Paşinyanın Qarabağla bağlı ZİDDİYYƏTLİ bəyanatları: "Koçaryanla Sarkisyandan da təhlükəlidir"

Paşinyanın Qarabağla bağlı ZİDDİYYƏTLİ bəyanatları: "Koçaryanla Sarkisyandan da təhlükəlidir"Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatlar bir-biri ilə ziddiyyət təşkil edir.

O, gah sülhdən, gah da müharibədən danışır.

Politoloq Qabil Hüseynli deyib ki, Paşinyan Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyandan daha təhlükəli biridir .

"Paşinyan hər nə qədər ziddiyyətli bəyanatlar versə də əsas məqsədi nəinki Qarabağı, ondan kənarda istila edilmiş 7 rayonu da əlində saxlamaqdır.Həmçinin bu əraziləri müstəqil elan edib, Ermənistana birləşdirmək və danışıqlarda vaxt qazanmaq kimi niyyəti var . Paşinyan əhəmiyyətli qərarların qəbul edilməsi mümkün olan görüşlərdən uzaq durmağa çalışır. O adətən əsas silah kimi qondarma "Dağlıq Qarabağ Respublikasının" danışıqlarda iştirak etməsini ilkin şərt kimi irəli sürür. Dağlıq Qarabağın hüdudlarından kənardakı 7 rayonun geri qaytarılmasında tamamilə fərqli mövqe tutmağa başlayıb. Gah bu əraziləri Dağlıq Qarabağın itirilmiş əraziləri kimi təqdim edir, gah da 5 rayonun geri qaytarılması barədə fikirlər söyləyir".

Qabil Hüseynli onu da vurğulayıb ki, Paşinyan Laçın və Kəlbəcərin qaytarılmasının mümkünsüz olduğu haqqında açıq danışır və bildirir ki, bu rayonlar guya Ermənistan ərazilərdir.

"Xüsusilə Kəlbəcərdə qədim alban kilsələri, tarixi abidələrini əsas gətirir. Dağlıq Qarabağı Ermənistandan ayıran iki rayonu Kəlbəcər və Laçını əldə saxlamaqla bütün Qarabağı Ermənistana birləşdirmək niyyətindədir. Bütün bunlardan aydın olur ki, Qarabağ ətrafında yeni maneələr yaratmaqla danışıqlar prosesini bütünlüklə pozmağa çalışır. Hər nə qədər demokratik pərdəyə bürünsə də "böyük Ermənistan" yaratmağı qarşısına məqsəd qoyub". (modern.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1643   Tarix: 23 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq - CANLI

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq keçirilir. xəbər verir ki, brifinqdə prokurorluq rəsmiləri kütləvi məzarlıqla bağlı vacib açıqlamalar verirlər

18 mart
.

Prezidentin köməkçisi: Azərbaycan Çini yaxşı dost və tərəfdaş kimi görür

Biz Çinlə strateji əməkdaşlığımızı və tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Global Times" qəzetinə müsahibəsində deyib. O vurğulayı

26 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart
.

Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər. Bu barədə Ermənista

20 mart
.

Paşinyan: "Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb"

Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. O bildirib ki, bu prinsiplər 2022-c

27 mart
.

"Dörd kənd Azərbaycana qaytarılmalıdır" - Paşinyan

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend Ermənistanın "Hraparak" qəzetinin materialına istinad edib. Materialda qeyd olunub ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda danışıb. "Ötə

26 mart
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27 mart
.

Azərbaycan XİN Rusiyadakı silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib. "Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiy

22 mart
.

Prezident: "Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram"

"Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətil

18 mart