Atasını dəfn edib səhnəyə çıxdı - Fuad Poladovun həyatından maraqlı faktlar

Atasını dəfn edib səhnəyə çıxdı - Fuad Poladovun həyatından maraqlı faktlarBu gün mərhum sənətkar Fuad Poladovun doğum günüdür.

Sonxeber.az Kulis.az-a istinadən aktyor haqda maraqlı faktları təqdim edir.

1. Fuad Poladov Bakının "Sovetski" məhəlləsində müəllim ailəsində doğulub. Amma uşaqlığının ən əziz xatirələri İsmayıllıda keçirdiyi tətillərlə bağlı olub.

2. İlk dəfə filmə 10-cu sinifdə oxuyanda çəkilib – "İstintaq davam edir" filmi. Həm də atasının qadağan etməsinə baxmayaraq.

3. Hardasa 35 yaşlarında olanda atası şəkərdən dünyasını dəyişir. Həmin axşam Fuad Poladovun tamaşası olub və aktyor atasını dəfn edib məzarlıqdan səhnəyə gəlib, tamaşanın təxirə salınıb tamaşaçının geri qaytarılmasına razı olmayıb.

4. Həmkarı, aktrisa Vəfa Fətullayeva ilə sevgisi əfsanəyə çevrilib. Lakin onlar qovuşa bilməyiblər. Ətrafdakılar buna səbəb kimi Vəfa Fətullayevanın anası, Hökumə Qurbanovanın izdivaca mane olmasını göstəriblər. Fuad Poladov ömrünün sonuna kimi bu sevgi haqqında bir kəlmə də danışmayıb.

5. Yaradıcılığında iki hadisə olduqca əlamətdardır. 1989-cu ildə 20 il işlədiyi Akademik Mili Daram Teatrı tərk etməsi, bir də həmin teatrı iki il işlədikdən sonra 2017-ci ildə tərk etməsi. Bu hadisələr yalnız onun deyil, tamaşaçılar üçün də əlamətdar hadisə olub. Təəssüflə yanaşılıb. Amma Poladov özü getdiyi səbəbləri dəqiq bildiyi üçün buna təəssüflənməyib. Ümumiyyətlə, hərəkətlərinə görə heç vaxt təəssüflənməyib. Teatrdan son gedişiisə gənc həmkarınaqarşı işlədiyi teatrda yaşanan haqsızlıqlara etirazı olub.

6. Akademik teatrda son oynadığı tamaşa "Müsyö İbrahim və Quran çiçəyi" tamaşası olub. Tamaşadan sonra səhnənin önünə gəlib diqqətlə onu dayanmadan alqışlayan tamaşaçılara uzun-uzadı sirli-sirli baxıb.

7. Ağır və bahalı müalicə tələb edən xəstəlikdən əziyyət çəksə də heç bir şəxsdən və heç bir qurumdan kömək istəməyib.

8. Öz yas və dəfnini də heç kimin qarışmasını istəmədən, sadə, təmtəraqsız olmasını arzulayıb. Böyük sənətkar üçün adətən olduğu kimi hansısa böyük səhnəli zallarda vida mərasimi keçirilməyib. Arzusuna müvafiq olaraq onu atasının yanında dəfn ediblər və məzar daşı istədiyi kimi sadə bir başdaşı olub.

9. Fuad Poladov yaradıcılığı boyu – Zaur, Valeh, Bunin, Hamlet, Timon, Ferdinand, Şah Qacar, Müsyö İbrahim kimi onlarla roluilə ən sevilən aktyor olmağı bacarıb: onun getməsi ilə səhnədə heç kimin doldura bilmədiyi böyükboşluq yaranıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2118   Tarix: 24 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Alim Qasımov və qızı Moskva Musiqi Evində çıxış ediblər

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edib. xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbayca

4 iyul 2021
.

Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO

Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloj

26 avqust 2021
.

"Fəxri adlar alveri, hərcmərclik..." - Azər Qəribdən Operativ Qərargaha çağırış

Bizim vaxtlarımızda Bakının teatral həyatı çox parlaq idi. Yeni tamaşalar, dahi sənətkarlar, mənim həmyaşıdlarımdan soruşun, hamısı zamanında bütün teatrlarda olub". xəbər verir ki, bunu tanınmış teleaparıcı Azər Qərib deyib. O bildirib ki, sonra həyat çətinləşdi, 90-cı illər gəldi və teatral həya

22 avqust 2021
.

Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama: "Dərmanlar qəbul edir"

Türkiyədə bir aylıq müalicə kursu keçən Xalq artisti Arif Babayev Azərbaycana qayıdıb. xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib. Onun sözlərinə görə, A.Babayev hazırda Qax rayonunda istirahətdədir: "Həkimlər deyir ki, atamın vəziyyəti əvvəlkin

13 avqust 2021
.

XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO

İyulun 31-də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimi olub. APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbayca

31 iyul 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

"Fəryad 2" filmi çəkilir

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd

8 iyul 2021
.

Kann Kinofestivalında ilin ən yaxşı aktyoru və aktrisası

Amerikalı aktyor və musiqiçi Kaleb Landri 74-cü Kann kinofestivalının "Ən yaxşı aktyor" naminasiyasında qalib olub. TASS agentliyinə istinadən xəbər verir ki, 31 yaşlı aktyor rejissor Castin Kurzelin "Nitram" filmindəki roluna görə bu mükafata layiq görülüb. "Ən yaxşı aktrisa"

18 iyul 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021