Bakıda keçiriləcək finalın biletləri geri qaytarılır - SƏBƏB
"Arsenal" və "Çelsi" klubları, eləcə də Avropa Futbol Assosiasiyası İttifaqının (UEFA) sponsorları Bakıda keçiriləcək Avropa Liqasının final matçına onlar üçün ayrılmış biletlərin əksəriyyətini geri qaytarmaq niyyətindədir
Londonun "Arsenal" və "Çelsi" klubları, eləcə də Avropa Futbol Assosiasiyası İttifaqının (UEFA) sponsorları Bakıda keçiriləcək Avropa Liqasının final matçına onlar üçün ayrılmış biletlərin əksəriyyətini geri qaytarmaq niyyətindədir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Britaniyanın "Times" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, UEFA-nın bir sıra sponsorları İngilis futbol klublarının nümunəsini təqlid etmək və Avropanın futbol ittifaqı tərəfindən ayrılan on iki min biletin əksər hissəsini geri qaytarmaq niyyətindədir. Onlar öz hərəkətlərini qiymətlərin yüksək olması və Azərbaycanın paytaxtına səfərlə bağlı nəqliyyat problemləri ilə əlaqələndiriblər.
Bakıda keçiriləcək final matçının iştirakçıları "Arsenal" və "Çelsi", ümumilikdə 6 mindən artıq bileti qaytarmaq niyyətindədir. Bu isə onlara verilən biletlərin ümumi sayının yarısından çoxdur. Hazırda "kanonirlər" 3,5 və "aristokratlar" isə 2 min bilet əldə ediblər.
"Bütün bunlar klublar finala çıxandan sonra onlara biletlərin cəmi 10%-nin ayrılmasına etiraz etmələri fonunda baş verir" - deyə qəzet yazıb.
UEFA və klubların sponsorlarının geri qaytardıqları biletlər satışa çıxarılacaq və onları yerli fanatlar əldə edə biləcəklər. Qeyd edək ki, hazırda Azərbaycanda biletlərin cəmi 23 mini satılıb. Yarışın keçiriləcəyi Bakı Olimpiya Stadionu 67 min izləyici tutur.
Xatırladaq ki, futbol üzrə Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda Londonun "Arsenal" və "Çelsi" klubları arasında keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
İdman Baxılıb: 1986 Tarix: 23 may 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMahir Mədətovun sənədi saxta imiş? - Vəkildən açıqlama
Futbol üzrə milli komandamızın və "Qarabağ"ın futbolçusu Mahir Mədətovun ardınca bacısı Ayişə Mədətova da soyadını dəyişib. ölkə.az-a istinadən bildirir ki, atası Anar Mədətovun anası Elnurə Mədətovadan boşanmasına etiraz edən övladların hər ikisi Əmrəli soyadına keçiblər. Məlumat üçün qey
23 may 2019Erməni bacı-qardaş Azərbaycandakı yarışda çıxış edəcək
Milli Gimnastika Arenası sabah tarixində ilk dəfə olaraq, aerobika gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Qitənin 22 ölkəsindən ən güclü aerobika ustaları üç gün ərzində öz güclərini sınayacaq. 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük
23 may 2019Maradona həbs edildi
Dünyanın məşhur futbol ulduzu Dieqo Maradona həbs edilib. Maradona keçmiş sevgilisi Rosio Olivaya olan 5 milyon avro borcunu ödəmədiyi üçün hava limanında saxlanılıb. Ötən ilin dekabr ayında da Dieqonu ayrıldığı 6 illik sevgilisi məhkəməyə vermişdi. Maradona "Dorados de Sinaloa" klubu üçü
23 may 2019Bu futbolçu prezidentin xahişi ilə milliyə qayıdır
Türkiyənin "Kayserispor" klubunun futbolçusu Asamoa Qyan Qana milli komandasındakı çıxışını bərpa etməyə qərar verib. ONA-nın məlumatına görə, 2 il əvvəl yığma karyerasını başa vuran hücumçu komandaya qayıdışını öz twitter səhifəsində açıqlayıb. A.Qyan bildirib ki, milliyə Qana prezidenti Nan
22 may 2019Makqreqor və Nurməhəmmədov arasında revanş döyüşü ola bilər
İki fərqli çəki kateqoriyasında UFC çempionu kəmərini daşımış irlandiyalı qarışıq əlbəyaxa idman növləri ustası Konor Makqreqor yüngül çəkidə hazırkı UFC çempionu Həbib Nurməhəmmədovla revanş döyüşünün keçiriləcəyini istisna etməyib. Bu barədə yazır. Nurməhəmmədovla Makqreqor arasında ilk döyüş oktyabrı
22 may 2019"Çelsi" və "Arsenal"ın Bakıda qalacağı otellər məlum oldu
Bakıda keçiriləcək Avropa Liqasının final oyununda "Çelsi"nin sahibi Roman İbrahimoviçin də iştirakı gözlənilir. xəbər verir ki, bu haqda saytına London klubu rəsmilərinə yaxın mənbədən məlumat daxil olub. Rusiyalı iş adamı klub rəhbərliyinə "Arsenal"la Bakıda keçiriləcək oyunu canl
22 may 2019Avropa Liqası finalının açılışında məşhur DJ çıxış edəcək
Bakıda keçiriləcək UEFA Avropa Liqası finalının açılış mərasimində DJ Conas Blu çıxış edəcək. -a istinadən xəbər verir ki, britaniyalı sənətçi 150 yerli rəqqasla birgə böyük oyunun cəlbedici başlanğıcını qoyacaq. Azərbaycan paytaxtında - Şərqlə Qərbin qovuşduğu şəhərdə səhnəyə qoyulmuş bu performansı
22 may 2019Arvadı ilə barışmaq üçün 2 milyon avrodan keçdi
Son mövsümü Qətərin "Əl-Qarafa" klubunda keçirən Uesli Sneyder aktrisa və aparıcı həyat yoldaşı Yolante Kabau ilə barışmaq üçün bütün vasitələrdən istifadə edir. -a istinadən xəbər verir ki, holland futbolçu Analar günündə xanımının başçılıq etdiyi "Free A Girl" dərnəyinə 2 milyo
22 may 2019