Prezident mənə dedi ki, Ramiz müəllim, yaxın gəlin - Xalq artisti İlham Əliyevlə görüşündən danışdı

Prezident mənə dedi ki, Ramiz müəllim, yaxın gəlin - Xalq artisti İlham Əliyevlə görüşündən danışdıSəhər yuxudan ayılanda gözümün qarşısına həmin kadrlar gəldi

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Novruz dünən Bakıda Mərkəzi Parkın açılışında prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə olan görüşündən danışıb.

Aktyor AzNews.az-a açıqlamasında prezident İlham Əliyevlə görüşünün təsadüfən baş tutduğunu deyib:

"Prezident parkın açılışına gəlmişdi. Mən də kənarda dayanıb adamların prezidentlə görüşünü müşahidə edirdim. Baxıram ki, şəhər sakinləri heç bir maneə olmadan İlham Əliyevə yaxınlaşır, şəkil çəkdirirlər. Açığı mənim həmin yerdə onlara yaxınlaşmaq fikirim yox idi. Çünki məşqdən çıxmışdım, bir sözlə, görkəmim yerində deyildi. Qəfildən eşitdim ki, prezident deyir ki, Ramiz müəllim, yaxın gəlin. Yaxınlaşıb görüşdüm. Prezident soruşdu ki, teatrda vəziyyət necədir? Dedim ki, sağ olun, sizin teatrla bağlı imzaladığınız son sərəncamlarınız aktyorlara yeni nəfəs verib, hamı yüksək ruhla işə gəlir. Aktyorlar əvvəl ayın sonuna çətinliklə çıxırdılar, maliyyə problemləri olurdu. İndi sayənizdə hamı bu əzabdan qurtarıb. Hamının adından minnətdarlığımı bildirdim".

Xalq artisti hələ prezidentlə olan görüşün təsirindən çıxa bilmədiyini qeyd edib:

"Prezident mənə hər şey verib. Mən ondan özümlə bağlı heç nə istəməzdim. Özüm utanan insanam, çəkinirəm. Amma teatrın dünyaya çıxması iddiaları ilə bağlı bir sıra problemləri var ki, bunlar da müzakirə olunmalıdır. Heç bilməzdim ki, prezident məni adımla tanıyır. Açığı səhərə kimi yatmadım. Səhər yuxudan ayılanda gözümün qarşısına həmin kadrlar gəldi. Şəkil çəkdirəndə də Mehriban xanım mənə dedi ki, Ramiz müəllim, yaxın durun. Qürur duyulası bir mənzərədir. Ölkənin prezidenti və birinci xanımı məni adımla çağırır".

Qeyd edək ki, mayın 22-də Bakıda Mərkəzi Parkın açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib. Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruz həmin mərasimdə İlham Əliyevlə görüşərək qısa söhbət edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1875   Tarix: 23 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kann Kinofestivalında ilin ən yaxşı aktyoru və aktrisası

Amerikalı aktyor və musiqiçi Kaleb Landri 74-cü Kann kinofestivalının "Ən yaxşı aktyor" naminasiyasında qalib olub. TASS agentliyinə istinadən xəbər verir ki, 31 yaşlı aktyor rejissor Castin Kurzelin "Nitram" filmindəki roluna görə bu mükafata layiq görülüb. "Ən yaxşı aktrisa"

18 iyul 2021
.

İnsult keçirən Arif Babayevdən XƏBƏR VAR

Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib. xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:. "Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi

16 iyul 2021
.

"Fəryad 2" filmi çəkilir

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd

8 iyul 2021
.

100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub. xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib. Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyə

31 iyul 2021
.

Məşhur aktrisa vəfat etdi - FOTO

Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey

31 iyul 2021
.

"Bizim Cəbiş müəllim"in Makedonu - Tanya ilə öpüş səhnəsində qəsdən səhvə yol verən kababçı Aqil

1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Bizim Cəbiş müəllim" Azərbaycan kino sənətinin incilərindəndir. Filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt "yoruldum" demir. Hərbi kinopovestdək

22 avqust 2021
.

XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO

İyulun 31-də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimi olub. APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbayca

31 iyul 2021
.

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...

Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə

8 sentyabr 2021
.

"Hansı ədəb-ərkandır ki, BNA Fazil Mustafa ilə bu formada danışır?!" - AÇIQLAMA

BNA ilə bağlı son zamanlar şikayətlər artır. Bəs bu şikayətlər niyə var və öz həllini niyə tapmır?. Məsələ ilə bağlı -a açıqlama verən deputat Rüfət Quliyev bildirib ki, təxminən 1 ildir ki, onun BNA ilə əlaqələri var. "Bəlkə də, təqaüdə çıxanda bunun haqqında bir poema yazdım. BNA dövlət qrumudu

11 avqust 2021