Ordumuz gecə döyüşlərində - VİDEO
Genişmiqyaslı əməliyyat-taktiki təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib.
Müdafiə Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, bu mərhələdə qoşunlar düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsi tapşırıqlarını icra edib.
Mürəkkəb dağlıq relyef və radioelektron mübarizə, həmçinin təlimlərin niyyəti liə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilib, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.
Müxtəlif təlim poliqonlarında motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışları, praktiki raket buraxılışları icra edib.
Döyüş atışlı mərhələnin yekununda hərbi qulluqçular qarşısında çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin əhəmiyyətini qeyd edərək qoşunların peşəkarlığını və şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1182 Tarix: 23 may 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMillət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO
Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl
19 aprelXocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb
Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə
19 aprelÖldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR
Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumat
19 aprelXəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA
Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl
19 aprel