"Siyahıda geriləmənin önəmi yoxdur, onsuz da birinci deyiləm" - VİDEO

"Siyahıda geriləmənin önəmi yoxdur, onsuz da birinci deyiləm" - VİDEOAzərbaycanı "Avroviziya-2019" beynəlxalq mahnı müsabiqəsində "Truth" (Həqiqət) mahnısı ilə təmsil edən müğənni Çingiz Mustafayev yarışmadan sonra ilk dəfə canlı efirə çıxıb.

Sonxeber.az oxu.az-a istinadla xəbər verir ki, AzTV-nin "Telesəhər" şousuna qatılan Mustafayev "Avroviziya"da səslərin yenidən hesablanması və yerlərin dəyişməsi ilə bağlı fikirlərini bölüşüb.

"Çox qəribə bir şey oldu. Mən nə eşitmişdim, nə də görmüşdüm. Müsabiqənin üstündən dörd gün keçib, indi dəyişiklik etdilər. Bu dəyişiklik isə birbaşa mənə təsir göstərir. 40 ölkənin heç bir iştirakçısına bu qədər təsir etmədi.

Azərbaycanla Makedoniya arasında dəyişikliklər oldu. Bütün avropalılar mənə qarşı olunan haqsızlıqdan danışır. Deyirdilər ki, sən daha ön yerlərdə olmalı idin. Amma proseslər əksinə cərəyan etdi. Mənim üçün isə heç bir fərqi yoxdur. Çünki birinci olmadım. Bundan sonra isə dəyişikliyin heç bir önəmi yoxdur".

Qeyd edək ki, "Avroviziya-2019"da səs dəyişmələri olub. Yeni hesablamalar Azərbaycana da təsir edib. Şimali Makedoniya sıralamada Azərbaycanla yerini dəyişməli olub. Belə ki, Azərbaycan əvvəl 297 xalla yeddinci pillədə idisə, indi 302 xalla səkkizinci pillədə qərarlaşıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1047   Tarix: 23 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur aktyor vəfat etdi

Polşalı məşhur aktyor Qrzeqorz Minkeviç vətənində vəfat edib. -a istinadən xəbər verir ki, bu barədə "Plotek" məlumat yayıb. Sənətkar karyerası ərzində kino və teatrda 150-dən çox rol oynayıb. O, televiziya tamaşaçılarına 1968-ci ildə çəkilmiş "Kentervil Kabusu" filmindən tanışdır

14 aprel
.

Van Dammın azərbaycanlı gəlini Malibuda istirahət edir - FOTOLAR

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacızadə həyat yoldaşı ilə yeni fotolarını paylaşıb. Axşam.az xəbər verir ki, şəkillər Kaliforniyanın Malibu şəhərində lentə alınıb. Fotolarda Van Dammın qızı Bianka da yer alıb

16 aprel
.

"Anamın kim olduğunu 12 yaşımda bildim" - Video

"Valideynlərim ayrılmışdılar, mən o vaxt körpə idim. Anam atamın eşqindən xəstələndi, onu 20 il gözlədi. Atam ona xəyanət etmişdi. Yəqin ki, münasibətlərdə gərginlik olmuşdu. Atam məhkəməyə müraciət etmişdi, amma anam ayrılmaq istəmirdi. Sonra atam başqa qadınla ailə qurdu. Dilindən düşmürdü, mə

7 aprel
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17 aprel
.

Rəmişin həyat yoldaşı: "Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki..."

"Jurnalistlərə demək istəyirəm ki, Rəmiş yoxdursa, mən də yoxam. Əl çəksinlər məndən, yaşlı adamam, infarkt etməsinlər. Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki, mənim ünvanımı bütün Azərbaycanla bir edirlər?! Mən hamıdan uzaqlaşmışam. Yalandan yazırlar ki, evi 285 mi

7 aprel
.

Xatunun əri GÖRÜN KİM İMİŞ - VİDEO

Müğənni Xatun keçmiş həyat yoldaşı ilə bağlı açıqlama verib. -a istinadən xəbər verir ki, müğənni bu haqda "Elgizlə İzlə" verilişində açıqlama verib. Müğənninin sözlərinə görə, həyat yoldaşı çox tanınmış bir ailənin övladı olub. Onlar əslən Bakının Şüvəlan qəsəbəsindəndir

13 aprel
.

Azərbaycanda tanınmış müğənninin toy görüntüləri üzə çıxdı - VİDEO

Müğənni Tacir Şahmalıoğlunun toy görüntüləri üzə çıxıb. "axşam.az"a istinadən xəbər verir ki, sözügedən kadrlar "7 Tamam" proqramında nümayiş olunub. Arxiv kadrlar 1995-ci il dekabrın 17-də sənətçinin ikinci həyat yoldaşı Kəmalə xanımla özəl günündə lentə alınıb. Qeyd edək ki, Taci

17 aprel
.

Hülya Avşardan qalmaqallı ailə təklifi

İki dəfə ailəli olub boşanan türkiyəli məşhur ulduz Hülya Avşar evliliklə bağlı diqqətçəkən açıqlamalar verib. Onun müvəqqəti ailə modeli müzakirələrə səbəb olub. "Bu ailələr beş illik müqavilə ilə olsa, insanlar heç olmasa həyəcanla bir-birindən soruşacaqlar ki, beş ildən sonra mənimlə yenidə

7 aprel
.

"O gün atası ilə getmək istəmirdi" - Qəzada itirdiyi nəvəsindən danışdı

Şair Cığatel İsaqızı "Həftənin qonağı" verilişinin qonağı olub. Axşam.az xəbər verir ki, şair ötən ilin iyulunda avtoqəza nəticəsində nəvəsi Süleymanı itirməsindən danışıb:. "Cığatel (red. - şairin nəvəsi) atasına demişdi ki, həmişə deyirsən 5 alın, hara desəniz apararam. Gəldi ki, qiymətlərimi

13 aprel