Paşinyanın həyat yoldaşı azərbaycanlı jurnalistin sualı qarşısında çaşdı - FOTO

Paşinyanın həyat yoldaşı azərbaycanlı jurnalistin sualı qarşısında çaşdı - FOTOSonxber.az xəbər verir ki, ONA-nın redaktoru Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı çətin sual qarşısında qoyub.

Qazaxıstanın Almatı şəhərində keçirilən XVI Avrasiya Media Forumunda iştirak edən ONA-nın redaktoru Cavid İsmayıl forum çərçivəsində təşkil olunmuş "Etimad böhranı. Qüvvələrin qlobal paylaşılması" adlı panelin spikerlərindən olan Anna Akopyana sual verib.

Cavid İsmayıl paneldə Azərbaycan və Ermənistan qadınları arasında etimad mühiti yaratmağın vacibliyindən danışan A. Akopyana bu sualı ünvanlayıb: "Çıxışınızda Azərbaycan və Ermənistan qadınları arasında etimad mühitinin yaradılması barədə danışdınız. Siz və həyat yoldaşınız, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanda 20 ildən artıq hakimiyyətdə olan Koçaryan və Sarkisyana qarşı mübarizə aparan şəxs kimi tanınmısınız. Lakin maraqlıdır ki, oğlunuzu hərbi xidmət üçün Dağlıq Qarabağa göndərmisiniz. O Dağlıq Qarabağa ki, Ermənistanın rəsmən və beynəlxalq hüquq tərəfindən tanınmış ərazisi deyil. Bundan başqa, həyat yoldaşınız, Ermənistanın baş naziri Nikol Paşinyan mayın 8-də - Azərbaycanın Şuşa şəhərinin işğalı günündə Şuşaya getdi və kameralar qarşısında rəqs etdi. Belə olan halda yürütdüyünüz Qarabağ siyasəti Koçəryan-Sarkisyan rejiminin yürütdüyü siyasətdən nə ilə fərqlənir? Necə düşünürsünüz, Ermənistan tərəfindən və şəxsən ailəniz tərəfindən bu kimi hərəkətlərə yol verildiyi halda, Azərbaycanla Ermənistan arasında etimad mühiti yarana bilərmi? Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların ruhuna nə dərəcədə uyğundur? İkinci sual. Ermənistanla Türkiyə arasında etimad mühitinin yaranması üçün hansı addımları atmağı düşünürsünüz?"

Panelin moderatoru, britaniyalı aparıcı və prodüser Stiven Koul C. İsmayıl sual verərkən onu siyasi bəyanatlar səsləndirməməyə çağırıb və çıxışını kəsmək istəyib. Lakin jurnalist siyasi bəyanat səsləndirmədiyini, sualının nə ilə əlaqəli olduğunu izah etdiyini bildirərək, çıxışını tamamlayıb.

A. Akopyan isə sualdan yayınaraq, ümumi və dağınıq cavab səsləndirib. O, detallara və ya siyasətə girmək istəmədiyini, tədbirdə qadın kimi təmsil olunduğunu, bir qadın və ana kimi mesaj verdiyini bildirib: "Lakin onu demək istəyirəm ki, biz hələ də münaqişədəyik. Müharibə başa çatmayıb. Ona görə bizim oğlumuz Dağlıq Qarabağda orduda xidmət edir. Mənim mesajım, bir-birinə etimad etməyə başlamaq və münaqişənin həllini müharibə deyil, danışıqlar vasitəsi ilə həll etməyə çalışmaqdır".

2016-cı ilin aprel hadisələrini xatırladan A. Akopyan qeyd edib ki, onun mesajı eyni hadisənin bir də heç vaxt təkrarlamaması, münaqişənin danışıqlar yolu ilə həllini düşünməyə başlamaqdır.

A. Akopyan ikinci suala isə ümumiyyətlə cavab verməyib.

Qeyd edək ki, iki gün davam edən XVI Avrasiya Media Forumunda Azərbaycanı JTI şirkətinin dəstəyi ilə ONA Informasiya Agentliyinin redaktoru Cavid İsmayıl və musavat.com saytının rəhbəri Xalid Kazımlı təmsil edib.
Paşinyanın həyat yoldaşı azərbaycanlı jurnalistin sualı qarşısında çaşdı - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5957   Tarix: 24 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq - CANLI

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq keçirilir. xəbər verir ki, brifinqdə prokurorluq rəsmiləri kütləvi məzarlıqla bağlı vacib açıqlamalar verirlər

18 mart
.

Azərbaycandan kəşfiyyat BƏYANATI: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - RƏSMİ

"Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev "Respublika" qəzeti üçün yazdığı məqalədə bildirib. O bildirib ki, bu toqquşmalar dünya nizamına ciddi təsir göstərməkl

28 mart
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28 mart
.

Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar

Martın 17-də Heydər Əliyev Mərkəzində "İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət" adlı sərgi açılıb. Axşam.az xəbər verir ki, sərginin açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva iştirak ediblər. Azərbayca

18 mart
.

Paşinyandan Qarabağla bağlı daha bir ETİRAF

Ermənistan prezidenti Nikol Paşinyan bildirib ki, Ermənistan Dağlıq Qarabağda mühacirətdə olan heç bir hökuməti tanımır. -a istinadən xəbər verir ki, bu cür bəyanatlar milli təhlükəsizliyə təhdiddir

28 mart
.

Azərbaycanın təklifi ilə Avronest PA-da "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi məruzədən çıxarılıb

Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə "dondurulmuş Dağlıq Qarabağ münaqişəsi" ifadəsi çıxarılıb. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasını

20 mart
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27 mart
.

Paşinyan: "Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb"

Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. O bildirib ki, bu prinsiplər 2022-c

27 mart
.

Sahibə Qafarova Simonyanla görüşəcək

Bu gün Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcək. Ölkə.az xəbər verir ki, Sahibə Qafarova və Alen Simonyanın görüşü Cenevrədə baş tutacaq. Bu haqda Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan məlumat yayıb

22 mart