Şəhid oğlu Vergilər Nazirliyindən narazıdır: "Dedilər kimə istəyirsən şikayət et"

Şəhid oğlu Vergilər Nazirliyindən narazıdır: "Dedilər kimə istəyirsən şikayət et""Blue Fire İnternational"nin MMC-nin direktoru İsmayılov Rauf Rafiq oğlu Vergilər Nazirliyindən şikayətçidir.

Bu barədə Qaynarinfo-ya şirkət rəhbəri özü məlumat verib.

Şəhid oğlu olduğunu deyən Rauf İsmayılov bildirib ki, satı üçün gətirdikləri məhsullar Vergilər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb: "Artıq 10 ildən çoxdur ki, fəaliyyət topdansatış ticarət fəaliyyəti ilə məşğul oluram. 2018-ci ilin iyul ayınadək məlum səbəblərdən ticarət mallarının hamısı kənar şəxslərin (fiziki və ya hüquqi şəxsin) adına gətirilirdi. Həmin şəxslərin etibarnaməsi ilə də malları gömrük qeydiyyatından keçirirdim. 2018-ci ilin iyulunda artıq gömrük prosedurları qanuniləşdikdən sonra öz şirkətimi açaraq məhsulları özüm qeydiyyatdan keçirmək qərarına gəldim. Bu məqsədlə həmin ilin sentyabrında "Blue Fire İnternational" MMC-ni yaradıb, fəaliyyətə başladım və ölkə ərazisinə müxtəlif növdə məhsullar idxal etməklə ticarət fəaliyyəti ilə məşğul olmağa başladım. Bütün məhsullar rəsmi olaraq qeydiyyatdan keçirib icarəyə götürdüyüm və qeydiyyatdan keçmiş anbarda saxlayıb müvafiq sifarişlərə uyğun olaraq satışını həyata keçirirəm. Vergilər Nazirliyinin əməkdaşları hər dəfə mal gələndə gəlib anbarda onların mövcudluğunu yoxlayırlar.

Sonuncu dəfə gələn məhsullarımız artıq bir neçə gündür ki, başda Əzizbəyov Hüseynqulu olmaqla Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin əməkdaşları tərəfindən saxlanılıb. O, qeyd edilmiş əmrin eyni adlı Deportamentin baş direktoru Məmmədov Azər Oqtay oğlu, onun müavini Həsənov Rəşid Bilal oğlu və Departamentin baş direktorunun müavini Əliyev Hacı-murad Feliksoviç oğlu tərəfindən verildiyini bildirib. Bu şəxslər insanlarla çox hörmətsiz şəkildə davranırlar. Etiraz edəndə "Mən bilərəm, hansı mal keçir hansı mal keçməz", "Kimə istəyirsən buyur şikayət et" "Siz karqo şirkətisiz, vəssalam" cavablarını verirlər".

Rauf İsmayılov Vergilər naziri Mikayıl Cabbarova müraciət edib: Prezident İlham Əliyev bütün çıxışlarında dövlət qurumlarına tapşırır ki, sahibkarlar üçün qapıları taybatay açın, onlara yardımçı olun. Cənab nazir, sizə sual edirəm: "Budurmu, sizin sahibkarlara yardımınız?" Xahiş edirəm, cavab verin".

Qeyd edək ki, Rauf İsmayılov Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də müraciət edib: "Mən dövlətimin haqqı-nahaqdan ayıracağını bilirəm, çünki ədalət hər zaman gec və ya tez bərqərar olur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 938   Tarix: 23 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021