq, amma telefonlarınız yaxşı işləyəcək...", - Afət Həsənova söyləyir.

Sakinlərdən onu da öyrəndik ki, binaya antena yerləşdirən şirkətin əməkdaşı onlara şikayət etməmələrini xahiş edib. Deyiblər ki, artıq antenanın Vidadi küçəsi ,148 ünvanına təsirini azaltmaq üçün istiqaməti dəyişdirilib və yaxınlıqdakı məcburi köçkünlərin yaşadığı məhəlləyə istiqamətləndirilib...

virtualaz.org
"Ərəblər "İnfiniti" barına 12-13 yaşlı qızlar gətirirlər - Bakının "Qırmızı fonarlar küçəsi""Ərəblər "İnfiniti" barına 12-13 yaşlı qızlar gətirirlər - Bakının "Qırmızı fonarlar küçəsi""Ərəblər "İnfiniti" barına 12-13 yaşlı qızlar gətirirlər - Bakının "Qırmızı fonarlar küçəsi"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7391   Tarix: 23 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18 aprel
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18 aprel
.

Bakıda məmur olmaq istəyən qadının başına oyun açdılar

Bakıda qadına qarşı dələduzluq edilib. -ın əldə etdiyi məlumata görə, paytaxt sakini olan bir qadının 20 min manatının etibardan sui-istifadə etməklə ələ keçirildiyi barədə polisə məlumat daxil olub. Zərərçəkən ifadəsində təxminən 1 il bundan öncə Anar adlı şəxsə 20 min manat manat verdiyini amma qarşılığınd

18 aprel
.

Hər işin içindən çıxan o Qəmbərqulu kimdir? - Belə yaranıb

Dilimizdə tez-tez işlədilən bir deyim var.: "Qəmbərsiz toy-düyün olmaz". Bu sirli Qəmbərlə bağlı başqa bir deyim də var. "Hər işin içindən bir Qəmbərqulu çıxır". Bəs bu hər işin içindən çıxan, hər toya gedən o Qəmbər kim olub? . "Belə yaranıb" rubrikasında bu ifadənin yaranm

18 aprel
.

Qarabağdan yeni görüntülər

İşğaldan azad olunan Xocavənd və Ağdam şəhərlərində quruculuq işləri davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər ATV-də yayımlanıb. Bildirilib ki, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində tikintilərin layihələndirilməsi işləri də yekunlaşıb. Daha ətraflı videoda

18 aprel
.

Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi

18 aprel
.

Başlıbel qətliamının şahidi: "Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər" - VİDEO

Bu gün Başlıbel qətliamından 31 il keçir. Hadisə şahidləri İctimai TV-yə qətliamın dəhşətlərini danışıblar. Başlıbel sakini Niyyət Əhmədovun ailə üzvləri gözləri qarşısında qətlə yetirilib:. "Əvvəl anamı, sonra isə bacımı güllələyərək öldürdülər. Sonra isə digər şəxsləri maşına yığaraq apardılar"

18 aprel
.

Polis 21 yaşlı qızı axtarır

Hacıqabulda 21 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, rayon sakini, 2003-cü il təvəllüdlü Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. T. Təhməzovanın əlamətləri belədir: boyu 17

18 aprel
.

İkimərtəbəli "üzən ev" gündəm oldu - VİDEO

Amerikanın San-Fransisko sakinləri qeyri-adi mənzərənin şahidi olublar. -a istinadən xəbər verir ki, gəmi kimi üzən bu ev buxtanın üzərindən keçərək "Redwood City" Marinadan çıxıb. Bu körpüdə əvvəllər suyun üzərindəki evlərdə yaşayan 100-dən çox insan yaşayırdı. Lakin 2015-ci ildə uzun illə

18 aprel