Bu meyvəni yesəniz, hamıdan gec qocalacaqsınız - Cavanlıq iksiri

Bu meyvəni yesəniz, hamıdan gec qocalacaqsınız - Cavanlıq iksiriVətəni çin olan kivi orqanizm üçün olduqca faydalıdır. Möcüzəli giləmeyvə müxtəlif vitamin və mikroelementlərlə zəngindir. Kivi tərkibindəki C vitamininin miqdarına görə bütün sitrus meyvələri arasında birinci yerdədir. Bundan əlavə, kividə B2, B3, B9 (fol turşusu), B6, A, E, PP vitaminləri, maqnezium, kalium, dəmir, fosfor, yod, mis, sink və s. mikroelementlər var.

Sonxeber.az medicina.az-a istinadən kivinin insan orqanizminə faydaları barədə maraqlı məlumatları təqdim edir.

Kivi ağciyərin funksiyasını yaxşılaşdırır, bədəndə olan piyləri əridir, cinsi hormonların istehsalını tənzimləyir.

Qırışıqlıqları azaldır

Kivi E vitamini qaynağıdır. Bu vitamin isə qırışların düşmənidir.
Meyvədə yüksək miqdarda C vitamini var. İmmuniteti artırmaq və orqanizmi xəstəlik törədən mikroorqanizmlərdən qorumaq üçün gündə 1-2 ədəd kivi yemək məsləhətdir. Orqanizmdə C vitamini çatışmadıqda əsəb sistemi pozulur, yuхusuzluq və həddən artıq həssaslıq yaranır. Meyvə eyni zamanda güclü antioksidantdır.

Qocalmanı ləngidir

Zamanı geri almaq mümkün deyil, lakin yaşlanmağı gecikdirmək imkan daxilindədir. Tərkibində antioksidləşdiricilər olduğuna görə qocalığı gecikdirən meyvələr sırasındadır. Bədənimiz özünə lazım olduqca antioksidant maddələri ifraz edir. Askorbin turşusu mübadilə proseslərində iştirak edir, orqanizmin hüceyrələrini azad radikalların təsirindən qoruyur, bədəni cavanlaşdırır və vaxtından əvvəl qocalma prosesinin qarşısını alır.

Ultra bənövşəyi şüalardan qoruyur

Kividə bol miqdarda amin turşusu var. Bu xüsusiyyətinə görə cildi günəşin zərərli şüalarında qoruyur. Bu meyvədə olan lutein təbii filtr kimi dərinizi qoruyacaq. Kivi ilk olaraq üz dərisinin elastikliyinə səbəb olur. A və E vitaminlərə sayəsində qocalma prosesini ləngidir. Dərinin elastikliyini və möhkəmliyini qoruyur.

Sızanaqları aparır

İltihab əleyhinə ən təbii vasitədir. Sızanaqların qarşısını alır. E vitamini ilə zəngin olan kivi sızanaq və yara izlərini azaltmağa kömək olur. Üzünüzdəki sözügedən problemdən xilas olmaq üçün kivi maskası tətbiq edə bilərsiniz.

Kivi ilə üz maskasının hazırlanması:

Dərinizə püre halına gətirilmiş kivi çəkin və qurumasını gözləyin. Sızanaqlarınız yox olana qədər bunu gündə bir dəfə təkrar edə bilərsiniz.

1 kivi, 1 xörək qaşığı limon suyu və balı qarışdırıb üzünüzə vurun. 15 dəqiqə saxlayıb soyuq su ilə yuya bilərsiniz.

Dəriyə parlaqlıq verir

Lif antioksidləşdiricilər baxımından zəngindir. Kivinin tərkibində çoxlu liflər olduğu üçün bağırsaqların hərəkətini tezləşdirir. Nəticədə qəbizliyi aradan qaldırır. Davamlı kivi yemək bağırsaqları toksinlərdən təmizləyir, sağlam və parlaq dəriyə qovuşmağınıza təkan verir.

Saç tökülməsinin qarşısını alır

Bu meyvə C və E vitamini ilə zəngin olduğu üçün saç tökülməsinin də qarşısını alır. Saç sağlamlığını qoruyur. Bundan əlavə, maqnezium, sink və fosfor kimi minerallarla qan dövranını stimullaşdırır və saçların sürətlə böyüməsinə kömək edir.

Saçların erkən ağarmasının qarşısnı alır
Kivi zəngin mis mineralı ilə saçların tez ağarmasını ləngidir. Həmçinin təbii rəngini qoruyur.

Ekzemanın qarşısını alır

Kividən davamlı olaraq yedikdə damarları gücləndirir, başın dərisində yaranan ekzemanın, baş dərisi iltihabının və yaxud digə saç problemlərinin qarşısını alır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1670   Tarix: 24 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021
.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?

Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları

8 sentyabr 2021
.

Qızdırma, baş ağrıları, ishal... - COVID-19, yoxsa mövsümi qrip? - VİDEO

Qarşıdan payız gəlir. Mövsüm dəyişikliyi zamanı adət etdiyimiz kimi qrip və respirator xəstəliklər yayılıb. xəbər verir ki, koronavirus kimi eyni əlamətlər mövsümi xəstəliklərdə də özünü göstərir. Hazırda uşaqlar arasında da virusun yayılması müşahidə olunur. Bəs onları necə fərqləndirməli və hər ik

9 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021
.

Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021
.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021